23 May 2025 01:05
1583
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.11.5-ci yarımbəndinin 1-5-ci abzasları aşağıdakı redaksiyada verilsin:

"3.11.5.1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;

3.11.5.2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını:

3.11.5.2.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;

 3.11.5.2.2. barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinə başlanılmasına əsas olmadan tikinti obyektinin tikildiyini;

3.11.5.2.3. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini;".

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1388 (Cild I) ilə təsdiq edilmiş "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.4-cü bənddə "istədiyi hallarda və müstəqil" sözləri "təşəbbüsü ilə onun" sözləri ilə əvəz edilsin;

2.2. 4.10-cu bənddə "arzusu" sözü "təşəbbüsü" sözü ilə əvəz edilsin;

2.3. 5-ci hissə üzrə:

2.3.1. 5.1-ci bənd üzrə:

2.3.1.1. birinci cümlədə "Tikinti" sözü "Tikintiyə icazə icraatı çərçivəsində tikinti"sözləri ilə əvəz olunsun və həmin cümləyə "rəyi" sözündən sonra "elektron formada" sözləri əlavə edilsin;

2.3.1.2. ikinci cümlədə "Həmin rəyxüsusi mühafizə nişanları olan blankda 3 nüsxədə tərtib olunur, hər bir nüsxə" sözləri "Sifarişçinin təşəbbüsü ilə ekspertiza aparıldığı hallarda ekspert rəyi xüsusi mühafizə nişanları olan blankda tərtib edilərək" sözləri ilə əvəz edilsin;

2.3.2. 5.2-ci bənd üzrə:

2.3.2.1. birinci cümlədə "rəyinin iki nüsxəsi" sözləri "rəyi" sözü ilə əvəz edilsin;

2.3.2.2. ikinci cümlə çıxarılsın;

2.4.  8-ci hissə üzrə:

2.4.1. 8.2-ci bəndin birinci cümləsində "istədiyi hallarda və müstəqil" sözləri "təşəbbüsü ilə onun" sözləri ilə əvəz edilsin;

2.4.2. aşağıdakı məzmunda 8.4-cü bənd əlavə edilsin:

"8.4. Tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bu Qaydaların 4.1-4.8-ci və 5.2-ci bəndləri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.".

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1415 (Cild I) ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.3-cü bəndə "alınmamasını," sözündən sonra "o cümlədən," sözləri əlavə edilsin;

3.2. 5-ci hissə üzrə:

3.2.1. 5.1.2-ci yarımbənd ləğv edilsin;

3.2.2. 5.1.3-cü yarımbənddə "inşa edilən tikinti obyektinin" sözləri "səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti layihələrinin" sözləri ilə əvəz edilsin və həmin yarımbənddən "və bələdiyyələrin" sözləri çıxarılsın;

3.3. həmin Qaydalara 1 nömrəli əlavə üzrə:

3.3.1. "şəxs (fiziki, vəzifəli, hüquqi)" sözləri "vəzifəli şəxs, hüquqi şəxs" sözləri ilə əvəz edilsin;

3.3.2. "Ərazi planlaşdırılması sənədlərinin (ümumi plan, baş plan, müfəssəl plan) tələbləri pozulmaqla və yaxud müvafiq qaydada sənədləşdirilmədən" sözləri "Şəhərsalma sənədlərinin (qüvvədə olan müfəssəl planın, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun) tələbləri pozulmaqla" sözləri ilə əvəz edilsin;

3.3.3. "ümumi pozuntular" sözləri "pozuntular (hər bir pozuntu ayrıca təsvir olunmaqla)" sözləri ilə əvəz edilsin;

3.3.4. "Qeyd" hissəsində ", fiziki və ya" sözləri "şəxsin və" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015,№ 5, maddə 540 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sökülməsi Qaydaları"nın 4.2.8-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"4.2.8. tikintiyə icazə verən orqanın (qurumun) tikinti obyektinin tikintisinə icazə verilməsindən imtina edilməsi barədə qərarının və ya tikintiyə icazənin tələb olunduğu hallarda tikinti obyektinin belə icazə alınmadan özbaşına tikilməsi barədə məktubunun rekvizitləri;".

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5(I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 mart tarixli 348 nömrəli və 14 aprel tarixli 363 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 22-ci hissənin "Göstərdiyi xidmətlər" sütununun 2-ci və 3-cü bəndləri ləğv edilsin;

5.2. 26-cı hissənin "Göstərdiyi xidmətlər" sütununun 1-ci bəndinə "verilməsi" sözündən sonra "(tikintiyə icazə icraatı çərçivəsində texniki şərtlərin verilməsi istisna olmaqla)" sözləri əlavə edilsin.

6. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulmaproseslərinin daha da sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 dekabr tarixli 434 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2591 (Cild I); 2024, № 6 (I kitab), maddə 645) 1.1.1-ci yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:

6.1. birinci cümləyə "verilməsi" sözündən sonra "(tikintiyə icazə icraatı çərçivəsində texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi istisna olmaqla)" sözləri əlavə edilsin;

6.2. ikinci cümləyə "əsasında," sözündən sonra "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və" sözləri əlavə edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 may 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!