04 Oktyabr 2025 08:10
1208
SİYASƏT
A- A+
Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı qarşılıqlı maraqlar üzərində qurulub

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı qarşılıqlı maraqlar üzərində qurulub


Bu əlaqələr həmçinin regionumuzda firavanlığa və sabitliyə xidmət edir


Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında  diplomatik münasibətlərin qurulmasının 30 ili  tamam oldu. Xəbər verildiyi kimi,  bu münasibətlə Azərbaycan Prezidenti  İlham Əliyev Özbəkistan  Prezidenti Şavkat Mirziyoyevə, eləcə də  Özbəkistan lideri  dövlətimizin başçısına təbrik məktubu ünvanlayıblar.

Ölkələrimiz  arasında diplomatik əlaqələr 30  illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri  var.  Azərbaycan- Özbəkistan  hərtərəfli əlaqələrinin  getdikcə inkişafında  bu, bir növ zəmin rolu oynayır. Başqa bir vacib amil  də  bu iki ölkənin  başçılarının  dost, qarşılıqlı hörmət, inam  və  etimad münasibətləridir.

Bu gün  həm Azərbaycan, həm də Özbəkistan təkcə regionda deyil, həm də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış ölkələrdir. Təsadüfi deyil ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri  ötən dövr ərzində dinamik inkişaf edərək  ali səviyyəyə - müttəfiqlik pilləsinə yüksəlib. Keçən il imzalanan müqavilə iki müstəqil, güclü, suveren dövlət  arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm tarixi sənəddir.

Dövlətimizin başçısı öz təbrik məktubunda bütün bunlari qeyd edərək  yazıb: "Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir".

Qardaş Özbəkistanın  beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini  xalqımız  heç zaman unutmur. Özbəkistan Prezidenti   azad olunmuş ərazilərimizə dəfələrlə səfər edib. Onun  təşəbbüsü ilə  Füzulidə  özbək xalqının adından Mirzə Uluqbəy  adına  orta  məktəb  inşa edilib, Xankəndidə isə birgə tikiş müəssisəsi yaradılıb.

Özbəkistan  Prezidenti Şavkat Mirziyoyev də öz məktubunda vurğulayıb ki, ötən dövrdə əməkdaşlığımızın salnaməsi yaddaqalan hadisələrlə zəngin olub, bütün sahələrdə əlaqələr ardıcıl şəkildə inkişaf edib. Əhatəli və uzunmüddətli münasibətlərimizi hərtərəfli möhkəmləndirməyə yönəlmiş hüquqi baza və səmərəli institusional mexanizmlər, çoxtərəfli formatlar yaradılmışdır. Şübhəsiz ki, Özbəkistan ilə Azərbaycan arasında mövcud olan ortaq qardaşlıq, bizi birləşdirən möhkəm dostluq bağları, müntəzəm xarakter almış ali səviyyəli səmərəli dialoqlarımız qardaş xalqlarımızın ümumi tərəqqisinə xidmət etməkdədir".

Özbəkistanın dövlət başçısı əmin olduğunu bildirib ki, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığımız bütün prioritet istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, logistika, energetika, sənaye, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində bundan sonra da sürətlə inkişaf edəcək.

Qeyd edək ki, hazırda beynəlxalq gündəmdə maraq doğuran məsələlərdən biri də Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın yaradacağı "yaşıl dəhliz"dir. Belə ki,  keçən il noyabrın 13-də COP29 çərçivəsində bu üç ölkənin dövlət başçısı  "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalayıb. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasını da xatırladaq. Bu sazişə əsasən, Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Bir sözlə, Mərkəzi Asiya, Qafqaz, Avropa, Xəzər və Qara dəniz  vahid enerji dəhlizi ilə birləşdiriləcək. 

Xəzərin dibi ilə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın birlikdə yaradacağı "yaşıl dəhliz" üçün bu ölkələrin hər birinin böyük potensialı var. Azərbaycanın  "yaşıl gündəliy"i artıq bütün dünyaya bəllidir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 qiqavatlıq "yaşıl enerji" - günəş, külək və su-elektrik enerjisi istehsal ediləcək. 

Özbəkistanda da bu istiqamətdə genişmiqyaslı işlər aparılır, "yaşıl enerji"nin inkişafı üçün böyük proqram qəbul edilib. 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 40 faizə çatdırılması, həmçinin 4,2 qiqavatlıq enerjisaxlama sistemlərinin yaradılması planlaşdırılıb.

Özbəkistan mütəxəssislərinin  bildirdiyinə görə, ölkədə  2025-ci ilin sonuna kimi 3,5 qiqavat enerji istehsal etmək gücünə malik külək və günəş-elektrik stansiyalarının istismara verilməsi planlaşdırılıb: "Yerli və xarici sərmayədarlar Özbəkistanın enerji sektoruna 25 milyard dollar həcmində sərmayə yatırıblar. 2024-cü ildə Özbəkistanda inşa edilən günəş və külək-elektrik stansiyaları 4 milyard 860 milyon kilovatsaat elektrik enerjisi istehsal ediblər. Azərbaycan, Özbəkistan və Qazaxıstanın arasında "Green Corridor" ("Yaşıl dəhliz") yaratmaq barədə razılıq sənədinin imzalanması iqtisadi, enerji, geosiyasi və regional əməkdaşlıq üçün olduqca əhəmiyyətlidir. Özbəkistan bu dəhliz vasitəsilə Avropanın enerji bazarına çıxmaq şansı əldə edir".

Məlumdur ki, hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid geosiyasi regiona çevrilməkdədir. Bu coğrafi müstəvidə gedən müsbət proseslərdə, əlbəttə ki, Azərbaycan ilə Özbəkistan arasında möhkəm əlaqələrin və səmərəli əməkdaşlığın mühüm rolu var.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!