Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Böyük qələbələr və yeni çağırışlarla zəngin türk əsrinə böyük töhfə
Tarixin də, zamanın da tələbi olan türk dövlətlərinin birliyi sayəsində bu gün qələbələrlə, uğurlarla, yeni çağırışlarla bol bir əsrdə - türk əsrində yaşayırıq. Türkdilli ölkələr arasında getdikcə artan və yeni inkişaf mərhələsinə qədəm qoyan hərtərəfli əlaqələr Türk Dövlətləri Təşkilatının (TDT) da dünyada söz sahibi olan güc mərkəzinə çevrilməsinə rəvac verib.
Heç şübhəsiz, türk dünyasının sıx birləşməsində Azərbaycanın xüsusi rolu var və o da təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi respublikamızın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir.
Noyabrın 3-də təşkilatın Astanada keçirilən "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü zamanı Prezident İlham Əliyev də bildirdi ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir: "2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir".
Yeni türk tarixinin ən parlaq zəfəri
2020-ci ildə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və 8 Noyabr Şuşa zəfərini çalması, eləcə də 2023-cü ildə suverenliyini bərpa edərək Xankəndidə bayrağını dalğalandırması, ümumilikdə türkdilli xalqlar adına qazanılan parlaq zəfərlər olmaqla yanaşı, həm də türk dünyasının tarixən var olan etnosiyasi coğrafiyasını bərpa edib. Yeni türk əsrinin bu ən şanlı zəfərləri türk birliyinin daha da güclənməsi üçün misilsiz təkan olub.
Böyük türk dünyasına bəxş etdiyi bu möhtəşəm qələbələrə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2022-ci il noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görülüb.
Bu il noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşü zamanı türkdilli ölkələrin prezidentləri çıxışlarında bir daha tarixi zəfərlərə görə İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdilər.
Çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün türk dövlətlərində qürur doğurduğunu vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da vurğuladı ki, can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoyub: "Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur".
Eləcə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi qələbələrdən, uğurlardan fəxrlə söz açdılar.
Türkdilli ölkələr işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin bərpa olunması istiqamətində də Azərbaycana dəstəklərini göstərirlər.
Füzuli rayonunda dost Özbəkistan tərəfindən məktəb inşası həyata keçirilib. Avqustun 23-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.
Füzulidə Qazaxıstan tərəfindən tikilən yaradıcılıq mərkəzinin isə inşası davam edir.
Türkdilli dövlətlərin qardaşlıq dəstəyinin daha bir nümunəsi isə Şuşa şəhərinin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilməsidir.
"Şərq-Qərb" nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə dəyərli töhfə
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində türkdilli ölkələr arasında siyasi, diplomatik, mədəni əlaqələrlə yanaşı, iqtisadiyyat, ticarət sahələrində də böyük nailiyyətlər əldə edilib.
Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, həmçinin bu regiondakı ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri də türk dövlətləri ilə yüksək əlaqələrin bariz göstəricisidir.
"Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər", - deyə Astanada keçirilən görüşdə dövlət başçısı İlham Əliyev məlumat verdi ki, Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur və bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.
Ölkə rəhbəri onu da bildirdi ki, birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır: "Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.
Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir".
Təhlükəsizlik, müdafiə sahələrində əməkdaşlıq daha da artmalıdır
Hazırda dünyada gedən geosiyasi proseslər, baş verən müharibələr fonunda türkdilli ölkələrin güclərinin birləşdirilməsinin vacibliyi özünü daha qabarıq göstərir.
Astanada keçirilən 10-cu yubiley Zirvə görüşü zamanı Prezident İlham Əliyev bildirdi ki, əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda ilk növbədə ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir: "Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır".
Türk birliyinin gücünün böyük əhəmiyyətə malik olduğunu 44 günlük Vətən müharibəsi zamanı əyani şəkildə görmüşük. Qarşıdakı hədəf və çağırışımız da elə bu həmrəyliyimizi daha da gücləndirmək, bütün çətinliklərin qarşısına türkün sarsılmaz birliyi ilə çıxmaqdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Meksikada narkokartelin 19 üzvü öldürüldü
ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı
Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq
Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib
BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub
Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb
Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq
Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq
Ukraynanın baş prokuroru istefa verdi
Xavi "Mançester Yunayted"də?
Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq
Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”
BMT-nin baş katibi BRİCS sammitinə getdi
Paşinyan BRİKS sammitində iştirak edəcək
Baydendən hərbi xərclərlə bağlı açıqlama
Braziliyada qırıcı qəzaya uğradı
Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK
DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!