16 May 2025 08:15
339
SİYASƏT
A- A+
Azərbaycan ikili standartlarla daha çox üzləşən ölkədir

Azərbaycan ikili standartlarla daha çox üzləşən ölkədir


Bəzi Qərb dairələrini Cənubi Qafqazda sülhdən çox öz geopolitik, qlobal maraqları düşündürüb və bu, hələ də davam etməkdədir. Əgər belə olmasaydı, elə bəzi Qərb dövlətlərinin yaratdıqları Qarabağ münaqişəsi də uzunömürlü olmazdı. İkili standartlardan və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən xalqlardan biri məhz Azərbaycan xalqı olub.

24 mart 1992-ci ildə ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmədi. Münaqişəni həll etmək, tərəflər arasında sülhə nail olmaq üçün yaradılan ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı, kimin haqsız olduğunu çox yaxşı bilsələr də, BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyinə dair 4 qətnamə qəbul etsə də, vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlər Ermənistanın Azərbaycana təcavüzünü birbaşa qəti surətdə pisləyib, təcavüzkara qarşı heç bir əməli tədbir  görmədilər. Beynəlxalq birlik təcavüzkara hüquqi qiymət verib öz adı ilə çağırmaq əvəzinə daha çox status-kvonu saxlamağa vasitəçilik etdi. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən 7 rayon işğalda  qaldı, insanlar öz doğma yurdlarından məcburən köçkün düşdülər. 

Ermənistanın siyasi və hərbi rəhbərliyini təmsil edən şəxslər cəzasızlıq mühitindən ruhlanaraq ölkəmizə münasibətdə tətbiq edilən ikili standartlardan öz çirkin və məkrli məqsədləri üçün istifadə edərək azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə müharibə və terrorçuluq cinayətləri törətdilər.

19 oktyabr 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyi açıq-aşkar təsdiqini tapdı. "Vasitəçilər" bu mötəbər təşkilatın tribunasında Ermənistanın vəkili obrazında çıxış etdilər.

Prezident İlham Əliyev 12 dekabr 2020-ci ildə ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən demişdir: "Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir".

Bu gün qürur hissi ilə qeyd edirik ki, məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü, məcburi köçkünlərin 30 ilə yaxın müddət ərzində pozulmuş hüquqlarını bərpa etdi.

Düşünmək olardı ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra  Cənubi Qafqazda planları baş tutmayan bəzi Qərb dövlətləri səhvlərini anlayıb, mənfur planlarından əl çəkib problemin həllinə kömək etməsələr də, sülhə mane olmayacaqlar... Əfsuslar olsun ki, biz bunun tamamilə əksini gördük. İllərdir problemin həllinə  "vasitəçilik" edən Fransa ölkəmizə qarşı yalnız müharibə elan etmədi. Bu dövlət xüsusi hazırlanmış proqramla Ermənistanı nümayişkaranə şəkildə silahlandırmaqdan tutmuş ölkəmizə qarşı aparılan bütün çirkin, qərəzli təbliğat kampaniyasına birbaşa rəhbərlik edir.

Bəzi Qərb dairələri, xüsusilə Fransa və bu ölkənin maliyyələşdirib öz siyasi məqsədləri  üçün bəzi müstəqil dövlətlərə təzyiq mexanizmi kimi istifadə etdiyi beynəlxalq təşkilatlar vasitəsilə ölkəmiz əleyhinə əsassız qətnamələr qəbul edərək feyk məlumatlar yağdırdılar. İş o yerə çatdı ki, BMT Təhlükəsizlik Şurasının beş  üzvündən biri olan Fransa Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) ölkəmizdə keçirilməsinin əleyhinə baykot kampaniyası başlatdı. Bu nüfuzlu beynəlxalq tədbirin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: "Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib".

Dövlətimizin başçısı ölkəmiz əleyhinə nəticəsiz  təbliğat aparanlara  belə dedi: "Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!"

Qürurla qeyd edə bilərik ki, Azərbaycan dünyada yeni  siyasi güc və iradə, eyni zamanda iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Dünyanın əsas güc mərkəzləri olan nəhəng dövlətlər ərazi bütövlüyümüzü dəstəkləməklə yanaşı, əməkdaşlıq münasibətlərini genişləndirməkdə maraqlı olduqlarını açıq şəkildə nümayiş etdirirlər. Bu gün Azərbaycan-Çin əməkdaşlıq əlaqələri genişlənərək getdikcə daha çox strateji sahələri əhatə etməklə istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, dövlətimizin başçısı İlham Əliyev bu il aprelin 10-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq konfransda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibəti və bir sıra digər mühüm məsələlərlə bağlı ölkəmizin dəyişilməz mövqeyini ifadə edərək demişdir: "Ermənistanın dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq".  

Mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında iştirak edən  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı xalqımızın başına gətirilən bəlalardan bəhs edərkən demişdir: "Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız".

Prezident İlham Əliyevin bu fikirləri Ermənistana və onun havadarlarına, sülhdən danışıb öz maraqları naminə yeni məkrli plan quranlara  növbəti mesajdır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!