Azərbaycan və Litva prezidentlərinin görüşü olub YENİLƏNİB
Mayın 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Litva Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam və ölkəmizdə xoş vaxt keçirməyinizi arzu edirəm. Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəsindən məmnunuq. Səfəriniz çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var. İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var.
Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik. İki il bundan öncə bizim videokonfrans vasitəsilə görüşümüz oldu. Mən bu təşəbbüsə görə minnətdaram, bu, bizim ilk tanışlığımız idi. Bu gün isə Sizi qəbul etməyimdən məmnunam. Əminəm ki, özünüzü Azərbaycanda evinizdəki kimi hiss edəcəksiniz və buradan xoş xatirələrlə ayrılacaqsınız. Bir daha xoş gəlmisiniz, səfərinizin xoş keçməyini arzu edirəm.
Litva Prezidenti Gitanas Nauseda dedi:
- Sağ olun, qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına əlavə təkan vermək üçün çox yaxşı fürsətdir. Mən ümidvaram ki, biz bu potensialı müəyyənləşdirərək ondan istifadə edəcəyik. Buraya bizneslə yanaşı, ictimai həyatın müxtəlif sahələri də daxildir. Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyib. Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik və bu məsələni də Sizinlə müzakirə etmək arzusundayıq.
İkitərəfli münasibətlərimiz və iqtisadi əlaqələrimiz əhəmiyyətlidir və şadam ki, məni işgüzar dairələri təmsil edən nümayəndə heyəti müşayiət edir. Onlar xüsusi tədbirdə iştirak edərək, mümkün iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. Düzgün bilirəmsə, biz də orada açılış nitqi ilə çıxış edəcəyik.
Əlbəttə, mədəniyyət və təhsil sahələri də vacibdir. Bizim iki universitetimizin rektoru və digər universitetləri təmsil edən nümayəndələr də Azərbaycanda səfərdədirlər. Onlar müştərək proqramları müzakirə edəcəklər ki, bu sahədə də əlaqələr daha yüksək səviyyəyə qalxsın.
Zənnimcə, ölkələrimiz arasında müəyyən coğrafi məsafə olsa da, xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır. Bu baxımdan, bu sahəyə də təkan verilməsi mühüm əhəmiyyət kəsb edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İsrailin “BioPharmax” şirkəti Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır...
30 May
Rəcəb Tayyib Ərdoğanın hakim alyansı parlamentdə 323 mandata sahib olub
30 May
“Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinə mediatur təşkil olunub
30 May
Səməd Seyidov: Azərbaycanın göstərdiyi bütün səylər regionda təhlükəsizliyin təmin olunmasına yönəli...
30 May
“Buta Airways” aviaşirkəti Tacikistanın paytaxtına ilk uçuşunu həyata keçirib
30 May
Şəhidlərin xatirəsinə ehtiram
30 May
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev seçkiqabağı proqramını açıqlayıb
30 May
İsrail Prezidenti İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib...
30 May
Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar...
30 May
Ukraynaya hərbçilərin 79 cəsədi təhvil verilib
30 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!