Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nda, 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda, 2018-ci il 9 avqust tarixli 393 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda və 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 724; 2008, № 5, maddə 373; 2010, № 2, maddə 80; 2020, № 8, maddə 1064) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın III hissəsinin dördüncü abzasından “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257, № 5, maddə 877; 2020, № 8, maddə 1064; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 2673 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.8-ci bəndində “o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “habelə sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 161; 2020, № 8, maddə 1064; 2021, № 1, maddə 80) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın 5.2-ci bəndinin yeddinci abzasında “o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “habelə sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli 393 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1727; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 2673 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 1-ci hissəsinin ikinci abzasında və 2.1-ci bəndində “sağlamlıq imkanları məhdudluğunun” sözləri “əlilliyin” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 723) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissənin dördüncü abzasında “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
5.2. 2-ci hissə üzrə:
5.2.1. doqquzuncu abzasın ikinci və üçüncü cümlələrində “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə, beşinci cümləsində “sağlamlıq imkanları məhdudluğunun” sözləri “əlilliyin” sözü ilə əvəz edilsin;
5.2.2. on beşinci abzasdan hər iki halda “18 yaşınadək” sözləri çıxarılsın;
5.3. 4-cü hissə üzrə:
5.3.1. 4.2.7-ci yarımbənddə “sağlamlıq imkanlarının məhdudluğuna” sözləri “əlilliyə” sözü ilə əvəz edilsin;
5.3.2. 4.3.1-ci, 4.3.3-cü, 4.4.7-ci və 4.4.11-ci yarımbəndlərdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
5.3.3. 4.3.5-ci yarımbənddə “sağlamlıq imkanları məhdud” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
6. Bu Sərəncam 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2021-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!