Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsviri
Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Ordenin ümumi təsviri
1.1. Azərbaycan Respublikasının “Rəşadət” ordeni (bundan sonra - orden) hər bir guşəsi qabarıq ikipilləli formalı, diametri 40 mm olan səkkizguşəli ulduz şəklində lövhədən ibarətdir. Ulduzun ikipilləli guşələrinin arasında ucları kürəcikli relyefli elementlər yerləşdirilmişdir.
1.2. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.
Maddə 2. Ordenin ön tərəfi
Səkkizguşəli ulduzun ön tərəfində iki dairə ilə əhatə olunmuş lövhə yerləşdirilmişdir. Birinci dairə ilə ikinci dairənin arasında ağ minalı fonda yuxarı hissədə qövs boyunca “RƏŞADƏT” sözü, aşağı hissədə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur. “RƏŞADƏT” sözünün hər iki tərəfində kompozisiyanı tamamlayan xətt vardır. İkinci dairənin daxilində tünd-göy minalı fonda kəsişən iki qılıncın arasında kiçik səkkizguşəli ulduz yerləşdirilmişdir. “RƏŞADƏT” sözü, palıd yarpaqlarından ibarət çələng və səkkizguşəli ulduz relyeflidir.
Maddə 3. Ordenin arxa tərəfi Ordenin arxa tərəfinin səthi hamardır, aşağı hissəsində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Ordenin elementləri
4.1. Orden paltara bərkidilmək üçün elementi olan, 37 mm x 28 mm ölçülü, yuxarı hissəsi düzbucaqlı, aşağı hissəsi qövs formalı xara lentə ilgək və 2 halqa vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində ordenin 1-ci dərəcəsi üçün eni 5 mm olan bir qızılı zolaq; ordenin 2-ci dərəcəsi üçün hər birinin eni 2,5 mm olan iki qızılı zolaq və onların arasında eni 1 mm olan tünd-göy rəngli bir zolaq; ordenin 3-cü dərəcəsi üçün hər birinin eni 1,5 mm olan üç qızılı zolaq və onların arasında hər birinin eni 1 mm olan tünd-göy rəngli iki zolaq təsvir edilmişdir. Qızılı zolaqların kənarlarında - sağ və sol tərəflərində ordenin 1-ci dərəcəsi üçün eni 8,5 mm, 2-ci dərəcəsi üçün eni 8 mm, 3-cü dərəcəsi üçün eni 7,75 mm olan tünd-göy rəngli zolaq, həmin zolağın yanında isə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 1,5 mm olan mavi, qırmızı və yaşıl rəngli üç zolaq və ardıcıl olaraq tünd-göy, qızılı və tünd-göy rəngli (hər birinin eni 1 mm) daha üç zolaq vardır. Lentin üzərindəki zolaqların hamısı şaqulidir. Lentin alt hissəsinə üzərində dəfnə yarpaqlarından ibarət çələng əks olunmuş, ordenin dərəcəsinə uyğun metaldan hazırlanmış relyefli qövsvarı lövhə bərkidilmişdir. Lövhənin mərkəzində eni 3 mm olan şaquli zolaq vardır.
4.2. Ordenə paltara bərkidilmək üçün elementi olan, ordenin dərəcəsinə uyğun xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!