Azərbaycanın gənc muğam ifaçıları Qəbələ festivalının tamaşaçılarına unudulmaz anlar yaşadıblar
Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan Beynəlxalq Musiqi Festivalı qədim Qəbələ şəhərində uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramına daxil olan, tamaşaçıların və şəhərin qonaqlarının böyük səbirsizliklə gözlədikləri muğam axşamı nəhayət, reallaşdı. Avqustun 2-də axşam saat 21-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə Azərbaycanın tanınmış gənc muğam ifaçıları möhtəşəm ifaları ilə buraya toplaşan iki minə yaxın tamaşaçıya unudulmaz musiqi bayramı bəxş etdilər.
Konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi “Muğam-Televiziya Müsabiqəsi-2007”də ikinci yerə layiq görülən xanəndə Abgül Mirzəliyevin ifasında “Mahur” təsnifi və “Heydər babaya salam” mahnısı, 2011-ci ildə keçirilən müsabiqənin qalibi Səbinə Ərəblinin ifasında “Bayatı Şiraz” təsnifi və “Olmaz-olmaz” xalq mahnısı, həmin müsabiqədə ikinci yeri tutan Kamilə Nəbiyevanın ifasında Cahangir Cahangirovun “Qara gözlər” və Əfrasiyab Bədəlbəylinin Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” pyesi üçün yazdığı “Qönçələb” mahnıları, xanəndələrin birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi”, Əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi instrumental ansamblın ifasında “Çahargah” rəngi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
İstedadlı gənc muğam ifaçılarını Əməkdar artistlər - kamançada Toğrul Əsədullayev, qanunda Çinarə Heydərova, nağarada Emin Cəbrayılov, balabanda Azad Əliməmmədov, udda Səfa Kərimov müşayiət ediblər.
Festivalın proqramına uyğun olaraq, avqustun 3-də tamaşaçılara Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin, Budapeşt Gypsy Band və “Qaytağı” ansamblının konsertləri təqdim olunacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib YENİLƏNƏCƏK...
29 Aprel
ABŞ Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını vurub
29 Aprel
Azərbaycan taekvondoçuları Prezident Kubokunda 12 medal qazanıblar
29 Aprel
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!