20 May 2025 20:21
751
SİYASƏT
A- A+
Azərbaycan regionda və onun hüdudlarından kənarda sülhə və əməkdaşlığa töhfələr verir  

Azərbaycan regionda və onun hüdudlarından kənarda sülhə və əməkdaşlığa töhfələr verir  


“Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda geosiyası və geoiqtisadi mövqeyini möhkəmləndirməklə özünü “orta güc” mərkəzi kimi təsdiq etməkdədir. Dövlət başçısının “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və keçirdiyi görüşlər bunun göstəricisidir”.

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputat bildirib ki, Azərbaycan öz iqtisadi, siyasi, diplomatik, hərbi  potensialını daha da inkişaf etdirməklə nəinki Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzinə, bütövlükdə Avrasiya məkanının yeni orta güc aktoruna çevrilib: “Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları, tərəfdaşları ilə regionun və dünyanın yeni enerji, nəqliyyat xəritəsini müəyyən edən, qlobal problemlərin həllinə dəyərli töhfələr verən dövlət kimi qəbul edilir. Cənab Prezidentin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Avropanın da Azərbaycanla hesablaşdığı və “orta güc” kimi qəbul edilməsi kimi dəyərləndirilməlidir. Zirvə toplantısında Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin cənab Prezident İlham Əliyevlə görüşü və müzakirə olunan məsələlər də bunu deməyə əsas verir. Görüşdə Aİ rəhbərləri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyi arxitekturasının təmin olunmasında, həmçinin Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə çox əhəmiyyətli rolunu xüsusi qeyd etdilər. Avropalı liderlər onu da bəyan etdilər ki, Azərbaycanın oynadığı bu əhəmiyyətli rol regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin, sıx əməkdaşlıq formatların yaranmasına ciddi töhfə verir. Bu isə o deməkdir ki, Azərbaycan dinləyən tərəf deyil, diktə edən və fikri ilə hesablaşılan ölkədir. Azərbaycanla hesablaşmayan ölkə hər hansı fayda əldə edə bilməz”. 

Müşfiq Məmmədli qeyd edib ki, bu tədbirdə Fransa prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevə yaxınlaşaraq görüşməsini və jestlərini bunun bariz nümunəsi hesab edə bilərik. Makron da anlayır ki, Azərbaycan Prezidenti ilə hesablaşmamaqla nəinki Cənubi Qafqaz bölgəsində, ümumiyyətlə digər bölgələrdə də uğur əldə edə bilməyəcək. Əksinə, uğursuzluqlara düçar olacaq, necə ki, biz bu gün bunun şahidi olmaqdayıq.

“Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edib daha güclü dövlətə çevrilməklə bərabər, hər zaman regional və qlobal miqyasda söz sahibi olan ölkə rolunda çıxış edəcək”.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib

17:44
19 Mart

QMİ sədri: Azad Qarabağda azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasının rəmzidir

17:23
19 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:11
19 Mart

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

17:02
19 Mart

Energetika naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib  

16:57
19 Mart

Ombudsman Aparatı digər millət və dinlərə aid qəbiristanlıqların vəziyyətinə dair hesabat hazırlayıb

16:32
19 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:15
19 Mart

Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə iştirak ediblər

16:08
19 Mart

Hava yağıntılı olacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ  

15:57
19 Mart

Yanvar ayında Qazaxıstanın Azərbaycana ixracı 15 milyon dolları keçib

15:56
19 Mart

Prezident Ərdoğan: Ankara Türkiyənin tərəqqisi yolundakı maneələrə imkan verməyəcək  

15:55
19 Mart

ANAMA işğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqları ziyarət etmək istəyənlərə müraciət ünvanlayıb  

15:51
19 Mart

Qazın qiymətində kəskin artım baş verib

15:50
19 Mart

Viktor Orban: Macarıstan Brüsselin Ukraynanın lehinə olan heç bir qərarını dəstəkləməyəcək  

15:20
19 Mart

Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib

15:01
19 Mart

Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb

14:46
19 Mart

Xocavənd şəhərində daha 46 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:47
19 Mart

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb  

13:32
19 Mart

Sabah hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq

13:13
19 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:58
19 Mart

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət edib  

12:32
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!