“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
Noyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan ailəsi-2019” film festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.
Məlumat verilib ki, 2009-cu ildən reallaşdırılan "Azərbaycan ailəsi” film festivalının məqsədi kinematoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği və qorunması, bu sahədəki problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkarlanmasıdır. Artıq beşinci ildir ki, festival çərçivəsində "Həyatdan şəkilə” adlı fotomüsabiqə də keçirilir.
Festivala təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Festivalda "Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film”, "Ən yaxşı tələbə filmi”, "Ən yaxşı sosial çarx”, "Sosial şəbəkədə ən çox bəyənilən film”, "Ən yaxşı fotoşəkil” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb. Eyni zamanda, festivalın məqsədinə və ideyasına uyğun olan filmlər də xüsusi mükafatlara layiq görülüb.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dünyamızda ailə anlayışı sosial institut kimi böyük əhəmiyyət kəsb edir. Ailəni vətəndaş cəmiyyətinin formalaşmasında əsas element kimi dəyərləndirən komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət yetirirdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ailənin cəmiyyətdəki rolunu yüksək qiymətləndirir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Bu məsələləri hər zaman diqqət mərkəzində saxlayan Birinci vitse-prezident Mehriban Əliyeva da ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir, qaçqın və məcburi köçkün ailələrinə xüsusi qayğı göstərir.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Fərid Babayev festivalın ailə dəyərlərinin qorunmasına və təbliğinə xidmət etdiyini bildirib. Azərbaycanda ailə institutunun qorunması ilə bağlı geniş tədbirlərin görüldüyünü deyən F.Babayev əlavə edib ki, mənəvi sərvətimiz hesab olunan ailə cəmiyyətimizin özəyidir. Azərbaycanın dövlət siyasətində ailəyə qayğı mühüm önəm kəsb edir. Festivalın beynəlxalq nüfuzu ildən-ilə artır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova qalibləri, yaradıcı gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu festival vasitəsilə yaradıcı insanlar öz potensiallarını beynəlxalq aləmdə təbliğ etmək imkanı qazanırlar. Bu festivalın geniş auditoriyaya malik olmasının əsas səbəblərindən biri onun təşkilatçıları sırasında Heydər Əliyev Fondunun olmasıdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu məsələ önəmli yer tutur.
Sonda müxtəlif nominasiyalar üzrə "Azərbaycan ailəsi-2019” film festivalının və "Həyatdan şəkilə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün təşkilat komitəsinə 2 bədii film, 6 televiziya verilişi, 9 sənədli film, 14 tələbə filmi, 3 xarici film, 6 sosial çarx, vətənpərvərlik mövzusunda 7 film, "Həyatdan şəkilə” adlı foto-müsabiqəyə isə 21 iştirakçı tərəfindən 78 fotoşəkil təqdim edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!