22 Dekabr 2025 18:37
132
İQTİSADİYYAT
A- A+
Azərbaycan qurduğu infrastrukturla gələcəyə hazırdır  

Azərbaycan qurduğu infrastrukturla gələcəyə hazırdır  


Azərbaycanın qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayan nəqliyyat-tranzit sahəsi iqtisadi perspektivə malik olmaqla yanaşı ölkəmizə siyasi dəstək və nüfuz qazandırır. Azərbaycanın coğrafi mövqeyi onun strateji tranzit imkanlarını artırır və əlverişli edir. Qərblə Şərqin kəsişməsində yerləşən ölkəmiz qədim zamanlardan “İpək yolu” adlanan marşrutun keçdiyi məkan olub.

Müasir dövrümüzdə karvansaray və bazar meydanlarını infrastruktur layihələr və azad iqtisadi zonalar əvəz edib. Belə infrastrukturlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

1902-ci ildə təsis edilən liman bu gün inkişaf dövrünü yaşayır. Liman ərazisinə daxil olarkən səliqə-səhman, təmizlik diqqət cəlb edir. Tranzit yüklərin (konteynerlərin) bir, TIR yük avtomobillərin isə digər tərəfdə səliqə ilə düzülüşü burada beynəlxalq standartların hakim olduğunu deməyə əsas verir. Son illər limanın maddi-texniki bazası gücləndirilib, lazım olan avadanlıqlar və texnikalar alınıb. Buradakı müasir texnikalardan biri lokomobildir.

Bu texniki vasitə həm dəmir yolu relsinin üzərində, həm də avtomobil yolunda hərəkət edərək konteynerərin yüklənməsində istifadə olunur. Limanda taxıl anbarı, TIR parkı, gübrə terminalı fəaliyyət göstərir və tranzit yüklərin aşırılmasında mühüm rol oynayırlar.

Zamanın tələblərindən biri də rəqəmsal sistemin qurulması və tətbiqidir. Liman öz elektron sistemini Dövlət Gömrük Komitəsinin və xarici ölkə strukturlarının elektron sisteminə inteqrasiya edib. Sistem inteqrasiyası gömrük xidmətlərinə müvafiq nəqliyyat gəlməzdən öncə daşınan yüklər barədə məlumat almağa imkan verir. Rəqəmsallaşma sahəsində Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizi ilə yüklərin daşınması çərçivəsində ATƏT-lə birgə məlumatların ötürülməsi üzrə vahid sistem yaradır. Bakı limanı ilə Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanları arasında yüklər barədə məlumatların mübadiləsi və idarəetmə sistemi hazırlanıb. Bu cür layihələrin reallaşdırılması həm gömrük məntəqələrində, həm də limanlarda dayanma vaxtını azaldır.

Avropa ilə Asiyanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan Bakı Limanı 400 hektarlıq ərazini əhatə etməklə müasir əməliyyat sisteminin tətbiqi ilə bütün növ yüklər üçün operativ yükaşırma xidməti, açıq və qapalı anbar sahələri təklif edir. Paytaxt Bakıdan 70 kilometr aralıda Azərbaycanın əsas dəmiryolu və avtomagistrallarının birləşdiyi ərazidə yerləşən limanda Ro-Ro, Bərə və ümumi yük terminalından ibarət olmaqla 13 körpü mövcuddur.  2018-ci ildən etibarən Bakı Limanının inşasının 1-ci inkişaf mərhələsi başa çatdırılıb ki, hazırda limanın yükaşırma imkanı 15 milyon ton yük və 100 000 TEU ekvivalentində konteynerdir. Limanının 2-ci fazasının inşası üçün də layihə işlənilir ki, onun da icrası ilə limanın illik yükaşırma gücü 25 milyon ton və 500 000 TEU konteynerə qədər artırıla bilər.

Bundan başqa, Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialını mütəmadi olaraq məhz Azərbaycan üzərindən Qərb ölkələrinə daşınmasını təmin etmək üçün hazırda liman ərazisində illik yükaşırma gücü 2,5 milyon ton gübrə terminalının tikintisi davam etdirilir. Bu tikinti prosesi çərçivəsində ərazidə ümumi tutumu 60 000 ton olan iki anbar, yeni dizayn edilmiş vaqon yükləmə stansiyası, müxtəlif növ gübrələri birbaşa anbarlara, açıq və ya qapalı tipli vaqonlara boşaltmaq üçün ən müasir konveyr sisteminin də qurulması nəzərdə tutulur.

Bakı Limanı 2019-cu ildən etibarən Xəzəryanı ölkələr içində ilk dəfə olaraq Avropa Dəniz Limanları Təşkilatının “Eco Ports” (Yaşıl Liman) sertifikatına layiq görülüb. Eyni zamanda Bakı Limanı 2022-ci ildən etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Bununla liman strateji fəaliyyət planları ilə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən 11-ə töhfə verməyə çalışır.

Mühüm hadisələrdən biri də 25 fevral 2025-ci il tarixində baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzaladı. Fərmana əsasən, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması formasında yenidən təşkil edilib.

Dünya yeni mərhələyə qədəm qoyub ki, bu mərhələdə iqtisadiyyatın əsasını neft və qaz deyil, ticarət yolları təşkil edəcək. Yaxın gələcəkdə qitələr, dövlətlər ticarət əlaqələrini daha da genişləndirəcək, idxal-ixrac əməliyyatlarını daha artıracaqlar. Bunun reallaşması üçün isə infrastruktur lazımdır. Azərbaycan bu infrastrukturu yaradıb və gələcəyə hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Komitə sədri: Amnistiya siyasəti xalqın inamını artırır, dövlətin gücünü nümayiş etdirir  

18:49
22 Dekabr

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən  

18:47
22 Dekabr

Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

18:46
22 Dekabr

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən  

18:44
22 Dekabr

“Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” mövzusunda konfrans keçirilib YENİLƏNİB  

18:43
22 Dekabr

Əlahiddə Ümumqoşun Orduda "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib  

18:41
22 Dekabr

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb  

18:41
22 Dekabr

Daxili işlər naziri gənclərin sırasından seçim edib  

18:40
22 Dekabr

Zəngilanın Ağalı kəndində işəgötürənlərlə görüş keçirilib  

18:39
22 Dekabr

IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib  

18:38
22 Dekabr

Azərbaycan qurduğu infrastrukturla gələcəyə hazırdır  

18:37
22 Dekabr

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan  

18:35
22 Dekabr

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ölkəmizdəki fəaliyyəti başa çatır  

18:34
22 Dekabr

Sahibkarların müraciətləri dinlənilib  

18:34
22 Dekabr

Əli Əsədov: Türkiyədə 3 min Azərbaycan şirkəti fəal iş aparır  

17:33
22 Dekabr

Baş nazir: Azərbaycan ilə Türkiyəni dərin tarixi köklər üzərində qurulmuş qardaşlıq münasibətləri birləşdirir  

17:23
22 Dekabr

Bitkoin alan britaniyalı şirkətlər 80 milyon funt sterlinq zərər edib  

17:17
22 Dekabr

Azərbaycanın Baş naziri: Ötən il Ankarada imzalanmış Fəaliyyət Planı 78 faiz icra edilib  

17:13
22 Dekabr

FIFA reytinqi: Azərbaycan ili 127-ci pillədə başa vurub

17:12
22 Dekabr

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Türkiyə üçün strateji əhəmiyyət kəsb edir  

17:11
22 Dekabr

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər  

17:10
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!