25 Dekabr 2025 13:26
127
CƏMİYYƏT
A- A+
AZAL-a məxsus təyyarə qəzasının ildönümündə həlak olanların xatirəsi anılıb 

AZAL-a məxsus təyyarə qəzasının ildönümündə həlak olanların xatirəsi anılıb 


25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar dövlət qurumlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbiri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev, eləcə də dövlət qurumlarının nümayəndələri həlak olmuş ekipaj heyətinin ailə üzvləri ilə birlikdə Bakı şəhərində yerləşən II Fəxri xiyabanı ziyarət ediblər. Mərasim iştirakçıları məzarlara gül dəstələri qoyub, dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportunda da hadisə qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut elan olunub.

Bundan öncə, dekabrın 20-də anım tədbirləri çərçivəsində AZAL-ın rəhbərliyi və həlak olmuş ekipaj üzvlərinin yaxınları Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəza yerini də ziyarət ediblər. Bu səfər hadisə qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi və əbədiləşdirilməsi istiqamətində atılan növbəti addım olub.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda biznesə dövlət dəstəyi sahibkarlığın inkişafına əlverişli şərait yaradır  

14:55
25 Dekabr

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiridən  

14:54
25 Dekabr

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan  

14:53
25 Dekabr

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerarddan  

14:52
25 Dekabr

Belçika-Niderland Koordinasiya Şurasının nəzdində fəaliyyət göstərən təşkilatlardan  

14:51
25 Dekabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Masallıda vətəndaşlarla görüşüb  

14:50
25 Dekabr

Baş nazir Əli Əsədov AZAL təyyarəsinin qəzasının birinci ildönümündə həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

14:43
25 Dekabr

Xocalının daha iki kəndinə 133 nəfər qayıdıb  

14:42
25 Dekabr

Ağdam şəhərində 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və şaquli planlaşdırma işləri başa çatıb  

14:41
25 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində daha bir təqsirləndirilən şəxs son söz çıxışını yekunlaşdırıb  

14:27
25 Dekabr

Məmmədbəyli kəndində daha 29 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:26
25 Dekabr

Qırımızı bazarda daha 37 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:25
25 Dekabr

Ağdamda yeni müəssisə inşa olunur - ildə 4 min dəst mebel və 6 min metal mebel aksesuarı  

14:23
25 Dekabr

Bərdə və Ağdamda silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa ediliblər  

14:22
25 Dekabr

Çövkən üzrə Prezident Kubokunun qalibi məlum olub  

14:21
25 Dekabr

Ağdamdakı metal elektrik dirəklərinin istehsalı müəssisəsinin məhsulları həm də ixrac olunacaq 

13:55
25 Dekabr

Azərbaycan yeni beynəlxalq sazişə qoşulur  

13:53
25 Dekabr

Azərbaycan və Qazaxıstan Baş nazirləri AZAL-ın təyyarəsinin qəzasının birinci ildönümündə bir-birilərinə başsağlığı veriblər  

13:52
25 Dekabr

Bu ay Ağdam şəhərinə 104 ailə köçürüləcək  

13:45
25 Dekabr

Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirir  

13:43
25 Dekabr

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb  

13:39
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!