20 Avqust 2016 12:08
575
Mədəniyyət
A- A+
Azərbaycan nümunəvi tolerantlıq məkanıdır

Azərbaycan nümunəvi tolerantlıq məkanıdır

 

Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Tolerantlıq Azərbaycan xalqının xarakterinin özünüifadə formasıdır. Bu gün dünyada mövcud olan nümunəvi tolerant ölkələrdən biri və bəlkə də birincisi Azərbaycandır desək, heç də yanılmarıq. 

Əsrlərdir ki, bu məmləkətdə çoxlu sayda dini icmalar fəaliyyət göstərmiş, hər bir şəxs üçün dini ayinlərin sərbəst şəkildə yerinə yetirilməsindən ötrü zəruri şərait yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin siyasi gücü ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini bərpa etmişdir. Ulu öndər multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası dünyada milli və dini tolerantlıq məkanı kimi tanınmış, ölkəmizdə dini etiqad və vicdan azadlığı konstitusiya norması kimi qəbul edilmişdir. Azərbaycan Respublikası dini dözümlülük səviyyəsinə görə Asiya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan ölkəmiz başqa millətlərə mənsub olan insanların dinc və mehriban yaşamasını təmin edir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır və beynəlxalq konfransların, forumların çoxunda fəal müzakirə edilir. Ölkə rəhbərliyi belə hesab edir ki, bütün insanlar, hansı dinə etiqad etmələrindən asılı olmayaraq, başqa mədəniyyətlərə, dinlərə, əxlaqi dəyərlərə hörmətlə yanaşmalı, özləri üçün bütün ənənələrə münasibətdə dözümlü olmalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəaliyyət qurulur. Belə ki, dövlət başçısının sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ildə isə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili məhz bu siyasətin bariz nümunəsidir. Prezident İlham Əliyevin dini dəyərlərə verdiyi əhəmiyyətin nəticəsidir ki, ölkədə yeni-yeni məscidlər tikilir, əvvəllər mövcud olmuş məscid, kilsə və sinaqoqlar təmir edilir. Təkcə müstəqillik illərində bu istiqamətdə görülən işləri nəzərdən keçirmək kifayətdir ki, dövlətin dinə olan münasibətinin əyani şahidi olaq. Müqayisə üçün qeyd edək ki, müstəqillik illərində Azərbaycanda məscidlərin sayı xeyli dərəcədə artmışdır. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2166-ya çatmış, onların isə 78-i Lənkəran rayonundadır. Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilmişdir. Dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi yenidən qurulub bərpa edilmiş, respublikamızın müxtəlif bölgələrində yerləşən 6 məscid əsaslı şəkildə təmir olunmuşdur. 2014-cü ildə Bakı şəhərində inşa olunan Heydər Əliyev məscidi dünyanın ən gözəl məscidlərindən biridir. 2016-cı ildə Gəncə şəhərində yerləşən İmamzadə məscidi əsaslı təmir olunmuşdur. Bu məscid və ziyarətgahların açılışında şəxsən Prezident İlham Əliyev iştirak etmişdir.
Lənkəran rayonunda da bir sıra ziyarətgahlar və məscidlər əsaslı təmir olunmuşdur. Buna misal olaraq Şıxəkəran kəndində Şeyx Zahid türbəsi, Cil kəndində Seyid Xəlifə və Şağlaküçə kəndində Seyidəpir ziyarətgahları, Səpnəkəran, Cil, Veravul, Girdəni, Göyşaban və başqa kənd məscidləri təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.
Lənkəran rayonunda insanların tolerantlıq mühitində yaşaması üçün lazımi şərait yaradılmışdır. Lənkəran rayonunda yaşayan müxtəlif xalqların nümayəndələri və dini icma rəhbərləri ilə mütəmadi görüşlər keçirilir, onları maraqlandıran bütün məsələlərin həllinə həssaslıq göstərilir, bu məsələlər şəhər icra hakimiyyətinin daim nəzarətində saxlanılır.
Lənkəran rus icmasının sədri Lidiya Karyagina deyir ki, biz - Azərbaycanda yaşayan ruslar özümüzü azərbaycanlı hesab etməklə bu xalqın bütün milli və tarixi bayramlarını böyük sevinc hissi ilə qeyd edirik. Fəxr edirik ki, Azərbaycan adlı gözəl diyarın vətəndaşıyıq, burada bizim atalarımız yaşayıb və bu gün də biz yaşayıb-yaradırıq.
Lənkəran rayonunun Separadi kəndində yaşayan talışlardan ibarət “Nənələr” folklor kollektivinin adı təkcə respublikamızda məşhur deyil, onun hüdudlarından çox-çox uzaqlarda da tanınır. Lənkəran ŞİH-in təşəbbüsü ilə yaradılan azyaşlı qızlardan ibarət “Nəvələr” folklor qrupu da, “Nənələr”in ardıcılı kimi, hazırda rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə çıxış edir.
Mayın 2-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib. Yeni Azərbaycan Partiyasının və Lənkəran ŞİH-in təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli və Eldar İbrahimov, Milli Məclisin deputatı Rəşad Mahmudov, YAP Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının sədrləri, sədr müavinləri, Gənclər Birliyinin və Qadınlar Şurasının sədrləri, Yeni Azərbaycan Partiyasının fəalları iştirak ediblər.
Müşavirədə çıxış edənlər Azərbaycanda bütün azsaylı xalqların və etnik qrupların bərabərhüquqlu vətəndaşlar kimi yaşamasından, onlara Prezident İlham Əliyev tərəfindən daim göstərilən diqqət və qayğıdan söz açmış, o cümlədən Lənkəranda da müxtəlif xalqların nümayəndələrinin təhlükəsiz, qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşayaraq fəaliyyət göstərdiklərini - ictimai-siyasi, mədəni, iqtisadi həyatın bütün sahələrində birgə çalışdıqlarını diqqətə çatdırıblar. Natiqlər qeyd ediblər ki, Azərbaycanda insanlar bir-birinə münasibətdə kimin hansı millətə və yaxud dinə qulluq etməsinə görə deyil, əsl insan olmasına görə seçilir və hörmət göstərir.
Azərbaycan müxtəlif millətli xalqların və din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı bir ölkədir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Avropalılar üçün tolerantlıq hüquqi borcdursa, Azərbaycan üçün bu, mənəvi ehtiyacdır. Azərbaycanda etnik azlıq nümayəndələrinin öz adət-ənənələrinə uyğun yaşaması üçün hər cür şərait yaradılıb. Məhz bu kimi amilləri əsas götürən beynəlxalq təşkilatlar İslam dəyərlərinin qorunub saxlanması, İslam mədəniyyətinin inkişafı sahəsində Azərbaycanın gördüyü işləri lazımınca qiymətləndirərək, ISESCO-nun dəstəyi ilə 2009-cu ildə Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdi.
Azərbaycan Respublikasının tolerant bir ölkə kimi dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun prezidenti, ISESCO və UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunmuş, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirmişdir.
Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri, öz ibadət tərzi var. Tolerantlıq bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzidir ki, bu da bizim fərqliliyimizin və zənginliyimizin təzahürüdür. Məhz bu kimi amillərin sayəsində Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilmişdir. Respublikamız artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, Azərbaycan Respublikası bütün dünyada islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan suveren bir dövlətə çevrilmişdir. Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin və dövlətin İslam dininə, milli-mənəvi dəyərlərimizə verdiyi böyük əhəmiyyətin təzahürləridir. Azərbaycanda məscidlərlə yanaşı kilsə, sinaqoq və digər etiqad yerlərinin olması ölkəmizdəki tolerant mühitin əyani sübutudur.

Rasilə ƏLİYEVA,
Lənkəran ŞİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb 

19:23
03 İyun

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır  

19:22
03 İyun

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

19:21
03 İyun

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

19:20
03 İyun

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib  

19:18
03 İyun

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb  

19:18
03 İyun

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

19:16
03 İyun

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

19:07
03 İyun

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans

19:06
03 İyun

Maldivlər 16 yaşından kiçik uşaqlarınn sosial şəbəkələrə girişini qadağan edir

18:54
03 İyun

Qarğıdalı sahələrinin sığortası davam edir

18:43
03 İyun

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!