10 Aprel 2014 01:04
554
İQTİSADİYYAT
A- A+
Azərbaycan müasir tikinti sənaye kompleksinə malikdir

Azərbaycan müasir tikinti sənaye kompleksinə malikdir

 

İndi ölkəmiz ən mürəkkəb tikinti layihəsini həyata keçirməyə qadirdir

 

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət tikinti sektorunda da uğurların qazanılmasına təkan vermişdir. Qeyri-neft sektorunun inkişafına istiqamətlənmiş siyasət, xarici və daxili investisiyalar üçün əlverişli şəraitin yaradılması, əsaslı kapitala qoyulan investisiyaların dəfələrlə artırılması nəticəsində Azərbaycanda  tikinti bumu yaşanır. Böyük vüsət alan inşaat işləri bir yandan dövlət tərəfindən ölkə əhəmiyyətli irimiqyaslı infrastruktur layihələrin reallaşması və sosial obyektlərin inşa edilməsi, digər tərəfdən özəl sektorda  həyata keçirilən müxtəlif təyinatlı tikintilər hesabına baş verir.

Bütün bunlar dövlətin tikinti sektoruna külli miqdarda investisiya ayırmasının nəticəsidir. Ötən illərin statistik rəqəmlərinə diqqət yetirək: 2003-cü ildə Azərbaycanda tikinti sektoruna yönəldilən investisiyaların həcmi 1,7 milyard manata yaxın olmuşdur. Ölkə üzrə dövlət və özəl tikinti müəssisələrinin həyata keçirdiyi tikinti işlərinin həcmi isə 900 milyon manat təşkil etmişdir. 2004-cü ildə tikinti sektoruna yönəldilən investisiyalar 2,5 milyard manata yaxınlaşmış, bütün mülkiyyət formaları üzrə həyata keçirilən tikinti işlərinin həcmi 1,4 milyard manat olmuşdur. 2005-ci ildə isə tikinti sektoruna yatırılan investisiyalar 3,1 milyard manata çatmışdır. Həmin il ölkədə təqribən 1,56 milyard manatlıq tikinti işləri həyata keçirilmişdir. 2008-ci ildə də tikintiyə qoyulan investisiyalar artaraq 6 milyard manata yaxın olmuş, ölkədə 3,8 milyard manat inşaat işləri həyata keçirilmişdir. Nəhayət, 2010-cu ildə tikinti sektoruna 6,6 milyard manat investisiya yatırılmış və  4,5 milyard manatdan çox tikinti işləri görülmüşdür. 2011-ci ildə  bu rəqəmlər müvafiq olaraq 7,8 və 6,1 milyard manata çatmışdır. Bundan bir il sonra isə tikinti kompleksində aparılan inşaat işlərində bütün maliyyə mənbələrindən ayrılan 15,3 milyard manat vəsaitdən istifadə edilərək təqribən 7,6 milyard manatlığa yaxın tikinti-quraşdırma işləri görülmüşdür. Beləliklə, bu illər ərzində Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 8 dəfəyədək artmış və nəticədə iqtisadiyyatın həmin sektoru sürətlə inkişaf edən sahələrdən birinə çevrilmişdir.

Sözügedən dövr həm də Azərbaycanda tikinti sənayesində yeni sahələrin yaranmasına səbəb olmuşdur. Qeyri-neft sektorunun inkişafı, tikinti sektorunda müşahidə edilən yüksəliş ilk növbədə tikinti materialları sənayesinin yaranması ilə nəticələnmişdir. Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları tikilmiş, metal konstruksiyaların istehsalına başlanmış, habelə müasir tikinti materialları istehsal edən müəssisələr yaradılmışdır. Müqayisə edək: 2003-cü ildə Azərbaycanda 68 milyon manatlıq tikinti materialları istehsal edilmişdisə, 2007-ci ildə - ölkədə tikinti bumunun geniş vüsət aldığı, ümumi daxili məhsul istehsalının ən yüksək göstəriciyə çatdığı bir vaxtda bu rəqəm sürətlə artaraq 253 milyon, 2008-ci ildə isə 352 milyon manata çatmışdır. Hətta dünyada qlobal iqtisadi böhranın hökm sürdüyü 2009-cu ildə də Azərbaycanda tikinti materiallarının istehsalında azalma baş verməmiş, əksinə, istehsal edilən məhsulun həcmi  artaraq 452 milyon manatı ötmüşdür. İndi ölkədə 2003-cü illə müqayisədə dəfələrlə çox tikinti materialı istehsal olunur. Bu həm də tikinti materialları sənayesində minlərlə yeni iş yerinin açılmasına, ölkənin tikinti materiallarına tələbatının çox hissəsinin yerli istehsal hesabına təmin edilməsinə imkan yaratmış, eləcə də bütün ölkə boyu təzə yaşayış binalarının, fərdi və bağ evlərinin inşası ilə yanaşı, yeni tikinti və mənzil satışını həyata keçirən çoxsaylı yerli şirkətlərin yaranması ilə nəticələnmişdir.

Yeri gəlmişkən qeyd edək ki, dövlət tərəfindən qoyulan kapitalla bərabər əhalinin gəlirlərinin artması da tikintinin geniş miqyas almasına təkan verən amillərdən biridir. Məsələn, 2003-cü ildə tikilən 1 milyon 339 min kvadratmetr yaşayış sahəsinin 757 min kvadratmetri vətəndaşların şəxsi vəsaitləri hesabına başa gəlmişsə, 2011-ci ildə həmin rəqəm 1 milyon 600 min, 2012-ci ildə isə 1 milyon 748 min kvadratmetr təşkil etmişdir. Ümumilikdə təkcə 2004-2012-ci illər ərzində ölkədə 15 milyon 137 min kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bunun da 10 milyon kvadratmetrdən çoxu vətəndaşların şəxsi vəsaitləri hesabına inşa edilən yaşayış sahələridir. Bu sırada dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına, qaçqın və məcburi köçkünlərə, digər sosial qruplara tikilən yaşayış evlərini xüsusi qeyd etmək lazımdır.

2003-2013-cü illər həmçinin tikintidə yeni texnologiyaların tətbiqi ilə də fərqlənir. Qeyri-neft sektorunda sənayeləşən, müasir texnologiyalar əsasında rəqabətədavamlı məhsullar istehsal edən sahələrdən biri də tikinti sənayesidir. 2011-ci ildə ölkəmizdə Qafqazın ilk müasir tikinti materialları zavodu istifadəyə verilmişdir. Bu müəssisə innovasiya texnologiyaları əsasında qurulduğundan müasir standartlara tam cavab verir. Zavod Almaniyanın məşhur WERHANN şirkətinin yüksək texnologiyalı istehsal avadanlığı ilə təchiz edilmişdir.

Bu cür tanınmış əmtəə nişanı altında keyfiyyətli inşaat materialları istehsal edən zavodların istifadəyə verilməsi ölkədə sahibkarlığın inkişafına yaradılan şəraitin və tikinti sektorunun inkişafına göstərilən qayğının nəticəsidir. Müasir müəssisələrin açılması, istehsal olunan məhsulların satışının təşkili minlərlə yeni iş yerinin açılmasına da imkan yaratmışdır. Eləcə də ötən illər ölkədə iri və sənayeləşmiş tikinti şirkətlərinin yaranması ilə də müşayiət olunmuşdur. Əgər 2003-cü ilə qədər iri və mürəkkəb tikinti layihələri əsasən xarici şirkətlərlə ortaqlıq şəraitində həyata keçirilirdisə, sonrakı illərdə bu vəziyyət yerli şirkətlərin xeyrinə dəyişmişdir. Hazırda Azərbaycanda mürəkkəb yol-nəqliyyat infrastrukturunun, iri sənaye müəssisələrinin və müasir memarlıq üslubuna malik binaların tikintisini yerli şirkətlər həyata keçirir. Bu isə o deməkdir ki, indi Azərbaycan daxili potensialı hesabına istənilən iri tikinti layihəsini həyata keçirən bir ölkədir.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!