Azərbaycanda demokratik seçki təcrübəsi ildən-ilə təkmilləşir
Prezident İlham Əliyevin siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində Azərbaycanda demokratik seçki təcrübəsi ildən-ilə təkmilləşir.
AzərTAc xəbər verir ki, bu fikir sentyabrın 5-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil olunmuş seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində səslənmişdir.
Bu kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq MSK-nın qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.
Açılış mərasimində kursların əhəmiyyətini xüsusi qeyd edən MSK-nın sədri Məzahir Pənahov vurğulamışdır ki, seçkilər hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biridir. Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən MSK-nın sədri bildirmişdir ki, məhz ulu öndərin uğurlu siyasəti nəticəsində Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün beynəlxalq təcrübəyə söykənən hüquqi baza yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev də bu ənənəni uğurla davam etdirir. Ölkədə seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
M.Pənahov qeyd etmişdir ki, dövlətimizin başçısının göstərişi ilə dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni binalar tikilmiş, müasir avadanlıqla təchiz olunmuşlar.
Aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işinin MSK-nın daim diqqət mərkəzində olduğunu deyən sədr vurğulamışdır ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malik sənəddir. Sərəncama uyğun olaraq MSK 2007-ci, 2009-cu və 2010-cu illərdə də aşağı seçki komissiyaları üçün bu cür kurslar təşkil etmişdir.
Bildirilmişdir ki, sentyabrın 11-dək davam edəcək aşağı seçki komissiyalarının sədrləri üçün kurslarda dövlət xadimləri, elm adamları və təcrübəli mütəxəssislər mühazirələr oxuyacaqlar. Kurslar başa çatdıqdan sonra sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaqdır.
Bu cür kursların keçirilməsini yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də dövlətimizin başçısının seçkilərlə bağlı müvafiq sərəncamlarından irəli gələn vəzifələrdən danışmışdır. Şöbə müdiri demişdir ki, seçkilərin daha şəffaf və demokratik keçirilməsi üçün Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq müvafiq tədbirlər görülür.
Z.Nağdəliyev vurğulamışdır ki, hər bir komissiya üzvü peşəkar olmalıdır, qanunu gözəl bilməlidir. Bu gün Azərbaycanda dairə seçki komissiyalarınin peşəkar üzvləri vardır. 2003-cü illə müqayisədə Azərbaycanda seçkilər peşəkarlıq baxımından daha yüksək səviyyəli insanlar tərəfindən keçirilir.
Ötənilki parlament seçkilərini nümunə göstərən şöbə müdiri vurğulamışdır ki, ilk dəfə 125 seçki dairəsinin hamısında qüsursuz seçkilər keçirilmişdir. Son seçkilər bir daha onu göstərmişdir ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi mümkündür. Buna həm seçkiləri keçirən şəxslər, həm də əhali hazırdır.
Z.Nağdəliyev bildirmişdir ki, Azərbaycanda seçki təbliğatının aparılması işi artıq öz həllini tapmışdır. Ötən illərdə seçkilərin keçirilməsi ilə bağlı həllini tapan əsas məsələlərdən biri də seçici siyahılarının tərtib edilməsidir. Seçici siyahılarının tərtib edilməsindən sonra real seçici siyahısı əldə edilmişdir. Beləliklə də bütün dünya ölkələrinə nümunə olacaq iş aparılmışdır.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov seçki qanunvericiliyinin tələblərinin, vətəndaşların seçki hüquqlarının, demokratiyanın aliliyinin qorunmasının vacibliyindən danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycanda ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl qanunvericilik bazası yaradılmış, qanunlar beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Azərbaycanda bütün seçkilərin yüksək səviyyədə keçirildiyini vurğulayan Z.Əsgərov bildirmişdir ki, istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində çox yüksək səviyyədə formalaşmış seçki sistemlərinə nail olmuşuq. Bu faktı artıq beynəlxalq təşkilatlar da təsdiqləyir. Seçkiləri keçirən şəxslər ilk növbədə qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasını və Seçki Məcəlləsini yaxşı bilməlidirlər.
Sonra Z.Əsgərovun "Siyasi partiyaların və siyasi partiya bloklarının seçkilərdə iştirakının hüquqi əsasları" və MSK sədrinin müavini Natiq Məmmədovun "Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması" mövzularında məruzələri dinlənilmişdir.
Sentyabrın 11-dək davam edəcək kurslarda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, ombudsman Elmira Süleymanova, Daxili İşlər və Ədliyyə nazirliklərinin məsul şəxsləri, MSK-nın üzvləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar.
Kursların sonunda dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim ediləcəkdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!