14 May 2025 08:35
479
SİYASƏT
A- A+
Azərbaycan regionda yeni reallıqlar yaradıb

Azərbaycan regionda yeni reallıqlar yaradıb


Ölkəmiz bölgənin əmin-amanlığına mane olacaq istənilən cəhdin qarşısında aşılmaz sədd kimi dayanıb


Təkcə son dörd il yarım ərzində respublikamız adına həm beynəlxalq müstəvidə, həm də daxildə əldə edilən ardıcıl uğurların xronologiyasına ötəri nəzər saldıqda aydın görürük ki, ərazicə kiçik olmasına baxmayaraq, Azərbaycan bu gün dünyada sözü keçən, hesablaşılan ölkələrdən biri kimi nüfuzlu mövqeyə yüksəlib. 

Bu, danılmaz reallıqdır ki, Azərbaycanın ərazi baxımından strateji bölgədə yerləşməsi tarixin bir sıra dönəmlərində ölkəmizin, xalqımızın çox bəlalara düçar olmasına səbəb olub. Lakin 1993-cü ildə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizin inkişaf strategiyasının ötən iki onillik müddət ərzində Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilməsi sayəsində Azərbaycan dünyanın nəqliyyat, enerji qovşağına çevrilib. Şimalla cənubu, şərqlə qərbi birləşdirən nəhəng dəhlizlərin reallığa çevrilməsi də Azərbaycanın səylərinin nəticəsidir və bütün bunlar təbii ki, həm ölkəmizin hərtərəfli rifah və tərəqqisinə, iqtisadi azadlığına birbaşa töhfələr verir, həm də beynəlxalq miqyasda sərbəst siyasət yürütməsinə mühüm imkanlar açır. Çoxsaylı ölkələrin, hətta dünya nəhəngləri ABŞ-nin, Çinin Azərbaycanla hərtərəfli əlaqələrdə maraqlı olması buna ən bariz nümunələrdəndir.


Məqsədyönlü, düşünülmüş addımlar 


Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək BMT TŞ-nin qətnamələrini öz gücü ilə yerinə yetirən Azərbaycan ərazilərində separatizmə birdəfəlik son qoydu. 

Bununla ölkəmiz dünyada pozulmuş ədaləti necə təmin etməyin modelini göstərdi, separatizmdən hələ də əziyyət çəkən ölkələrə mükəmməl nümunə göstərdi, XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların ümid, inam mənbəyi oldu, neokolonializmə qarşı azadlıq platformasına çevrildi.  

Qlobal çağırışlara adekvat reaksiya göstərən, təbii kataklizmlərin aradan qaldırılmasına mühüm töhfələr verən Azərbaycanın bütün siyasi qütblərlə eyni məsafədə dayanan siyasət yürütməsinin indiki çalxalanan dünyada heç şübhəsiz elə də asan məsələ olmadığı danılmaz həqiqətdir. Ancaq yürütdüyü xarici siyasətdə qızıl ortanı müvəffəqiyyətlə tətbiq edə bilən ölkəmiz hətta kəskin problemləri olan və müharibə həddinə çatan ölkələr arasında barışdırıcı tərəf olması ilə diqqət çəkir və böyük rəğbət qazanır. 

Təbii ki, bu gün Azərbaycanın dünyanın hər yerindən görünməsini təmin edən bütün uğurlar həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin nəticəsində mümkün olub. Bundan cəmi üç onillik əvvəl Azərbaycanın bir dövlət olaraq yox olmaq, müstəqilliyini itirmək kimi taleyüklü problemlərlə üzləşməsi faktı da tariximizin ağrı-acılı bir parçasıdır. 

Bu il mayın 10-da Ulu Öndər Heydər Əliyevin 102-ci doğum günündə Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyev məhz ölkəmizin keçdiyi ağır sınaqlarla dolu uzun və çətin yola nəzər saldı: "Otuz iki il ərzində bir çox hadisələr baş vermişdir. Ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik... 

...Yəni biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir".


"...Bizimlə bu gün hesablaşmayan sabah peşman olur"


Qətiyyətlə milli maraqlarını təmin edən Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Bu gün Cənubi Qafqazla bağlı həyata keçirilən istənilən hər hansı layihə Azərbaycanın razılığı olmadan mümkünsüzdür desək, heç də yanılmarıq. Uğurlu xarici siyasəti, çevik diplomatik fəaliyyəti ilə dünyada cərəyan edən proseslərə adekvat reaksiya verən ölkəmiz regionun lider ölkəsi olaraq bölgənin əmin-amanlığına, tərəqqisinə maneə yaradan istənilən cəhdin qarşısında da aşılmaz sədd kimi dayanıb. Bu mövqe isə bəzi Qərb dairələrinin, xüsusilə müstəmləkəçi Fransanın ürəyincə deyil. Çünki köhnə müstəmləkələrindən bir-bir qovulan Parisin Cənubi Qafqazı yeni koloniyasına çevirmək kimi çirkin niyyətinin olduğu hər kəsə bəllidir. 

Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasından, xüsusilə də 2023-cü ildə antiterror tədbirləri nəticəsində Fransanın erməni separatizminə uzatdığı qolu kəsməsindən sonra Yelisey sarayı ölkəmizə düşmən kəsilib. 

Bakının Parisin müstəmləkə siyasətini beynəlxalq platformalarda ifşa etməsi isə Makron hökumətini daha da qeyzləndirib. Təsəvvür edin ki, bu gün Fransa daxili və xarici siyasətdə uğradığı bütün biabırçı məğlubiyyətlərin günahını Azərbaycanda axtarır, ölkəmizi Fransanın daxili işlərinə qarışmaqda ittiham edir...

Ermənistanın təcavüzkar siyasətinə aktiv dəstək verən Fransa onu silahlandırır, revanşa həvəsləndirir. Lakin Makron hökumətinin ölkəmiz əleyhinə yürütdüyü bu çirkin fəaliyyət hər dəfəsində fiaskoya uğrayır. Azərbaycanın müasir dünyanın çağırışlarına cavab verən, yeni və ədalətli  dünya nizamının formalaşdırılmasına birbaşa töhfələr verən müstəqil siyasəti Fransaya riyakar əməllərini reallaşdırmağa qətiyyən imkan vermir. İdman dili ilə desək, Bakı taktiki gedişləri ilə Parisi oyundankənar vəziyyətə salıb. Bu isə gözlənilən idi. Çünki indi Fransa zamanında Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla hesablaşmamağın peşmançılığını çəkir. 

Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin bəyan etdiyi kimi: 

"...Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur".


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!