25 May 2022 13:21
429
SİYASƏT
A- A+

Azərbaycanın Ombudsman təsisatı ilə ali qanunvericilik orqanı arasında ötən 20 il ərzində çox səmərəli əməkdaşlıq əlaqələri qurulub

Azərbaycanın Ombudsman təsisatı ilə ali qanunvericilik orqanı olan parlament arasında ötən 20 il ərzində çox səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlıq hazırda daha da inkişaf etdirilməkdədir. Konstitusiya Qanunu ilə Ombudsmana verilmiş səlahiyyətlər çərçivəsində ötən dövr ərzində insan hüquqlarının təmini baxımından mühüm əhəmiyyət kəsb edən bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq baxılmaq üçün parlamentə təqdim edilib və həmin təkliflərin bir çoxu artıq nəzərə alınıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfransında çıxışı zamanı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva deyib.

O bildirib ki, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında müstəqil fəaliyyət göstərən və insan hüquqlarının məhkəmədənkənar müdafiəsi mexanizmi olan Ombudsman təsisatı, eyni zamanda, öz işini insan hüquqlarının təşviqi və müdafiəsi üzrə milli təsisatların statusu və fəaliyyəti ilə bağlı Paris Prinsiplərinə uyğun quraraq cəmiyyətdə hüquqi şüurun, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, idarəetmənin daha da demokratikləşdirilməsi prosesinin sürətləndirilməsinə öz töhfəsini verməkdə davam edir.

Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər kəsin, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, habelə digər sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsinin heç bir ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməsi ombudsmanın əsas fəaliyyət istiqamətini təşkil edir.

“Bildiyiniz kimi, insan hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu istiqamətdə beynəlxalq müqavilələrin ratifikasiyası prosesinin təkmilləşdirilməsi sahəsində parlamentlə ombudsmanların və milli insan hüquqları institutlarının əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir”, - deyə ombudsman diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video