16 Oktyabr 2025 23:15
13972
Birinci vitse-prezident
A- A+
Azərbaycanın Birinci vitse-prezidenti Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış olub  

Azərbaycanın Birinci vitse-prezidenti Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış olub  


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bildirilib ki, Müqəddəs Həvari Pavelin dəfn olunduğu yer üzərində inşa edilən bu kilsə Romada yerləşən dörd əsas papal bazilikadan biridir, Roma Katolik Kilsəsinin ən müqəddəs və tarixi məkanlarından sayılır. Bazilikanın daxili hissəsində I Pyotrdan başlayaraq indiyədək bütün papaların mozaika portretləri yerləşdirilib. Vatikanın gur səs-küylü mühitindən uzaqda yerləşdiyi üçün bazilika sakit və ruhani atmosferi ilə seçilir.

Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təhsil sahəsində əməkdaşlıq genişləndirilir  

09:51
03 Fevral

Süni intellekt həkimi əvəz edə bilərmi?

09:35
03 Fevral

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunublar  

09:31
03 Fevral

Azərbaycan nefti ucuzlaşıb

09:31
03 Fevral

ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar təxirə salındı

09:30
03 Fevral

ABŞ Prezidenti: İranla danışıqlar aparırıq, prosesi zaman göstərəcək  

09:28
03 Fevral

Media: Trampın idarəetmə tərzi dolların məzənnəsinə mənfi təsir göstərir  

09:27
03 Fevral

Kiyevə çoxkombinasiyalı hava hücumu edilir

09:26
03 Fevral

Belə getsə, yerli mal-qara "Qırmızı kitab"a düşəcək

09:25
03 Fevral

Ərdoğan: Türk dünyası Türkiyənin xarici siyasətində xüsusi yer tutur  

09:24
03 Fevral

Tovuzlular ötənilki nəticələri son hədd saymırlar

09:20
03 Fevral

Keçən il Ağstafada orta aylıq əməkhaqqı 8,7 faiz artıb

09:15
03 Fevral

Xızılı gənclərin sorağı rayon sərhədini çoxdan aşıb

09:10
03 Fevral

Ağsaqqallar Gənclər Gününü Gəncədə qeyd etdilər

09:05
03 Fevral

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

09:00
03 Fevral

Azərbaycan və Gürcüstanın dəniz limanları arasında əməkdaşlıq dərinləşir

08:55
03 Fevral

Bir fərmanın tarixi

08:50
03 Fevral

Dünya ölkələrində şöhrət qazanmış görkəmli memar

08:45
03 Fevral

Bərpaolunan abidələr, yaşayan tarix

08:40
03 Fevral

Ulu Öndərin dəstəyi ilə böyüyən Naftalan

08:35
03 Fevral

Sumqayıt: inkişafın və uğurların ünvanı

08:30
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!