Azərbaycan yaxın gələcəkdə "yaşıl hidrogen" də ixrac edəcək
Bəşəriyyətin başı üstünü alan iqlim dəyişkənliyindən dolayı yaranan fəsadların aradan qaldırılması üçün dünyanın tapdığı yollardan biri də "yaşıl hidrogen" istehsalıdır. Gələcəyin yanacağı hesab olunan hidrogen planetin ən bol elementlərindəndir və təmiz yanacaq növüdür.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, 2050-ci ilə qədər enerjinin 12 faizi hidrogen hesabına istehsal olunacaq. İstifadə ediləcək bu hidrogenin təxminən 66 faizinin təbii qazdan deyil, sudan alınacağı ehtimalı da irəli sürülüb. 2050-ci ilədək karbon emissiyalarını sıfıra endirməyi hədəfləyən Avropa ölkələri "yaşıl keçid" platformasının əsas istiqamətlərindən sayılan "yaşıl hidrogen"in istehsalı, onun saxlanması və ixracına nail olunması sahəsində intensiv iş aparırlar. Bu məsələdə Azərbaycan heç də Avropadan geri qalmır. Hazırda hidrogenin istehsalı və istifadəsi, Azərbaycanın təmiz ətraf mühitə malik "yaşıl artım" ölkəsi kimi inkişafı, eləcə də azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi əsas prioritetdir. Qeyd edək ki, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı əsasında 28 QVt-dan çox "yaşıl enerji" layihələri üzrə "Masdar", "ACWA Power", BP, Fortescue və digər beynəlxalq enerji şirkətləri ilə Azərbaycanın imzaladığı əməkdaşlıq sənədlərində "yaşıl hidrogen" istehsalı nəzərdə tutulub. Hazırda hidrogenin istehsalı ilə yanaşı, ixracına yönəlik "Xəzər dənizi-Qara dəniz-Avropa", "Mərkəzi Asiya-Azərbaycan-Avropa" "yaşıl enerji" dəhlizləri çərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir.
Bu günlər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Dayanıqlıq Həftəsi çərçivəsində "Yaşıl Hidrogen" sammitində və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 14-cü sessiyasında iştirak edən energetika naziri Pərviz Şahbazov bu məsələlərlə bağlı çıxış edərkən deyib: ""Yaşıl hidrogen" ölkəmizin enerji təchizatında yeni mənbə və dəhlizlərlə mövqeyinin möhkəmləndirməsi, həmçinin 2050-ci ilədək karbon emissiyalarını 40 faiz azalda bilməyimiz üçün mühüm əhəmiyyət daşıyır. "Xəzər-Qara dəniz-Avropa" "yaşıl enerji" dəhlizi vasitəsi ilə Azərbaycan "yaşıl hidrogen" üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq". Nazir əlverişli, təhlükəsiz və "təmiz enerji" sisteminə keçidin vacib hissəsi kimi hidrogen sənayesinin yüksəlişinə təkan verən amillərdən bəhs edərək bildirib ki, Azərbaycan COP29 çərçivəsində "yaşıl hidrogen"in inkişafına da maliyyə dəstəyini təmin edəcək və "yaşıl enerji" keçidinə töhfə verəcək.
"Yaşıl hidrogen"in hamı üçün əlçatan, təhlükəsiz və dayanıqlı olması ekoloji təhlükəsizliyi təmin edir. COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və ondan sonrakı dövrdə "yaşıl enerji"nin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmağı hədəfləyib. Daxili istehlak, iqtisadiyyatın karbonsuzlaşdırılması və ixrac məqsədi ilə quruda və dənizdə "yaşıl enerji" planlarının 2027-ci ilədək olan birinci mərhələsində 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox "yaşıl enerji" güclərinin reallaşdırılması planlaşdırılıb. "Bu, bərpaolunan enerji potensialının Azərbaycan vasitəsi ilə təxminən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımını vəd edir. Ölkəmizdə elektrik enerjisinin qoyuluş gücündə bərpa-olunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faizə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpa-edilən enerji potensialının artırılmasının mənbələrindən olacaq", - deyə Pərviz Şahbazov tədbirdə bildirib.
Hidrogeni ekoloji cəhətdən təmiz edən odur ki, yandırıldıqda yaratdığı əlavə məhsullar yalnız su və su buxarı olur. Enerji daşıyıcısı olaraq böyük miqdarda enerji saxlaya və ya verə bilir. Olduqca səmərəli yanacaq olan "yaşıl hidrogen"in karbon qazı çox aşağıdır. Bu da o deməkdir ki, neft emalı ilə yanaşı, nəqliyyatda istifadə olunan hidrogen üçün yeni bazar yaranır. Azərbaycanda "yaşıl hidrogen" sənayesinin inkişafı üçün yaradılan əlverişli şərait ölkəmizə xarici investorların marağını artırır, hidrogen sektorunun və bərpaolunan enerji mənbələrinin sürətli inkişafını şərtləndirir. "Global Solar Atlas" Agentliyinin məlumatına görə, Azərbaycan günəş enerjisinin potensialına görə İtaliyanın cənubu ilə müqayisə oluna bilər və bu baxımdan Almaniyanı demək olar ki, 1,5 dəfə üstələyir. Digər tərəfdən, Abşeron yarımadasında külək enerjisinin potensialı Şimal dənizinin şelf rayonları ilə müqayisə oluna biləcək səviyyədədir.
Prezident ötən il keçirilən X Qlobal Bakı Forumunda "yaşıl hidrogen"lə bağlı fikirlərini söyləyərkən demişdir: "Biz "yaşıl hidrogen" ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar".
Bəs, Azərbaycan istehsal edəcəyi "yaşıl hirogen"i dünya bazarına hansı formada çıxaracaq? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hidrogenin boru kəmərləri ilə nəqli ən optimal variant hesab olunur: "Hazırda bunun üçün məqbul sayılan iki variant üzərində iş gedir. Birinci variant hidrogenin nəqli üçün ayrıca boru kəmərlərinin çəkilməsidir. Digər variant isə mövcud magistral qaz kəmərlərinin hidrogenin daşınması üçün modernləşdirilməsini və yenidən qurulmasını nəzərdə tutur".
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrəvanda polislə toqquşma
01 May
Azərbaycan hərbi qulluqçuları "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak ediblə...
01 May
"Yeni Tərtər"in səsi 90 illik tarixdən gəlir
01 May
Azərbaycan COP29-a ev sahibi kimi körpülər yaradacaq
01 May
COP29 öz çağırışları ilə "yaşıl dünya"ya səs salacaq
01 May
Sülhə gedən yol...
01 May
ABŞ Azərbaycanın iradəsi ilə yaranan reallıqları qəbul edir
01 May
Qərb bir daha anladı ki, Azərbaycan güclü və etibarlı dövlətdir
01 May
İrəvan Bakının haqlı tələbləri ilə barışır
01 May
Almaniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!