28 Noyabr 2023 09:25
420
SİYASƏT
A- A+
Azərbaycan Qərbin məkrli planlarını iflasa uğradır

Azərbaycan Qərbin məkrli planlarını iflasa uğradır

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın zirvəyə doğru gedən yolu heç də hamar olmayıb. Bu yolda dövlət olaraq nə qədər dolanbaclardan, enişlərdən-yoxuşlardan keçməli olub. Məhz Heydər Əliyev siyasətinin, İlham Əliyev qətiyyətinin nəticəsində antimilli şəbəkələrin ölkəmizə qarşı qurduqları bütün planlar iflasa uğradılıb, Azərbaycan öz gələcəyinə doğru inamla addımlayıb. Bütün bunların nəticəsidir ki, artıq torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub.

 

Erməni təəssübkeşlərinin əsl siması tam ifşa olundu

 

Azərbaycanın hazırda dayandığı zirvədən düşmənlərimiz də aydın görünür. Bəlli  düşmənimiz yalnız Ermənistan yox, həm də ABŞ və Fransa, eyni zamanda Kanada kimi dövlətlərdir. Vətən müharibəsinin başa çatmasından ötən 3 ilin reallıqları, əslində, əvvəldən də bəlli olan belə bir həqiqəti tam təsdiq edir ki, Qərbin bu siyasi mərkəzləri onilliklər boyu Ermənistanın işğal siyasətinə dəstək veriblər, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına çalışıblar. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirməklə, lakin ikiüzlü siyasət yürütməklə, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayıblar.
Torpaqlarını işğaldan azad edən Azərbaycan dövləti həmin Qərb dairələrinin əsl simalarını tam ifşa etdi. Maskası cırılan Fransanın çıxmadığı hoqqalar qalmadı. Əlbəttə ki, bu ölkənin qanunverici orqanında qəbul edilən  "sənədlər"in adi kağız parçası qədər dəyəri yoxdur və zəngin, tarixi dövlətçilik ənənələri ilə öyünən Fransa bununla özünü gülünc vəziyyətinə saldı.
Qarabağda erməni separatizminə son qoyulmasından sonra Qərbin bəzi ölkələri Azərbaycana savaş açıblar və bu davranışları ilə dövlətimizin öz ərazi bütövlüyünü bərpa etməsinə açıq şəkildə etirazlarını bildirirlər. Bunu başqa cür də dəyərləndirmək mümkün deyil. Fransanın Ermənistanı silahlandırması Qərbin regiondakı sülhün əldə olunmasına qarşı çıxmasından xəbər verir. Bir məsələni də qeyd edək ki, Fransa özünü dünyaya demokratik ölkə kimi sırımağa çalışsa da, əməlləri ilə hələ də müstəmləkəçilik baxışlarına sadiq qaldığını sübut edir. İndiki məqamda isə Afrikadan qovulan Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə çalışır.

 

ABŞ maliyyəsi ilə Ermənistanın işğal siyasətinə kömək göstərib

 

Fransa kimi ABŞ da bir dəfə olsun belə, Azərbaycan torpaqlarının işğal edilməsinə görə Ermənistanı qınamayıb. Bir dəfə də olsun ABŞ-nin hansısa siyasi strukturu BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası ilə bağlı Ermənistana çağırış etməyib. Amma 1992-ci ildə ABŞ Azərbaycana qarşı məlum 907-ci düzəlişi qəbul edib. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq. 
Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi 1992-ci ildə Qarabağda Xocalı soyqırımı ilə yanaşı, Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində, Xocavənd rayonunun Qaradağlı kəndində, Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya kəndlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın aktları törədilərkən, Şuşa və Laçında etnik təmizləmə aparılarkən ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərməyib. Əksinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında "Azadlığa dəstək aktı" adlanan qanuna 907-ci düzəlişi qəbul edib. Bununla da ABŞ hökumətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunmuşdur. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilmişdi. Nəticə etibarilə ABŞ-nin təcavüzkar Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalına kömək göstərmişdir.

 

Böhtançı və riyakar açıqlamalar qətiyyətlə və adekvat şəkildə cavablandırılır

 

Son vaxtlarda ABŞ-dən Azərbaycana qarşı böhtan xarakterli açıqlamaların çoxalması Senatın "2023-cü il erməniləri müdafiə aktı" qəbul etməsi, Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində dinləmələrdə ölkəmiz əleyhinə səslənən çıxışlar göstərir ki, ABŞ Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir. Milli Məclisin ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" ilə əlaqədar bəyanatında bununla bağlı deyilir: "Qondarma "Dağlıq Qarabağ Respublikası" özünü buraxdığını elan etdikdən sonra Amerikanın onu müdafiə etməsi siyasi riyakarlıq olub regionda vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan ABŞ tərəfi məhz ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı qeyri-dost addımlarını intensivləşdirməklə ikiüzlü siyasət yeritdiyini ortaya qoymuşdur".
Kənardan kimin nə deməsindən, nə etməsindən asılı olmayaraq, Azərbaycan öz yolu ilə gedir və bundan sonra da gedəcək. Hansısa dövlət və ya təşkilatın Azərbaycana təsir etmək üçün hazırladıqları planlar iflasa məhkumdur. O cümlədən onların ölkəmizin milli maraqlarına qarşı yönəlmiş bütün böhtançı və riyakar açıqlamaları dövlətimiz tərəfindən qətiyyətlə və adekvat şəkildə cavablandırılır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!