03 İyul 2025 08:35
563
İQTİSADİYYAT
A- A+
Azərbaycan qazının uzaq yolunun başlanğıcı

Azərbaycan qazının uzaq yolunun başlanğıcı


Bakı-Tbilisi-Ərzurum kəmərinin fəaliyyətə başlamasından 18 il keçir


Hazırda Azərbaycan 12 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya və Slovakiyaya qaz ixrac edir. Bu, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazdır. İxrac 3500 kilometrlik “Cənub qaz dəhlizi” və ona birləşdirilmiş interkonnektorlar vasitəsilə həyata keçirilir.

“Şahdəniz-1” qazını isə ilk dəfə ölkəmizdən kənara – qonşu Gürcüstana çatdıran 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) oldu. Azərbaycanın və Gürcüstanın ərazisində CQBK Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə eyni marşrut boyu uzanır. Azərbaycan-Gürcüstan sərhədində bu iki kəmərin yolu ayrılır. BTC nefti Ceyhana daşıyır. CQBK-ya isə yeni xətt qoşulur ki, onunla qaz Ərzuruma çatdırılır.

Beləliklə, Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. BTƏ-nin ayrılmaz bir hissəsini təşkil edən, ümumi uzunluğu 691 kilometr olan CQBK-nın Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşdirilən borular isə 280 kilometrlik məsafə boyu uzanır. BTƏ bütövlükdə 2007-ci il iyulun 3-də istifadəyə verilib. Dünyada neft diyarı kimi şöhrət tapmış Azərbaycan həmin vaxtdan qaz ixrac edən ölkə kimi tanınır. 

Xatırladaq ki, 2001-ci il martın 12-də Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə” imzalanmışdı. Həmin il sentyabrın 29-da isə Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş”in imzalanması baş verdi. 6 il sonra “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağın Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olması bunların uğurlu nəticəsi idi.

 Əslində, BTƏ kəməri “Cənub qaz dəhlizi”nin bünövrəsi, başlanğıcı rolunu oynamışdır. Prezident İlham Əliyev bunu öz çıxışlarında dəfələrlə qeyd etmişdir. Dövlətimizin başçısı 2014-cü il sentyabrın 20-də “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimindəki çıxışında demişdir: “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi, əslində, bu gün başlayır. Azərbaycan artıq “Cənub qaz dəhlizi”nin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir”.

 2018-ci il mayın 29-da “Cənub qaz dəhlizi”nin açılış mərasimində Prezidentimiz bu fikri yenidən vurğulamışdır: “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. “Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, “Cənub qaz dəhlizi”nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı”.

İndi bu dəhliz artıq gerçəkliyə çevrilib, Avropanın enerji xəritəsini yenidən çəkib, Azərbaycanı Pan-Avropa qaz təchizatçızı kimi tanıdıb.

CQBK “Cənub qaz dəhlizi”ni təşkil edən üç kəmərin birincisidir. Bu kəmərin genişləndirilmiş hissəsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmlərini ötürməyə başlayıb. “Şahdəniz-2” qazının marşrutu qardaş ölkənin ərazisində TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) davam edir. Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə 2020-ci il dekabrın 31-dən Azərbaycan qazını Avropaya çatdırır.

Bu gün istər Bakı-Tbilisi-Ərzurum kəməri, istərsə də “Cənub qaz dəhlizi” ahəngdar və təhlükəsiz şəkildə fəaliyyət göstərirlər. Başqa sözlə, Azərbaycan qazının ixracı uğurla davam edir. Ayrılıqda Bakı-Tbilisi-Ərzurum kəmərinə gəldikdə isə Türkiyənin ölkəmizdən idxal etdiyi mavi yanacağın xeyli hissəsini bu boru xətti daşıyır.

Deyilənləri rəqəmlər də təsdiqləyir. Energetika naziri Pərviz Şahbazovun hələ bir neçə ay əvvəl verdiyi açıqlamaya görə, bu il ölkəmiz Türkiyəyə 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır. Yanvar-mart aylarında Türkiyəyə 2,3 milyard qaz ixrac olunub. Bu dövrdə TANAP-la qardaş ölkəyə 1,4 milyard kubmetr qaz nəql edilib. Türkiyənin ölkəmizdən aldığı qazın qalanını isə BTƏ daşıyıb.


Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!