25 Yanvar 2024 10:10
745
İQTİSADİYYAT
A- A+
Azərbaycanın sosial müdafiə sistemi müasir tələblər səviyyəsindədir

Azərbaycanın sosial müdafiə sistemi müasir tələblər səviyyəsindədir

 

Yaşına, imkanına baxmayaraq, hər kəsin sosial müdafiəyə ehtiyacı olur. Çünki heç kim hər an baş verə biləcək təhlükələrdən, neqativ hadisələrdən sığortalanmayıb. Biz hələ qocalmağı, Allah eləməmiş ən müxtəlif səbəblərdən əlil olmağı demirik. Elə bu səbəbdəndir ki, sosial siyasət hər bir dövlətin, hökumətin olmazsa olmaz fəaliyyət sahəsidir. 
Bu gün bütün dünyada sosial müdafiə sistemləri, demək olar ki, modern üslubda həyata keçirilir. Azərbaycanda da bu sahədə ciddi keyfiyyət dəyişikliyi müşahidə olunur. Bu dəyişikliyin kökündə dayanan isə mütərəqqi islahatlardır. Həyata keçirilən islahatlar, sosialyönümlü layihələr ekspertlərin "sosial inqilab xarakterli"  adlandırdıqları qərarlarda, fərman və sərəncamlarda əksini tapıb. Rəsmi rəqəmlərə müraciət edək: ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum aylıq əməkhaqqı 38,3 dəfə artırılaraq 345, orta aylıq əməkhaqqı 12 dəfə artaraq  923 manata çatıb. Minimum pensiyaların mütəmadi artırılması, yəni hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilməsi təmin olunub. Bu hesaba minimum pensiya 14 dəfə artırılaraq 280, orta aylıq pensiya 18,2 dəfə artaraq 436, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 467, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 367, ailə başçısını itirməyə görə orta aylıq pensiya 19 dəfə artaraq  411 manata çatıb. 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ 436 manat olmaqla  həmin göstəricini 2,2 dəfə üstələyir.
Ölkədə xalis minimum aylıq əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti də 2003-cü ildəki 11,7 faizdən 2018-ci ildə 26,5, 2023-cü ilin əvvəlində isə 41,1 faizə çatıb. Bu da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyişdir. 
2007-ci ilin əvvəlindən şəhid ailələri və 2008-ci ilin sentyabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Ötən dövrdə həmin təqaüdün məbləği şəhid ailələri üçün 6 dəfə artırılaraq 100 manatdan 600, I dərəcə əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 manatdan 500, II dərəcə əlilliyi olan şəxslər üçün 5,7 dəfə artırılaraq 70 manatdan 400, III dərəcə əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb. Bu təqaüdlərlə yanaşı, həmin kateqoriyalardan olan şəxslər aylıq pensiya və müavinətlərlə də təmin edilirlər. 
2018-2023-cü illər yeni və sürətli sosial inkişaf mərhələsi kimi qeydə alınıb. Həmin dövrdə 4 milyondan çox vətəndaşı əhatə edən və illik maliyyəsi 7 milyard manata yaxın olan 4 islahat paketi icra olunub. Minimum pensiyada 2,5, minimum əməkhaqqında 2,7, orta aylıq pensiyada 2,1, sosial müavinət və təqaüd ödənişlərində 5, median əməkhaqqında 2,1, əməkhaqqı fondunda 2,6 dəfə artıma nail olunub. Orta aylıq əməkhaqqında 70, işsizliyə görə sığorta ödənişlərinin orta aylıq məbləğində isə 52 faiz artım müşahidə edilib.
Bu gün ölkəmizin sosial müdafiə istiqamətində apardığı islahatlar sayəsində Azərbaycan modeli formalaşıb. Həmin modelin təməlində Azərbaycan vətəndaşının  rifahı, sosial güvənliyi dayanır. Özü də vətəndaş rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Azərbaycanda aparılan sosial siyasətin məzmunu həm də əhalinin, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə gəlirlər əldə edə bilməsi üçün şəraitin yaradılmasından ibarətdir. Son 20 ildə 2 milyondan çox iş yerinin açılması, işsizliyin 40 faizdən 5, yoxsulluğun 49 faizdən 5 faizə enməsi bu uğurlu siyasətin təsdiqidir. 
Görülən  bütün bu sosial müdafiə tədbirləri sayəsində indi cəmiyyətin hər bir üzvü özünün qabiliyyəti, bacarığı, istedadı hesabına gəlir əldə etmək imkanı qazana və onu sığortalaya bilər. Bu o deməkdir ki, Azərbaycanın sosial müdafiə sistemi müasir çağırışlara cavab verə biləcək səviyyədə təkmilləşdirilib.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!