27 Oktyabr 2026 12:35
194
SİYASƏT
A- A+
Azərbaycan Cənubi Qafqada Avstriyanın ən böyük iqtisadi tərəfdaşıdır

Azərbaycan Cənubi Qafqada Avstriyanın ən böyük iqtisadi tərəfdaşıdır

 

Hər il milli bayramını böyük uğurlarla qeyd edən Avstriya Mərkəzi Avropanın qəlbində, Alp dağlarının füsunkar mənzərələri ilə əhatələnmiş stratji coğrafi mövqeyə malik, həm zəngin tarixi, həm də yüksək həyat səviyyəsi ilə seçilən aparıcı bir dövlətdir. Əsrlər boyu Qədim Roma İmperiyası, Müqəddəs Roma imperiyası və qüdrətli Habsburqlar sülaləsinin idarə etdiyi Avstriya-Macarıstan imperiyasının mərkəzi olan bu ölkə, Avropa tarixinin və diplomatiyasının formalaşmasında müstəsna rol oynamışdır. Zəngin tarixi irs özünü paytaxt Vyana və Zalsburq kimi şəhərlərdəki Şönbrun, Hofburq sarayları, Müqəddəs Stefan kafedralı kimi möhtəşəm memarlıq abidələrində aydın büruzə verir. Mədəniyyət baxımından klassik musiqinin beşiyi sayılan Avstriya Motsart, Bethoven və Ştraus kimi dühaların irsi ilə yanaşı, operaları, teatrları və zərif qəhvəxana mədəniyyəti ilə dünya sivilizasiyasına misilsiz töhfələr bəxş etmişdir. Bu gün isə ölkə yüksək texnologiyalar, maşınqayırma, bərpa olunan enerjiyə əsaslanan dayanıqlı sənaye, turizm və güclü bank sektoru ilə Avropa İttifaqının ən dinamik və sabit iqtisadiyyatlarından birinə sahibdir.

Avstriya Avropanın ən inkişaf etmiş və sabit iqtisadiyyatına malik ölkələrindən biridir. Ölkə adambaşına düşən ümumi daxili məhsulun yüksək göstəricisi, güclü sosial müdafiə sistemi və Şərqi-Qərbi Avropa ticarətinin kəsişməsində yerləşən strateji coğrafi mövqeyi ilə seçilir. Avstriya Avropa İttifaqının ən varlı dövlətləri sırasındadır. İqtisadiyyatın əsasını ağır və yüngül sənaye, yüksək dəqiqlikli maşınqayırma, kimya, biologiya və turizm təşkil edir. Vyana xüsusilə Mərkəzi və Şərqi Avropaya daxil olmaq istəyən beynəlxalq transmilli korporasiyaların regional mərkəzi rolunu oynayır. İqtisadiyyatın sütununu böyük korporasiyalarla yanaşı, ailə biznesi olan, xüsusi seqmentlərdə dünya liderinə çevrilmiş yüksək texnoloji şirkətlər təşkil edir. Avstriya bankları Mərkəzi və Cənub-Şərqi Avropanın maliyyə sektorunda aparıcı oyunçulardır. Ölkə həmçinin yaşıl energetika və su elektrik stansiyaları sahəsində ön sıralardadır.  

Avstriya brendləri müxtəlif sahələrdə - qida və içkidən tutmuş avtomobil, zərgərlik və mühəndis işinə qədər dünya miqyasında böyük nüfuza sahibdir. Belə ki, Red Bull            dünyanın ən çox satılan və tanınan enerji içkisi brendidir. Ekstrim idman növləri və Formula-1 sponsorluqları ilə qlobal simvola çevrilmişdir. Dəbdəbə və zərgərlik sahəsində “Swarovski” markalı            yüksək dəqiqliklə kəsilmiş büllur (kristal) və zərgərlik məhsulları üzrə dünya lideridir. Həmçinin ölkədə istehsal olunan dünya şöhrətli brendlər sırasında ən məşhur idman motosikletləri, professional mikrofonlar, qulaqcıqlar və səs avadanlıqları, 1828-ci ildən bəri əllə hazırlanan premium Royal (pianino) brendi, avtomobil, dəmir yolu və aerokosmik sənaye üçün yüksək keyfiyyətli polad və rels texnologiyaları, təyyarə, gəmi və yük maşınları üçün hidravlik qaldırıcı kranlar üzrə dünya bazarının lideridir.

Ümumilikdə ölkənin rəsmi ehtiyat aktivlərinin ümumi həcmi 120-125 milyard avro civarındadır ki, bunun da mühüm bir hissəsini xarici valyutada olan qiymətli kağızlar və depozitlər təşkil edir. Avstriyanın rəsmi qızıl ehtiyatı təxminən 280 ton təşkil edir. 2026-cı ildə nominal ümumi daxili məhsulun həcmi təxminən 617-623 milyard dollar, adambaşına düşən ümumi daxili məhsul isə 67 min dollar olmuşdur. 

Avstriya açıq və ixrac yönümlü iqtisadiyyata malik ölkədir. Onun xarici ticarət dövriyyəsinin təxminən üçdə ikisi (65-68 faiz) Avropa İttifaqı ölkələrinin payına düşür. Avstriya mallarının ən çox satıldığı ölkələr - Almaniya (ixracının təxminən 29-30 faizi), ABŞ (8 faiz) və İtaliya 6 faiz payla 3-cü sıradadır. Avstriyanın ən çox mal aldığı ölkə olan Almaniya idxalda da liderdir. Belə ki, Avstriyanın idxal etdiyi malların təxminən 33-35 faizi Almaniyanın payına düşür. Çin isə istehlak malları, elektronika və sənaye avadanlıqlarının tədarükünə görə 2-ci sıradadır. İtaliya isə qida, geyim, maşınqayırma və metal məhsullarının əsas tədarükçüsüdür.

Avstriyanın xarici siyasət doktrinası tarixi, coğrafi mövqeyi və hüquqi çərçivələri ilə formalaşan, daimi tərəfsizlik, çoxtərəflilik (multilateralizm) və Avropa inteqrasiyası sütunlarına söykənən strateji xəttə malikdir. Avstriya hərbi ittifaqlara (məsələn, NATO) qoşulmamaq, ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə icazə verməmək və müharibələrdə iştirak etməmək öhdəliyi daşıyır. Avstriya özünü Şərq ilə Qərb, eləcə də münaqişədə olan tərəflər arasında neytral vasitəçi və dialoq platforması kimi təqdim edir.

Bu qoca qitənin qoynunda yerləşən Avstriya ilə Azərbaycan arasında əlaqələrin tarixi XV əsrə - 1473-cü ildə Ağqoyunlu hökmdarı Həsən padşah ilə Habsburqlar monarxiyası arasındakı münasibətlərə gedib çıxır. Avstriya Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 15 yanvar 1992-ci ildə tanımış, ikitərəfli diplomatik münasibətlər isə 20 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın hüquqi bazasını tənzimləyən cəmi 41 sənəd (saziş, müqavilə və memorandum) imzalanmışdır.

2025–2026-cı illərdə Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasındakı ikitərəfli münasibətlər Avropa İttifaqı məkanı, Mərkəzi və Şərqi Avropanın təhlükəsizlik arxitekturası, habelə regional enerji keçidi kontekstində dinamik və strateji inkişaf xətti nümayiş etdirir. Avstriyanın daimi neytrallıq statusu və BMT-nin Vyana Mənzil-Qərargahının yerləşdiyi qlobal diplomatiya mərkəzi olması, Azərbaycanın isə Cənubi Qafqazın nəqliyyat-logistika və enerji qovşağı kimi çıxış etməsi tərəflər arasında çoxşaxəli əməkdaşlığı şərtləndirir.

2026-cı il boyunca Vyana şəhərində keçirilən BMT və ATƏT tədbirlərində (o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində təşkil edilən mədəni-siyasi təşəbbüslər və şəhərsalma forumunun təqdimatlarında) Avstriya tərəfi ilə birgə koordinasiya olunmuş dialoq aparılmışdır. Cənub Qafqazda post-münaqişə dövrü, Azərbaycan-Ermənistan sülh prosesi və regional nəqliyyat-logistika dəhlizləri (xüsusilə Orta Dəhliz) siyasi dialoqun diqqət mərkəzində duran əsas mövzulardan olmuşdur. 

2025-2026-cı illər dövründə siyasi dialoq institusional mexanizmlərin (XİN-lərarası məsləhətləşmələr, parlamentlərarası dostluq qrupları və beynəlxalq təşkilatlar çərçivəsində təmaslar) sistemli işi ilə xarakterizə olunur. İki ölkənin xarici işlər nazirlikləri səviyyəsində müntəzəm keçirilən siyasi məsləhətləşmələr regional təhlükəsizlik, Cənubi Qafqazda sülh quruculuğu, post-münaqişə dövründə minatəmizləmə fəaliyyəti və Avropa təhlükəsizlik mexanizmlərini əhatə edir. Avstriya Azərbaycanın regionda yaratdığı yeni nəqliyyat və kommunikasiya reallıqlarını dəstəkləyən bitərəf mövqeyini saxlayır.

ATƏT, BMT strukturları və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik çərçivəsində Vyanada sıx diplomatik kooperasiya mövcuddur. Azərbaycanın COP29 çərçivəsində götürdüyü iqlim öhdəlikləri və yaşıl keçid gündəliyi Avstriyanın Aİ daxilindəki ekoloji strategiyası ilə üst-üstə düşür. Milli Məclis və Avstriya Parlamenti (Nationalrat) arasında təmaslar qanunvericilik sahəsində təcrübə mübadiləsini və iqtisadi-mədəni layihələrin siyasi dəstəklənməsini təmin edir.

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında Hökumətlərarası Qarışıq Komissiyanın sonuncu (11-ci) iclası 12 iyun 2025-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmişdir. Görüşdə aşağıdakı əsas istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi vurğulanmışdır: Bərpa olunan enerji və "yaşıl enerjiyə” keçid; Rəqəmsallaşma, innovasiyalar və internet texnologiyaları sektoru; Nəqliyyat, loqistika və tranzit imkanları (Orta Dəhliz çərçivəsində); Kənd təsərrüfatı, sənaye və qarşılıqlı investisiyaların təşviqi.

Həmçinin iki ölkə arasında dəmir yolu nəqliyyatının inkişafı, logistik zəncirin rəqəmsallaşdırılması və ağıllı infrastruktur layihələri üzrə sıx əməkdaşlıq mövcuddur. Azərbaycan və Avstriya arasındakı iqtisadi layihələr və əməkdaşlıq platformaları əsasən enerji təhlükəsizliyi, bərpa olunan enerji, nəqliyyat-logistika, sənaye və infrastruktur sahələrini əhatə edir. Avstriya Azərbaycanı regionda özünün ən böyük iqtisadi tərəfdaşı hesab edir.  

Avstriya Mərkəzi Avropanın ən mühüm qaz qovşaqlarından biridir. Azərbaycan bu ölkəyə neft məhsulları ixrac edir və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın, o cümlədən  Avstriyanın enerji təhlükəsizliyində aktiv rol oynayır. Son illərin ən mühüm müzakirə mövzularından biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji" zonasının yaradılmasıdır. Avstriya şirkətləri bu ərazilərdə günəş və hidroenerji layihələrinin, habelə alternativ enerji infrastrukturunun qurulmasında iştirak etməkdə maraqlıdırlar. Azərbaycanın təşəbbüskarı olduğu Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Avstriya üçün Çin və Mərkəzi Asiya ilə ticarətdə alternativ və daha sürətli tranzit marşrutu təqdim edir.

2026-cı ilin ilk rübündə iki ölkə arasındakı ticarət dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14.71 faiz artaraq 24.56 milyon dollara çatmışdır. 2026-cı ilin yanvar-iyun ayları üzrə ümumi ticarət həcmi 40 milyon dolları ötmüş, yanvar-iyul aylarında isə 65,5 milyon dollar təşkil etmişdir. Azərbaycanın Avstriyaya ixracının əsas hissəsini xam neft, neft-kimya məhsulları və alüminium təşkil edir. Avstriyadan Azərbaycana isə yüksək texnologiyalı avadanlıqlar, əczaçılıq və tibbi vasitələr, maşınqayırma məhsulları və kimya sənayesi malları idxal olunur. Azərbaycan-Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, ticarət və texnologiya üzrə Birgə Komissiyası iqtisadi platformanın ana oxunu təşkil edir.

Vyanada iki ölkənin işgüzar dairələri arasında əlaqələndirməni təmin edən rəsmi ticarət platforması Avstriya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir. Onun missiyası iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasından, investisiya layihələrinin təşviqindən və iş adamları üçün etibarlı tərəfdaşlıq körpüsünün qurulmasından ibarətdir.

Avstriyanın bəzi şirkətləri Azərbaycanda inşaat, sığorta, turizm və maliyyə sahələrində fəaliyyət göstərir. Avstriyanın OMV şirkəti vasitəsilə Azərbaycan neft-qaz sektorunda mövcudluğu və Mərkəzi Avropanın enerji təhlükəsizliyində Azərbaycan qazının rolu strateji xarakter daşıyır. Avstriyanın Andritz Hydro, Voith kimi hidroenergetika və yaşıl texnologiyalar sahəsində dünya nəhəngləri olan şirkətləri işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur) kiçik su elektrik stansiyalarının qurulmasında və "net-zero" konsepsiyalı layihələrdə fəal iştirak edirlər.

Mədəni-humanitar sahə iki ölkə xalqları arasında "yumşaq güc" aləti kimi xüsusi çəkiyə malikdir. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi müntəzəm olaraq klassik və muğam musiqisi gecələri, təsviri incəsənət sərgiləri və ədəbi təqdimatlar təşkil edir. 2025-2026-cı illərdə mərkəzin təşkilatçılığı ilə milli musiqiçilərin iştirakı ilə silsilə konserlər keçirilmişdir. Avstriyada yaşayan Azərbaycan icmasının təşkilatlanması, Azərbaycan Mədəniyyət Evləri vasitəsilə mühüm tarixi günlərin anılması və Şərqi Avropada diaspora forumlarının keçirilməsi mədəni inteqrasiyanı dərinləşdirir.

Avstriya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq həm ikitərəfli dövlətlərarası razılaşmalar, həm də Avropa İttifaqı çərçivəsində həyata keçirilən beynəlxalq proqramlar vasitəsilə inkişaf edir. Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi aparıcı ali məktəblər Vyana Universiteti, Qrats Universiteti və Linz İohann Kepler Universiteti kimi Avstriya akademik mərkəzləri ilə ikitərəfli əlaqələr saxlayır, onların arasında tələbə-müəllim mübadiləsi, birgə tədqiqat layihələri və bərpa olunan enerji mühəndisliyi üzrə elmi seminarlar keçirilir. Azərbaycan Dillər Universitetində Avstriya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz tələbələrə Avstriya ədəbiyyatı, tarixi və mədəniyyəti ilə tanış olmaq, alman dilini təkmilləşdirmək üçün resurslar təqdim edir. İqtisadiyyatın idarə edilməsi və turizm kadrlarının hazırlanması məqsədilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında uzun illərdir uğurlu ikili diplom layihəsi icra olunur.

2025-2026-cı illərdə Avstriya-Azərbaycan münasibətləri siyasi neytrallıq və qarşılıqlı iqtisadi marqallara söykənən praqmatik tərəfdaşlıq modelini nümayiş etdirir. İkitərəfli əlaqələrin gələcək inkişafı üç ana sütun üzərində formalaşır: Azərbaycanın Avropanın enerji və nəqliyyat-logistika (Orta Dəhliz) təhlükəsizliyində rolunun artması. Avstriya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasında, "yaşıl texnologiyalar" və infrastruktur layihələrində aktiv inteqrasiyası. Vyana beynəlxalq diplomatiya mərkəzi üzərindən həyata keçirilən çoxtərəfli mədəni və elmi dialoq.

Vyana və Zalsburq kimi mühüm şəhərlərdə fəaliyyət göstərən Azərbaycan Evləri (məsələn, Zalsburqdakı "Xarı-Bülbül" Azərbaycan Mədəniyyət Evi) soydaşlarımızın əsas toplaşma nöqtəsidir. Buralarda milli bayramlar, anım günləri və mədəni tədbirlər təşkil olunur.

Tanınmış Avstriyalı yazıçı və Frans Kafka, Stefan Sveyq, Artur Şnisler, Yozef Rot, Yohan Volfqanq fon Höte və başqa ədiblərin əsərləri müxtəlif illərdə çap edilərək Azərbaycan oxucularına təqdim edilmişdir. Azərbaycanın Xalq Yazıçısı Anarın və digər müasir ədiblərin əsərləri alman dilində işıq üzü görərək Avstriyalı oxuculara təqdim edilmişdir.

Azərbaycan və Avstriya kitabxanaları arasında uzunmüddətli rəsmi əməkdaşlıq, kitab mübadiləsi və tarixi irsin araşdırılması sahəsində sıx əlaqələr mövcuddur. Avstriya Milli Kitabxanası (Vyanada) "Kitaba himayədarlıq" layihəsi çərçivəsində Azərbaycan müəlliflərinin, xüsusən də dahi şair Nizami Gəncəvinin əlyazmalarını xüsusi qayğı ilə qoruyur. Hazırda Avstriyanın dünyanın müxtəlif ölkələrində dəstəklədiyi rəsmi kitabxana şəbəkələrindən biri də ölkəmizdədir. Həmçinin hər iki ölkə beynəlxalq kitab sərgiləri çərçivəsində sıx əlaqələrə malikdir.

Azərbaycanın turizm potensialı Avstriya bazarında fəal şəkildə təşviq olunur. Azərbaycan Turizm Bürosu hər il Vyanada keçirilən Avstriyanın ən böyük beynəlxalq turizm sərgisində ölkənin mədəni, qış və sağlamlıq turizmi imkanlarını təqdim edir. Avstriya vətəndaşları üçün ASAN Visa (e-Visa) sistemi vasitəsilə 3 gün ərzində elektron viza almaq imkanı mövcuddur ki, bu da səyahət prosesini əhəmiyyətli dərəcədə sadələşdirir.

2025-2026-cı illərdə Avstriya-Azərbaycan münasibətləri siyasi neytrallıq və qarşılıqlı iqtisadi marqallara söykənən praqmatik tərəfdaşlıq modelini nümayiş etdirir. İkitərəfli əlaqələrin gələcək inkişafı üç ana sütun üzərində formalaşır: Azərbaycanın Avropanın enerji və nəqliyyat-logistika (Orta Dəhliz) təhlükəsizliyində rolunun artması. Avstriya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasında, "yaşıl texnologiyalar" və infrastruktur layihələrində aktiv inteqrasiyası. Vyana beynəlxalq diplomatiya mərkəzi üzərindən həyata keçirilən çoxtərəfli mədəni və elmi dialoq.

 

Möhkəm qətiyyətlə vurğulamaq olar ki, Cənubi Qafqaz regionu ilə Mərkəzi Avropa arasında iqtisadi əlaqələrin daha da inkişafında Azərbaycan-Avstriya əməkdaşlığı mühüm rol oynayır. Postmünaqişə dövründə bu münasibətlər daha məhsuldar və əhatəli miqyas alacaqdır.

 

                                                           Atamoğlan MƏMMƏDLİ,

                                                           BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq  

13:26
27 Oktyabr

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb 

13:03
27 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

12:49
27 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:41
27 Oktyabr

Azərbaycan Cənubi Qafqada Avstriyanın ən böyük iqtisadi tərəfdaşıdır

12:35
27 Oktyabr

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

12:27
27 Oktyabr

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb  

12:22
27 Oktyabr

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır  

12:21
27 Oktyabr

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyirşir

11:47
27 Oktyabr

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq

11:44
27 Oktyabr

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

11:42
27 Oktyabr

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb

11:41
27 Oktyabr

Prezident: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür

11:39
27 Oktyabr

Bakıda yeni park salınır

11:38
27 Oktyabr

Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir

11:36
27 Oktyabr

Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil

11:33
27 Oktyabr

Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

11:32
27 Oktyabr

BMT Baş katibinin müavini: Forumun mövzusu müasir reallığı tam əks etdirir

11:30
27 Oktyabr

Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər

11:29
27 Oktyabr

Ötən gün 36 cinayətin açılması təmin olunub

11:27
27 Oktyabr

Metronun “Həzi Aslanov-İçərişəhər” istiqamətində qatarların birbaşa hərəkəti bərpa olunub

11:26
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!