24 Oktyabr 2021 00:05
1995
DÜNYA
A- A+
Azdan çoxa doğru gedən insan ömrü

Azdan çoxa doğru gedən insan ömrü

 

Qədim zamanlarda insanlar çox uzun yaşamayıblar. Məsələn, 3300 il əvvəl qədim Misirdə insanın orta ömür uzunluğu 18 il olub. Qeyri-kafi, sağlam olmayan qidalanma səbəbindən onların ömrü 18-20 il sürüb. 300 min il əvvəl aparılan arxeoloji qazıntı zamanı paleolit dövrünə aid aşkarlanmış 22 insan skeletinin 15-nin 14 yaşda öldüyü ortaya çıxıb. Yalnız bir skeletdə insan ömrünün 50-60 yaş arası olduğu məlum olub. Həmin dövrdə insanlar ya xəstəlikdən ölürdü, ya da öldürülürdü.

İnsanların keçmişdə vaxtından əvvəl ölmələrinin səbəbi təbii ki, onların həyat tərzində axtarılmalıdır. Qədim dövrlərdə bütün yeməklər orqanik olduğu, insanlar daim işlədikləri üçün onların daha sağlam yaşamaq şansı var idi. Ancaq insanın vəhşi təbiətdə yaşaması, varlığı uğrunda mübarizə aparması onun həyatına qısaldıcı təsir göstərirdi.

Fiziki aktivlik bir insanın ömrünün uzanmasına təsir göstərən amil olsa da, qədim Yunanıstanda bir çox mütəfəkkir zehni fəaliyyətin də insan ömrünün uzunluğuna təsir göstərdiyi qənaətində idi. Onlar hesab edirdilər ki, xüsusilə yazmaq, oxumaq ömrü uzadan amillərdən biridir. Beyin qocalığa asanlıqla təslim olmadığı üçün oradan bədənin qalan hissəsinə məlumatların ötürülməsi uzun müddət davam edir.

İnsanın yaşam tərzinin getdikcə dəyişməsi onun ömrünün uzunluğuna da təsir edib. 1796-cı ildə insanın orta ömrünün 24 il olduğu açıqlanır. Təxminən 100 il sonra, yəni 1890-cı illərdə bu hədd iki dəfə artaraq 48 ilə çatıb.

Bu gün dünyanın ən uzunömürlülər ölkəsindən biri sayılan Yaponiyada insanların orta ömrü təxminən 90 ildir. Ölkələrdən asılı olaraq, insanların ömür uzunluğu da dəyişir. Məsələn, dünyanın ən inkişaf etmiş ölkələrindən olan ABŞ-da kişilər üçün gözlənilən ömür müddəti 72, qadınlar üçün 79 il, orta ömür müddəti  77 ildir. Kişi və qadın arasındakı bu fərqin nədən yarandığı tam olaraq bilinmir. Amma bu istiqamətdə araşdırmalar davam edir.

Türkiyənin Ankara Universitetinin Fiziki antropologiya bölümünün rəhbəri, professor Galip Akının sözlərinə görə, XVIII əsrin sonlarından, xüsusilə 1950-ci ildən başlayan sənaye inqilabından sonra insan ömründə yenidən artımlar baş verib. G.Akın bu fikirdədir ki, 2000-ci illərdə insanın orta ömür uzunluğunun 4 dəfədən çox artaraq 80 ili ötməsinin səbəbi onun genetik quruluşundakı dəyişiklikdən qaynaqlanmır: “İnsanların Yer üzündə ilk dəfə göründüyü vaxtdan bu günə qədər onların genetik quruluşlarında genişmiqyaslı bir dəyişikliyin yarandığını demək olmaz. Onların genetik quruluşlarında kiçik dəyişikliklər ola bilər, amma bu dəyişikliyin uzunömürlülüyə təsir etməsi çox uzun müddət çəkir. Burada ən vacib amil ekoloji faktordur. Buna görə də son dövrlərdə ətraf mühitin vəziyyətində tədricən yaxşılaşma müşahidə olunur. Bu yaxşılaşmanın nəticəsi insan ömrünün artaraq 80 ili keçməsidir. Nəfəs aldığımız hava, üzərində gəzdiyimiz torpaq, yaşadığımız Yerin geoloji və topoqrafik quruluşu, sosial-iqtisadi vəziyyət ömür uzunluğuna təsir edən faktorlardandır”.

İnsanın genetik quruluşuna görə 120 il yaşama qabiliyyətinə sahib olduğunu deyən professor bildirib ki, ekoloji şəraiti nə qədər yaxşılaşdıra bilsək, insanlar genetik quruluşuna, yəni maksimum həyat sürmə potensialına görə orta hesabla 120 il yaşaya bilər. Bu səbəbdən insanlar ətraflarında müsbət aura yaratmağa çalışmalıdırlar. Bütün səylərin insanın sosial-iqtisadi səviyyəsinin, yaşayış şəraitinin yaxşılaşmasına yönəldilməsi lazımdır.

Alim əlavə edib ki, ətraf mühit - su, torpaq və hava çirklənərsə, gələcəkdə insanın orta ömrünü 80-82 ilə çatdırmaq belə mümkün olmayacaq. İnsan nüvə enerjisi ilə təmasda olarsa,  son dərəcə isti və çətin iqlim şəraitində yaşayarsa, ömür uzunluğunun artması ilə bağlı müsbət bir dəyişiklik gözlənilə bilməz. Mövcud içməli suyun üçdəikisinin çirkli olduğunu söyləyən G.Akının sözlərinə görə, hər gün çirkli su içən bir insanın sağlam qalmasını gözləmək bir xəyaldır. Bu səbəbdən ətraf mühiti təmiz saxlamaq və ilk növbədə, təbiəti qorumaq lazımdır.

Araşdırmaçı alim sağlamlığın qorunmasında ruh yüksəkliyinin də son dərəcə əhəmiyyətli olduğu qənaətindədir: “İnsanları insan edən keyfiyyətlərdən biri onun ünsiyyət qabiliyyətidir. Ətrafındakı insanlarla əlaqə qura bilməyən insan tənhadır. İnsana tənhalıq qədər zərər verə biləcək başqa bir səbəbin olmadığını deyə bilərik. Ətrafındakı insanlarla əlaqələr qura bilən bir insan ruhən sağlamdır. Sağlam və güclü qalmaq üçün zehni fəaliyyətin, idmanla müntəzəm məşğul olmağın, immunitet sistemini güclü saxlamağın böyük əhəmiyyəti var. Sağlam və güclü olmaqla uzun bir ömür yaşaya bilmək insanın bunun üçün göstərdiyi səylərdən asılıdır. Sadəcə nəfəs almaq yaşamaq deyil. Aldığımız hər nəfəsin mənasını, dəyərini və əhəmiyyətini bildiyimiz üçün buna uyğun hərəkət etməliyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!