Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
"Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında,
2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə”də və 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi
Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 31 yanvar tarixli 918 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin
etmək məqsədilə qərara alıram:
1. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli
108 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə
vasitəsilə qəbul Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 3 mart tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 3, maddə 173) 2-ci hissəsi ləğv edilsin.
2. "Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 459 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 622) 3-cü, 4-cü və 5-ci hissələri ləğv edilsin.
3. "Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun
tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli
624 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012, № 5, maddə 417; 2017, № 4, maddə 559) 3-cü hissəsi ləğv edilsin.
4. "Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi
və "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860
nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1369) 2-ci və 5-ci hissələri ləğv edilsin.
5. "Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 329-VQD nömrəli Qanununun
tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli
1105 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016, № 11, maddə 1812) 3-cü hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul 2020-ci il