21 Noyabr 2013 01:11
132
CƏMİYYƏT
A- A+
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələrinin AzTU-da görüşü

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələrinin AzTU-da görüşü

 

Noyabrın 20-də Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə  Komissiyanın nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olmuşlar.

AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,   sonuncu kurs tələbələri ilə keçirilən görüşdə bu ali təhsil ocağının prorektoru, dosent İsa Xəlilov bildirmişdir ki, məzunlarımızın məşğulluğunun təmin edilməsi universitetin rəhbərliyini düşündürən əsas məsələlərdən biridir.

Görüşdə çıxış edən komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseynova və həmin şöbənin baş məsləhətçisi Nərmin Mirzəyeva bildirmişlər ki, gənclərə dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin təmin edilməsi, məşğulluq  problemlərinin həll olunması məqsədi ilə komissiya mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. "Azərbaycan gəncliyi 2011-2015-ci  illərdə" Dövlət Proqramının qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün komissiya məqsədyönlü fəaliyyət göstərir.

Sonra tələbələrə dövlət qulluğuna qəbul üzrə müsabiqələrin keçirilməsi, dövlət qulluğunda işləmək istəyənlərin qeydiyyatdan  keçirilməsi, test imtahanlarının təşkil edilməsi, qulluq funksiyaları,  inzibati vəzifələrin təsnifatı, vəzifə maaşları, müxtəlif vəzifələrin tutulması şərtləri, təklif edilən vəzifəyə namizədlərin bilik və bacarıq  səviyyəsinin müəyyən edilməsi yolları barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, dövlət qulluğuna qəbul müsabiqə və  şəffaflıq əsasında mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 

Tədbirdə, həmçinin AzTU-nun tələbələrinin dövlət qulluğuna  qəbul edilməsinin mahiyyəti və üstünlükləri, qəbulun şərtləri ilə bağlı məsələlər ətraflı izah edilmişdir.

Diqqətə çatdırılmışdır ki, iqtisadiyyatı sürətlə inkişaf etməkdə olan  Azərbaycan Respublikasının nazirlikləri, idarə və təşkilatları, şirkət və  müəssisələrində dövlət qulluğunda çalışmaq istəyənlər üçün müxtəlif  ixtisaslar üzrə boş yerlərin sayı getdikcə artır. Həmin yerləri tutmağa layiq real namizədlər obyektivlik, şəffaflıq şəraitində keçirilən test imtahanları və müsabiqələr yolu ilə müəyyən edilir. Bütün bunlar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun həyata keçirilir.

Görüş zamanı dövlət qulluğuna qəbulla bağlı tələbələri  maraqlandıran suallar cavablandırılmışdır. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!