26 May 2026 17:59
125
DÜNYA
A- A+
ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib


CENTCOM bu zərbələri atəşkəsin pozulması deyil, özünümüdafiə hesab edir


ABŞ ordusu İranın cənubunda yerləşən Bəndər Abbasda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) iki qayığını və yer-hava raket meydançasını vurub. Bu barədə “Fox News” telekanalı xəbər  verir.

Məlumata əsasən, “ İranın iki qayığı Hörmüz boğazında mina yerləşdirərkən yaxalanıb... ABŞ ordusu hər iki  gəmisini məhv edib və Bəndər Abbasda Amerika hərbi təyyarələrini hədəf alan zenit-raket kompleksinin meydançasını da vurub”.

Bu, ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlarda irəliləyiş barədə son açıqlamalarından bir neçə saat sonra baş verib.

Bildirildiyinə  görə, ordu zərbələrin müdafiə xarakterli olduğunu və ABŞ ilə İran arasında atəşkəsin pozulması olmadığını bildirib.

Məlumatda vurğulanıb ki, “Zərbələr hücum deyil, müdafiə xarakterli idi və atəşkəsi pozmaq cəhdi deyildi”.

CENTCOM (ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı)  sözçüsü kapitan Tim Hokins açıqlamasında hadisəni təsdiqləyərək, hərbçilərin zərbələri "qüvvələrimizi İran qüvvələrinin yaratdığı təhlükədən qorumaq üçün" özünümüdafiə məqsədilə həyata keçirdiyini açıqlayıb.

O, zərbələrin raket buraxıcılarını və mina yerləşdirməyə çalışan İran qayıqlarını hədəf aldığını izah edib.

“Mərkəzi Komandanlıq davam edən atəşkəs dövründə təmkin nümayiş etdirərək qüvvələrimizi qorumağa davam edir”, - deyə Hokins əminliklə bildirib.

Eyni zamanda ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tehranla danışıqlar davam edir və tərəflər konkret detalları müzakirə edirlər.

Bu arada, Fars agentliyinin verdiyi məlumata görə, İran ordusu  Amerikanın yeni hücumunun cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

İranın yüksək vəzifəli hərbi rəsmisi Əbülfəzl Şəkərçi bildirib ki, İrana qarşı hər hansı yeni təcavüz regiondan kənara çıxacaq "daha sərt" cavabla qarşılanacaq.

O, müharibənin yenidən qızışacağı təqdirdə İranın hücumlarının regiondan kənara çıxacağını və əvvəlki mərhələlərdən daha geniş və qəddar olacağını bildirib.

“CBS News” telekanalının  məlumatına görə, Amerika kəşfiyyatı hesab edir ki, danışıqlar müharibənin ilk günündə İsrailin hücumunda ağır yaralanan İranın Ali Lideri Müctəba Xameneinin harada olduğu bilinməməsi səbəbindən gecikir. Bu, onun elçiləri ilə ünsiyyətə mane olur.

Məlum olduğu kimi, ABŞ və İsrail  fevralın 28-də İrana qarşı böyük hücumlara başlayıblar. Nəticədə ölkə lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli hökumət məmuru öldürülüb. 

İran buna cavab olaraq İsrailə və Fars körfəzindəki ABŞ-nin müttəfiq dövlətlərinə hücumlar edib və Hörmüz boğazını faktiki olaraq bağlayıb. Bu, qlobal neft qiymətlərinin kəskin artmasına səbəb olub, çünki boğaz adətən dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə birini idarə edir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!