22 Sentyabr 2023 12:11
263
SİYASƏT
A- A+

“Azərbaycan ikinci böyük qələbəsinə imza atdı”

 

"Düşmən bir daha Azərbaycanın gücünü gördü. Onlar başa düşdülər ki, Azərbaycanla oyun oynamaq olmaz. Bütün bunların nəticəsi göz qabağındadır. Onlar yalvara-yalvara təslim olmaqla yanaşı, bütün dünyada rəzil oldular".
Bu sözləri türkiyəli ictimai xadim, "EkoAvrasiya" Fondu İdarə Heyətinin sədri, “EkoAvrasiya” jurnalının baş redaktoru Hikmət Eren deyib.
Baş redaktor qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qarşı tərəfi silahı yerə qoymağa çağırsa da, onlar tam başqa xülyalarla yaşayırdılar, buna əhəmiyyət vermək istəmirdilər: “Başa düşmürdülər ki, Azərbaycan bir günün içində Xankəndiyə daxil ola bilər. Onların əməliyyatların bir günü başa çatmamış təslim olmaları göstərdi ki, düşmən hansı rəzil durumdadır”.
H. Eren vurğulayıb ki, separatçıların zərərsizləşdirilməsi ilə bağlı Azərbaycanın atdığı addımları heç kim qınaya bilməz. Azərbaycan öz ərazilərində separatçılara qarşı tədbirlər gördü. “Bu, beynəlxalq hüquqda rəsmi Bakının haqlı olduğunu göstərir. Qardaş Azərbaycan Vətən müharibəsindən sonra ikinci böyük qələbəsinə imza atdı. Türkiyənin mənəvi-psixoloji və beynəlxalq dəstəyi Azərbaycanın apardığı haqlı tədbirlərə böyük stimul oldu. Bu dəfə də Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırdı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə şəfalar diləyirəm”, - deyə türkiyəli ictimai xadim əlavə edib. 

Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video