10 Dekabr 2023 10:30
623
CƏMİYYƏT
A- A+
Azərbaycan əsgərinin qalibiyyət, erməni işğalçılarının məğlubiyyət rəmzinə çevrilmiş məkan

Azərbaycan əsgərinin qalibiyyət, erməni işğalçılarının məğlubiyyət rəmzinə çevrilmiş məkan

 

Bu gün gənclərin böyük həvəslə üz tutduqları ünvanlardan biri də Hərbi Qənimətlər Parkıdır. Ziyarətçilər 44 günlük Vətən müharibəsində düşmənin məhv edilmiş zirehli texnikalarına maraqla tamaşa edirlər. 27 sentyabr 2020-ci ildə ermənilər məhz bu texnikalar və silahlarla mövqelərimiz üzərinə hücuma keçmişdilər.
Vətən müharibəsi başa çatandan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində Hərbi Qənimətlər Parkı yaradıldı. Parka Vətən müharibəsi zamanı hərbçilərimizin döyüş meydanlarında erməni qəsbkarlarının dəqiq atəş zərbələri ilə vurub sıradan çıxardıqları zirehli və zirehsiz texnikaları, silahları gətirildi. Bu texnikalar, silahlar muzey eksponatına çevrildi. 
Parkı gəzdikcə maraqlı mənzərələrlə rastlaşdıq. Şərti səngərlər, yeraltı keçidlər, minalanmış sahə və başqa bölmələr düşmənin 30 ildə nə ilə məşğul olduğunu göstərirdi.  Bir az qabağa gedəndən sonra qarşımıza ermənilərin dilindən düşməyən "Ohanyan səddi" çıxdı. Erməni işğalçıları xeyli xərc çəkərək bütün cəbhəboyu "Ohanyan səddi" yaratmışdılar. Bu sədd yerə bərkidilmiş bir neçə sıra üzüm dirəklərindən və bu dirəklərə qat-qat və yaxın-yaxın çəkilmiş tikanlı məftillərdən ibarət idi. Dirəklərin arasına isə yüzlərlə, minlərlə mina basdırılmışdı. Ermənilər bu səddi yaratmışdılar ki, Azərbaycan Ordusu işğalda qalmış rayonların ərazilərinə ayaq basa bilməsin. Amma Vətən müharibəsində ordumuzun zabit və əsgərləri bu səddi qısa müddətdə aşaraq düşmənin üzərinə əks-hücuma keçdilər və torpaqlarımızı işğaldan azad etdilər. 
Ziyarətə gələnlər eksponatların yanında bir anlıq ayaq saxlayır, yanıb qaralmış texnikalara və silahlara tamaşa edirdilər. Azərbaycan əsgərinin zərbələri dəqiq olduğundan texnikalar bir göz qırpımında heyət üzvləri ilə birlikdə zərərsizləşdirilmişdi. Zirehli, zirehsiz texnikalar müxtəlif yerlərindən vurulmuşdu. Hərbçilərimiz düşmən tankının birini elə yerindən vurmuşdular ki, zirehli texnika üç hissəyə parçalanmışdı. Bu, hərbçilərimizin peşəkarlığından xəbər verirdi. Hərbi Qənimətlər Parkında erməni əsgərlərinin, onların səngərlərinin, kazarmalarının, qarovul otaqlarının, anbarlarının və başqa yerlərin maketləri də qoyulmuşdu. 
Muzey eksponatı kimi baxılan bu silah və texnikalarla düşmən ordumuza qalib gəlmək, yeni ərazilərimizi işğal etmək istəyirdi. Amma igid, cəsur döyüşçülərimiz dəqiq atəş zərbələri ilə qəsbkarların döyüş texnikalarını, canlı qüvvəsini məhv etdilər, xalqımıza böyük qələbə sevinci yaşatdılar. Erməni qəsbkarlarının vurulmuş texnikalarına baxdıqca Azərbaycan əsgərinin gücü, qüdrəti, peşəkarlığı və qəhrəmanlığına heyrət etməmək mümkün deyil. 
Birinci Qarabağ müharibəsində özlərinin "qələbə rəmzi" kimi Xankəndi-Şuşa yolunda qoyduqları tank da 19-20 sentyabrda Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra Hərbi Qənimətlər Parkına gətirildi. 442 nömrəli bu tankı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov Şuşada vurmuşdu. İndi həmin tank düşmənin məğlubiyyətinin rəmzidir. Təkcə bu zirehli texnika deyil, Hərbi Qənimətlər Parkı özü bütövlükdə Azərbaycan əsgərinin qalibiyyət, erməni işğalçılarının məğlubiyyət rəmzinə çevrilmiş bir məkandır. 

V.MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!