Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində BMT-nin ekspertləri ilə görüş keçirilmişdir
Martın 15-də Konstitusiya Məhkəməsində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Azərbaycan Respublikası tərəfindən implementasiyası üzrə dəyərləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri, aparatın rəhbərliyi və məsul əməkdaşları iştirak etmişlər.
Görüşdə qonaqlara Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə yönəlmiş qərarları və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurur, məhkəmə iclasları ictimaiyyət üçün açıq və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilir.
İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin insan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatı ilə əməkdaşlığı məsələlərinə də toxunulmuşdur.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin korrupsiya və iqtisadi cinayətkarlıq şöbəsinin əməkdaşı Dorothee Gottvald ölkəmizdə olduqları səfər çərçivəsində bir neçə dövlət və qeyri-dövlət qurumları ilə görüşlər keçirdiklərini bildirmişdir. O, Konstitusiya Məhkəməsində olmasından məmnunluğunu bildirmiş və səmimi qonaqpərvərliyə görə təşəkkür etmişdir.
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Azərbaycan Respublikası tərəfindən implementasiyası üzrə dəyərləndirmə missiyasının nümayəndələri bu cür səfərlərin təşkilinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını diqqətə çatdırmışlar.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə Kontitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29 Aprel
DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
29 Aprel
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib YENİLƏNİB ...
29 Aprel
May-avqust aylarında keçiriləcək imtahanlar isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq ...
29 Aprel
Azərbaycanın xarici işlər naziri Qətərə işgüzar səfərə gedib
29 Aprel
“Europorter”: Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur
29 Aprel
Baş Prokurorluq: Hərbi qulluqçumuzun mina partlayışında xəsarət alması ilə bağlı araşdırma aparılır ...
29 Aprel
Bakıda Birinci Beynəlxalq Opera festivalının ikinci günü başa çatıb
29 Aprel
Sakarya qaz yatağında gündəlik 4,5 milyon kubmetr qaz hasil edilib
29 Aprel
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTO
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!