25 İyun 2026 20:39
156
SİYASƏT
A- A+
Azərbaycan və Niderland Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Niderland Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib


İyunun 24-də Haaqada Azərbaycan Xarici İşlər Nazirliyi ilə Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Niderland nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələr zamanı Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və inkişafı perspektivləri, bu çərçivədə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, habelə regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.

Tərəflər siyasi dialoqun dərinləşdirilməsi məqsədilə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, müntəzəm təmasların davam etdirilməsinin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün prioritet istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi məqsədilə mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə məlumat təqdim olunub.

Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər ətrafında fikir mübadiləsi aparıb, çoxtərəfli platformalarda əməkdaşlıq, irəli sürülmüş namizədliklərin qarşılıqlı dəstəklənməsi ilə bağlı mövqelərini bölüşüblər.

Məsləhətləşmələrdə, habelə qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Fariz Rzayev, həmçinin Niderlandın bir sıra rəsmiləri ilə görüşlər keçirib, eləcə də aparıcı beyin mərkəzlərinin təşkil etdiyi dəyirmi masada iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib

23:00
25 İyun

Şərqi Avropa İqlim Həftəsinin Bakıda keçirilməsi ilə bağlı müzakirələr aparılır

21:59
25 İyun

Milli Məclisdə Azərbaycan və İordaniya parlamentlərinin dostluq qruplarının görüşü olub  

21:47
25 İyun

Şimali Kipr Türk Cümhuriyyətinin parlament nümayəndə heyəti Milli Məclisdə olub

21:23
25 İyun

Azərbaycan-İraq münasibətlərinin inkişafında parlamentlərin rolu müzakirə edilib

21:09
25 İyun

Milli Məclisin sədri Afrika Qrupu parlament sədrlərinin müavinləri ilə görüşüb  

21:00
25 İyun

Türkiyənin Milli Müdafiə Nazirliyi “Üçlü Qartal” beynəlxalq təlimindən görüntülər paylaşıb

20:51
25 İyun

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:41
25 İyun

Azərbaycan və Niderland Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

20:39
25 İyun

Qətər Azərbaycanla parlamentlərarası münasibətləri genişləndirmək niyyətindədir

20:32
25 İyun

Çindən Avropaya quru yolu ilə daşınan yüklərin 85 faizi Qazaxıstandan keçir  

20:19
25 İyun

Heç bir qüvvə Azərbaycan dövlətinin və xalqının iradəsinə təsir göstərə bilməz

20:07
25 İyun

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb  

20:03
25 İyun

Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb

19:58
25 İyun

Xankəndidə işğaldan azad olunmuş ərazilər üzrə ilk iri özəl tibb müəssisəsi fəaliyyətə başlayıb  

19:47
25 İyun

Azərbaycan heyəti “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir 

19:35
25 İyun

YAP nümayəndə heyəti Çində səfərdədir

19:32
25 İyun

Azərbaycanın inklüziv və ədalətli sosial təminat təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görülüb – YENİLƏNİB  

19:13
25 İyun

Müəllimlərin işə qəbulu və peşəkar inkişafı üzrə mühüm nəticələr açıqlandı  

18:57
25 İyun

Qarabağda təhsilin miqyası genişlənir: onlarla yeni müəssisə fəaliyyətə başlayıb

18:51
25 İyun

Kənd təsərrüfatında islahatları nəzərdə tutan qanun layihələri parlamentə tövsiyə edilib  

18:31
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!