20 Mart 2025 01:48
2059
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 308-2.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 445-1.2-ci, 445-1.3-cü (hər iki halda) və 445-1.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Məcəllənin 445-1.3-cü maddəsində hər iki halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 445-1.2-ci və 445-1.4-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 257 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə "və 137.2-ci" sözləri ", 137.2-ci və 308-2.2-ci" sözləri ilə əvəz edilsin;

3.2. 2.1-1-ci bənddə "maddəsində" sözü "və 308-2.2-ci maddələrində" sözləri ilə əvəz edilsin.                            

4. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157,  № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 335 nömrəli Fərmanı) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1-ci bəndə "429.0.2," rəqəmlərindən sonra "445-1.2, 445-1.3 (hər iki halda), 445-1.4," sözləri əlavə edilsin;

4.2.  4.2-ci bənd 4.2-1-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 4.2-ci bənd əlavə edilsin:

"4.2. həmin Məcəllənin 445-1.3-cü maddəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;";

4.3. 4.3-1-ci bəndə "363.2-ci," sözlərindən sonra "445-1.2-ci, 445-1.4-cü," sözləri əlavə edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 mart 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Narkomaniyaya qarşı mübarizə ümumxalq işinə çevrilməlidir

09:05
15 Yanvar

Bərəkətli Cəlilabad torpağı kəndlinin təknəsini boş qoymur

09:00
15 Yanvar

Əkinçinin işi qışda da azalmır

08:57
15 Yanvar

Qusarda payızlıq və çoxillik əkinlərin bəyan qəbulu başa çatıb 

08:55
15 Yanvar

Göygöl: artan istehsal, genişlənən abadlıq, yaddaqalan festivallar

08:50
15 Yanvar

Ata yolu

08:45
15 Yanvar

Torpağın altındakı "gizli qatil"

08:40
15 Yanvar

Qayıdışın mənəvi zəfəri

08:35
15 Yanvar

Azərbaycanın dünyada artan nüfuzunun təsdiqi

08:30
15 Yanvar

2025-ci il Azərbaycanın tarixində növbəti uğurlu dövr oldu

08:25
15 Yanvar

Su ilə təminatın 95 faizə çatdırılması əsas məqsəddir

08:20
15 Yanvar

Yeni dövlət proqramı əhalinin həyat keyfiyyətini yüksəldəcək

08:15
15 Yanvar

39-cu SES

08:10
15 Yanvar

Dirçələn torpaq, qayıdan həyat

08:05
15 Yanvar

Strateji hədəfləri reallığa çevirən faktorlar: milli maraqların aliliyi, güclü siyasi iradə və sarsılmaz xalq-iqtidar birliyi 

08:00
15 Yanvar

"Azərbaycan Mədəniyyəti-2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:31
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:30
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:30
15 Yanvar

"Şuşa Otel-Konqres Mərkəzi Kompleksi"nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:29
15 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası

01:28
15 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:28
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!