07 Fevral 2026 09:05
693
SİYASƏT
A- A+
Azərbaycanın təqdim etdiyi sülh yolu

Azərbaycanın təqdim etdiyi sülh yolu


Fevralın 4-də hər birimiz qürurdoğuran hadisəyə şahidlik etdik. Həmin gün Prezident İlham Əliyevə Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim olunması dövlətimizin başçısının təşəbbüsləri ilə başlanan Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin qlobal təntənəsi oldu.

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib. O qeyd edib ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır: "Bu mükafat dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinə, insan ləyaqətinin qorunması, münaqişələrin sülh yolu ilə həllinə, qlobal həmrəyliyin gücləndirilməsinə real töhfə verən şəxslərə təqdim olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bu mükafata layiq görülməsi regionda həyata keçirdiyi sülh siyasətinə verilən yüksək beynəlxalq qiymətdir.  Eyni zamanda bu, Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatik kursun beynəlxalq səviyyədə təqdir olunmasının bariz bir nümunəsidir. Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı qeyd etdiyi kimi, biz həm müharibəni udduq, həm də sülhü qazandıq. Bu, təkcə Azərbaycan ilə Ermənistan arasında paraflanmış Sülh Sazişinin deyil, eyni zamanda Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasətin bəşəriyyətə verdiyi töhfələrin dəyərləndirilməsidir". 

Soltan Məmmədovun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra dünyada çoxsaylı münaqişələr meydana çıxıb. Lakin bu münaqişələrin heç biri sülh ilə tamamlanmamışdır. Azərbaycan isə bu məsələdə nümunə yaradır. "Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində qeyd etdiyi kimi, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Münaqişədən əziyyət çəkən ölkələr Azərbaycanın bu nümunəsini araşdırmalı və öyrənməlidirlər" - deyə deputat bildirib. 

Soltan Məmmədov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən regionda və ondan kənarda sülh siyasətini təbliğ edən ölkə kimi qəbul olunur. "Dünya ictimaiyyəti Azərbaycanın sülh siyasətinə sadiqliyini yüksək qiymətləndirir. Bu baxımdan Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycan xalqının və dövlətinin qələbəsidir. Bu hadisə bizim uğurlu və davamlı sülhə gedən yolda hədəfə çatmağımıza böyük dəstək olacaqdır", - deyə deputat bildirib.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  

11:34
06 Mart

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib  

11:33
06 Mart

“Hürriyet” qəzeti: Naxçıvana hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir

11:31
06 Mart

Hərbi Hava Qüvvələrində Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

11:02
06 Mart

Vəkillər Kollegiyasının 12 üzvü mükafatlandırılıb, 1-i kollegiyadan xaric edilib, 3-ü cərimələnib  

11:00
06 Mart

Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib

10:39
06 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:16
06 Mart

Dünya birjalarında neft ucuzlaşıb

10:15
06 Mart

Azərbaycan nefti 7 faizədək bahalaşıb

10:11
06 Mart

Tramp: ABŞ üç gündə 24 İran gəmisini məhv edib

09:37
06 Mart

Britaniya mediası Prezident İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını işıqlandırıb

09:36
06 Mart

Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır

09:28
06 Mart

Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək

09:05
06 Mart

Əlişir Nəvai: bütün zamanların söz memarı

09:00
06 Mart

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

08:55
06 Mart

Azərbaycanın rəqəmsal gələcəyi

08:50
06 Mart

Günəş enerjisindən istifadə gələcəyə uğurlu yatırımdır

08:45
06 Mart

Milli maraqlardan qlobal təsirə: Prezident İlham Əliyevin "Strateji diplomatiya" fəlsəfəsi

08:40
06 Mart

Seçkilər Ermənistanın hansı yolla gedəcəyini müəyyən edəcək

08:35
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!