05 Dekabr 2025 18:23
442
İQTİSADİYYAT
A- A+
“Azərbaycan Dəmir Yolları” və AİB arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olunub  

“Azərbaycan Dəmir Yolları” və AİB arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olunub  


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Asiya İnkişaf Bankı (AİB) arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, AİB-in dəstəyi ilə həyata keçiriləcək layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləmək və ölkənin dayanıqlı dəmir yolu sisteminə sürətlə transformasiyasını təşviq etmək məqsədi daşıyır.

Bu istiqamətdə texniki, maliyyə, iqtisadi, ekoloji və sosial aspektlər ətraflı təhlil ediləcək. Yeni təşəbbüs ölkənin aşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminə keçidini sürətləndirəcək.

ADY hazırda Qafqaz və Mərkəzi Asiyada AİB ilə hərtərəfli dekarbonizasiya proqramı həyata keçirən ilk dövlət dəmir yolu şirkətidir.

Tərəflər artıq “ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivə Sənədi”ni hazırlayıblar. Bu gün start verilən layihə həmin strateji çərçivənin praktiki tətbiqi ilə yanaşı, dəmir yolu infrastrukturunda bərpaolunan enerji üzrə tam strukturlaşdırılmış investisiya proqramının hazırlanmasını təmin edəcək.

Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına tullantıların monitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirməsi və qurumun dekarbonizasiya prosesini sürətləndirmək üçün mövcud olan texnologiyalar üzrə imkanların müəyyən edilməsi istiqamətində, həmçinin bərpaolunan enerji mənbələrinin araşdırılımasında texniki dəstək göstərəcək. Bank, həmçinin ESG prinsipləri, dayanıqlılıq təcrübələri və uyğunluq tələbləri üzrə seminar və təlim proqramlarının hazırlanmasında, eyni zamanda, regional tvininq proqramlarının həyata keçirilməsində yaxından iştirak edəcək. ESG prinsiplərinin tətbiqi çərçivəsində ADY-nin təşəbbüslərində gender bərabərliyinin təşviqi, inklüziv iş mühitinin formalaşdırılması, qərarların qəbul edilməsində və idarəetmədə qadınların təmsilçiliyinin artırılması da nəzərdə tutulub.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov layihənin “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri”ndə mühüm yer tutan dekarbonizasiya, rəqəmsallaşma, dəhliz rəqabətliliyi və təhlükəsizlik prioritetlərinin real fəaliyyətə transformasiyasında əhəmiyyətli rol oynadığını bildirib. ADY sədrinin sözlərinə görə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində strateji tranzit mərkəzinə çevrildiyi bir vaxtda layihənin əhəmiyyəti xüsusilə böyükdür: “Orta Dəhliz və Şimal–Cənub marşrutları üzrə yük daşımalarının artması dəmir yolu sisteminin səmərəlilik, etibarlılıq və ekoloji məsuliyyət baxımından gücləndirilməsini tələb edir – dekarbonizasiya isə məhz bu imkanları daha da artırır”.

Asiya İnkişaf Bankının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən layihə ölkənin dəmir yolu sektorunda dayanıqlı inkişafın təmin edilməsi baxımından mühüm addım hesab olunur. ADB tərəfindən ayrılmış 1,25 milyon dollar həcmində texniki yardım dəmir yolu infrastrukturunda enerji səmərəliliyinin artırılması, elektrikləşdirmə prosesinin genişləndirilməsi və emissiyaların azaldılması istiqamətində aparılan hazırlıq işlərinə şərait yaradır. Layihə çərçivəsində dizel əsaslı hərəkət tərkibindən mərhələli şəkildə imtina edilməsi, bərpaolunan enerji mənbələrinin, xüsusilə günəş enerjisinin stansiya və xidmət sahələrinə inteqrasiyası nəzərdə tutulur. Dekarbonizasiya təşəbbüsü ADY üçün mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz, 2050-yə qədər isə 40 faiz azaltmaq üzrə milli hədəflərinə istiqamətində fəaliyyətini daha da gücləndirir. Ən təmiz nəqliyyat növü kimi ölkə üzrə ümumi emissiyalarda payının 0,5 faizdən az olmasına baxmayaraq, ADY dekarbonizasiya təşəbbüslərini fəal şəkildə dəstəkləməyə davam edir.

Son illərdə ADY dekarbonizasiya üzrə təşəbbüslər çərçivəsində bir sıra vacib addımlar atıb. Belə ki, son bir ildə təbii qaz istehlakında 50 faiz azalma qeydə alınıb, dəmir yolu şəbəkəsinin 63 faiz elektrikləşdirilib, son dövrlərdə yükdaşımaların 80 faizdən çoxu elektrik lokomotivlərlə həyata keçirilib. ADY-nin qabaqcıl texnoloji avadanlıqlarla təchiz olunmuş Biləcəri və Gəncə lokomotiv depolarında 650-dən çox günəş paneli quraşdırılıb və yaşıl enerjinin istehsalı 2023-cü illə müqayisədə 50 faiz artıb.

Rəqəmsallaşma sahəsində əldə edilən irəliləyişlər də ADY-nin modernləşmə prosesinin ayrılmaz hissəsini təşkil edir. AİB ilə əməkdaşlıq bu istiqaməti daha da möhkəmləndirir və şirkətə yük əməliyyatları üçün tam elektron sənəd dövriyyəsinin, həmçinin stansiya rəisləri, yük agentləri və çəki nəzarətçiləri üçün rəqəmsal imza sistemlərinin tətbiqinə imkan verir.

Dekarbonizasiya üzrə layihə bərpaolunan enerjinin inteqrasiyası, enerji saxlama texnologiyaları, əməliyyat səmərəliliyi və uzunmüddətli emissiya azaldılması strategiyalarını müəyyənləşdirmək üçün texniki-iqtisadi əsaslandırma həyata keçiriləcək. Nəzərdə tutulan tədbirlər dəmir yollarının “net-zero”, yəni tam karbonsuz nəqliyyat növü kimi formalaşmasına imkan verəcək.

Qeyd edək ki, ADY-nin AİB və digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı infrastrukturun modernləşdirilməsinə, dəhlizlərin inkişafına və iqlim fəaliyyətinin optimallaşdırılmasına töhfə verməklə şirkətin regional mövqeyini gücləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!