01 İyun 2026 16:33
158
DÜNYA
A- A+
Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib  

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib  


İyunun 1-də “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin İran ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan–İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan–İran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində dövlət sərhədinin mühafizəsinin təşkili, eləcə də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər müzakirə olunub.

Müzakirələr zamanı iki ölkənin sərhəd mühafizə qurumları arasında əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirilib, dövlət sərhədindən qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər bu cür görüşlərin keçirilməsinin sərhəd mühafizə qurumları arasında əlaqələrin inkişafına, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Görüş dostluq, qarşılıqlı etimad və anlaşma şəraitində keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

17:33
01 İyun

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər  

17:32
01 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:31
01 İyun

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

17:30
01 İyun

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

17:28
01 İyun

Qlobal neft böhranı elektrikli avtomobillərə tələbatı rekord həddə çatdırıb

17:06
01 İyun

N.Paşinyan seçkiqabağı sorğularda liderdir  

16:54
01 İyun

Ən çox allergiya yaradan qidalar hansılardır?

16:45
01 İyun

Qazax gümçülərinin builki hədəfi 2000 kiloqram barama təhvil verməkdir  

16:36
01 İyun

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib  

16:33
01 İyun

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

16:19
01 İyun

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

16:18
01 İyun

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

16:18
01 İyun

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır  

16:17
01 İyun

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı  

16:16
01 İyun

Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

16:14
01 İyun

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB 

16:13
01 İyun

Myanmada mədən anbarında partlayış: ölənlər arasında uşaqlar var

16:07
01 İyun

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

16:05
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!