07 Dekabr 2013 03:12
543
SİYASƏT
A- A+
Azərbaycan regionda həyata keçirilən transmilli layihələrdə lider dövlətdir

Azərbaycan regionda həyata keçirilən transmilli layihələrdə lider dövlətdir

 

Prezident İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi bunu bir daha təsdiqlədi

 

Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Prezident İlham Əliyev əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir.

Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr, eyni zamanda, respublikamızı daha da gücləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Azərbaycan dünyaya qaz nəql edən ölkə kimi də tanınmaqdadır. Beş il müddətində Avropa İttifaqı ilə aparılmış danışıqlar cari ilin iyununda Avropaya qaz nəqli marşrutunun müəyyən edilməsi, həmçinin sentyabr ayında "Şahdəniz" konsorsiumu və Avropanın qaz alıcıları arasında sazişin imzalanması ilə nəticələnib. İlkin mərhələdə Azərbaycan qazının daşınması "Şahdəniz-2" layihəsinin hasilatı hesabına olacaq. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaq. 2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq.

Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar vətəndaşların rifahının yüksəlməsinə, cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi qiymətləndirilir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi  vurğulanır.

2013-cü il dekabrın 5-də İstanbulda keçirilən Xəzər Forumunun sonunda müxtəlif nominasiyalar üzrə Xəzər mükafatları təqdim olunub. "İlin Xəzər dövlət adamı" mükafatına regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiq görülüb. Mükafatı Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edib.

İstanbuldakı "Çırağan" sarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı və SOCAR, BP, TPAO şirkətlərinin dəstəyi ilə keçirilən Xəzər Forumunda Türkiyə, Azərbaycan və Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə enerji və kommunikasiya layihələri müzakirə olunub. Forumda Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının çıxarılması və nəqlindən bəhs edən sənədli film nümayiş etdirilib. HASEN-in baş katibi Haldun Yavaş Xəzər Forumunun əhəmiyyəti, burada keçirilən müzakirələrin bölgədəki enerji və kommunikasiya layihələri üçün konstruktiv rolundan ətraflı danışıb.

Xatırladaq ki, 2012-ci ilin sonuna Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində keçirilən sorğunun nəticələri də mühüm məqamları ilə diqqəti cəlb etmişdi. Qeyd edək ki, sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilmişdi. Rəyi soruşulanların 65 faizi həyatlarından razı olduqlarını bildirimişdilər. Həyatından məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksək olmuşdur. Rəyi soruşulanların böyük əksəriyyəti hökumətinə (92 faiz) və parlamentə (68 faiz) inandığını ifadə etmişdir.

Prezident İlham Əliyev həmçinin Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilmişdi. "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunda 270 min 992 respondent iştirak etmişdi. Jurnalda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilmişdi. Qeyd edilmişdi ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Nəşrdə dövlət başçısının daxili və xarici siyasətinin uğurlu nəticələri də geniş əks etdirilmişdi.   

Bir müddət əvvəl Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) İstanbulda dünyanın 40 ölkəsindən 50-dən artıq universtetini təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə arasında online sorğu keçirmişdi. Sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilmişdi. Bu barədə qərar iyulun 6-da DƏ İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilmişdi.

"İlin dövlət başçısı" nominasiyasında iştirak etmiş və İƏT-nin 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri islam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi  meyarlar üzrə qiymətləndirilmişdi. Dövlət başçısı bu nominasiyanın da qalibi olmuşdu.

Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-nin islam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və islam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınmışdı.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirilməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır.

2013-ci ilin 10 ayında Avropanın bir sıra ölkələrində maliyyə böhranının doğurduğu çətinliklər özünü qabarıq göstərmiş, büdcə xərcləri azaldılmış, vergilər artırılmış, dövlət və özəl sektorda iş yerlərinin ixtisara salınması geniş vüsət almış, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı isə mənfi təzahürləri hələ də qabarıq sezilən qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır. Dövlət başçısının uğurla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi təmayüllərini dəqiq şəkildə müəyyənləşdirməklə yanaşı, böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur.

 

Elnur HACALIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!