18 İyun 2025 08:35
346
İQTİSADİYYAT
A- A+
Azərbaycan Dünya Bankının daha bir hesabatında irəliləyib

Azərbaycan Dünya Bankının daha bir hesabatında irəliləyib


Ölkəmiz əmək bazarında gender bərabərliyi nümunəvi olan dövlətlər sırasındadır


İnsanların sosial rifah içində yaşamağı təmin edən ən önəmli amil layiqli əməklə məşğul olmaqdır. Yəni hər bir insan qabiliyyətinə görə gəlirli işlə məşğul olarsa, özünün yaşamını təmin edə bilir. 

Uzun illər dünyada dini və milli ənənələr üzündən qadınların əmək bazarına çıxışı məhdud olub. Baxmayaraq ki, qadınların fəal şəkildə əmək bazarına daxil olan ölkələrdə inkişaf və sosial rifahın daha yüksək səviyyədə olması çoxdan məlumdur, belə vəziyyətin hələ də davam etdiyi ölkələr var. Son dövrlər dünyanın əmək bazarında gender bərabərliyi barədə çalınan həyəcan təbili də bununla bağlıdır. 

Azərbaycanda isə vəziyyət tam fərqlidir. Bizdə qadına cəmiyyətdə fəal iştirak etmək hüququ çoxdan təmin edilib. Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ da Azərbaycanda verilib. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən qanunla qadınlarımız bu hüquqa malik olublar. Yəni ötən əsrin əvvəllərində Azərbaycan dünyada qanunla qadına dəyər və hüquq verən ölkə kimi tarixə düşüb. Həmin ənənə ölkəmizdə bu gün də davam edir.   

Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun 2025-ci ilin Yaz iclasında qadınların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi üzrə Azərbaycan uğurlu nümunə kimi göstərilib. İclasda vurğulanıb ki, ölkəmizdə son dövrlərədək qadın əməyinin məhdudlaşdırıldığı 674 peşə sahəsinə qadınların çıxışı təmin olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov deyir ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası"nda qadınların yüksək gəlir gətirən iş yerlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə əlavə mexanizmlərin yaradılması və tətbiqi tədbirinin icrası nəticəsində qadınlarımızın məşğulluq imkanları genişlənib. 2023-cü ildə Əmək Məcəlləsində qadın əməyini məhdudlaşdıran 241-ci maddə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 1999-cu il tarixli 170 nömrəli qərarı ilə təsdiq edilmiş "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısı"nın ləğv edilməsi barədə Nazirlər Kabinetinin 31 may 2023-cü il tarixli 172 nömrəli qərarı təsdiq edilib. Sözügedən qərarın ləğvi ilə ölkədə qadınların sənaye və təhlükəli işlərdə çalışmasına qoyulan hüquqi məhdudiyyətlər aradan qaldırılıb. Bu islahatlar çərçivəsində 674 iş sahəsinə (o cümlədən nəqliyyat, kənd təsərrüfatı və enerji sektorlarına) qadınların çıxış imkanı yaradılıb.

Mütəxəssis vurğulayır ki, aparılan islahatların müsbət nəticəsi olaraq, ötən il Dünya Bankının "Qadınlar, Biznes və Hüquq- 2024" hesabatında ölkəmiz gender bərabərliyi və qadınların iqtisadi iştirakı sahəsində əhəmiyyətli irəliləyiş əldə edərək reytinq göstəricisini 78,8-dən 85-ə qaldırıb. Həmin nəticə ilə Azərbaycan 190 ölkə arasında 35 pillə irəliləyərək 104-cü yerdən 69-cu yerə yüksəlib. Bu göstərici yuxarı-orta gəlirli ölkələr üzrə orta səviyyədən yüksəkdir. Eyni zamanda Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda hüquqi islahatlar həyata keçirən beş ölkədən biri kimi qiymətləndirilib.

E.Ələkbərov əlavə edib ki, 2015-2023-cü illərdə məşğul qadınların sayı 5 faiz artaraq 2,3 milyon nəfərdən 2,4 milyon nəfərə yüksəlib: "Bu, qadınların iqtisadi fəallığının və əmək bazarında iştirakının gücləndiyini göstərir. Azərbaycanda qadınların iqtisadi iştirakı sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin davamlı inkişaf məqsədlərinə sadiqliyini nümayiş etdirir. Hüquqi islahatlar və dəstəkləyici siyasətlər qadınların iqtisadi potensialının daha da artırılmasına və əmək bazarında bərabər imkanların təmin olunmasına əlavə töhfə verəcək".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!