27 Dekabr 2013 12:12
209
CƏMİYYƏT
A- A+

«Azərbaycan» ilin qəzeti elan edildi

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 2013-cü ilin idman laureatlarının adlarını açıqlamışdır. "Azərbaycan" ilin qəzeti elan olunmuşdur.

Digər laureatlar arasında "Olimpiya dünyası", "Zerkalo", "525-ci qəzet" və "Futbol +" var.

İlin idman jurnalistləri Səxavət Quliyev (AzərTAc), Rahib Səmədov ("Olimpiya dünyası"), Elçin Cabbarov ("Respublika"), Elman Məmişov ("İctimai TV"), Saleh Salahov ("Sportsman"), Ceyhun Əliyev ("Het-trik"), Sənan Məhərrəmov (APA TV) və Tuncay Türbəndəzadə (milli.az) olmuşlar.

"İdman Azərbaycan" telekanalı, "İctimai" radio, apasport.az və mediaforum.az internet saytları da qaliblər sırasındadır.

Kristina İovu (ağır atletika), Yuliya Ratkeviç (güləş), Fəridə Əzizova (taekvondo), Məhəmmədrəsul Məcidov (boks), Elxan Məmmədov (cüdo) və Valentin Demyanenko (kanoe) ilin idmançısı seçilmişlər.

Şahmat üzrə kişilərdən ibarət milli komanda, qadın voleybolçulardan ibarət "Rabitə" klubu və Ağdamın "Qarabağ" futbol klubu ilin komandası nominasiyasının qalibi olmuşlar.

Fəxrəddin Abdullayev (APA) ilin fotoreportyoru, Valeh Əhmədov ("İdman Azərbaycan") ilin telerejissoru, Zaur Ağamir ("İdman Azərbaycan") ilin teleoperatoru elan edilmişlər.

Rasim Mövsümzadə ("Bir qolun tarixçəsi" kitabı) ilin kitabı nominasiyasında qalib gəlmişdir.

Gənclər və İdman Nazirliyi İdman İdarəsinin rəisi Mirkamil Rəhimov 2013-cü ilin idman xadimi adına layiq görülmüşdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video