13 Oktyabr 2026 11:41
178
İQTİSADİYYAT
A- A+
AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub  

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub  


AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) bu ilin ilk 9 ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, yanvar–sentyabr aylarında aviaşirkət ümumilikdə 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktoru 79 faiz, punktuallıq göstəricisi isə 81 faiz təşkil edib. Bakı üzərindən transfer edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 419 min nəfərə çatıb.

Hesabat dövründə ən intensiv gün 15 avqust olub. Həmin gün rekord sayda - 72 reys həyata keçirilib. Dövrün yekunlarına əsasən, aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 9 ay ərzində təxminən 3,2 min reys həyata keçirilib və 650 minə yaxın sərnişinə xidmət göstərilib. Bu marşrut üzrə ən intensiv gün 15 iyun olub və həmin gün 25 reys icra edilib.

Cari ilin 9 ayında AZAL marşrut şəbəkəsinin genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb. Həmçinin Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlara aviabiletlərin satışı başlayıb.

Hesabat dövründə sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni rəqəmsal həllər də tətbiq olunub. Təyyarə göyərtəsində POS-terminallar vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Onlayn ödəniş seçimləri genişləndirilib “Uzum Bank” ilə əməkdaşlıq çərçivəsində “HUMO” və “UZCARD” kartları, həmçinin “Alipay” və “WeChat Pay” ödəniş sistemləri inteqrasiya edilib. Aviabiletlərin hissə-hissə ödənilməsi imkanı da təqdim olunub.

Sərnişinlərə “Stopover” xidmətini onlayn sifariş etmək imkanı yaradılıb, həmçinin “Rental Car” avtomobil icarəsi xidməti istifadəyə verilib. Bununla yanaşı, əlavə baqajın onlayn alınması imkanları genişləndirilib və reyslərin ləğvi kimi hallarda aviabiletlərin onlayn qaytarılması imkanı yaradılıb.

Bu dövr AZAL üçün beynəlxalq nailiyyətlərlə də əlamətdar olub. Aviaşirkət “Skytrax World Airline Awards 2026” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb, “PAX International Readership Awards 2026” mükafatlarında isə MDB üzrə ən yaxşı uçuşdaxili əyləncə və bağlantı xidmətləri nominasiyasında qalib olub. Aviaşirkətin müsbət iş mühitinin yaradılması istiqamətində fəaliyyəti də “Great Place to Work®” sertifikatı ilə qiymətləndirilib. Bu nailiyyətlər aviaşirkətin xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişin təcrübəsinin təkmilləşdirilməsi və müsbət korporativ iş mühitinin formalaşdırılması istiqamətində səylərini əks etdirir.

AZAL uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sərnişinlərə təqdim olunan xidmətlərin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib  

12:45
13 Oktyabr

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

12:41
13 Oktyabr

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib  

12:24
13 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

12:22
13 Oktyabr

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

12:21
13 Oktyabr

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir  

12:20
13 Oktyabr

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir  

12:19
13 Oktyabr

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

12:18
13 Oktyabr

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək  

12:06
13 Oktyabr

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik  

12:05
13 Oktyabr

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar  

12:03
13 Oktyabr

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK  

12:02
13 Oktyabr

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK  

12:01
13 Oktyabr

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

12:00
13 Oktyabr

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

11:59
13 Oktyabr

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir 

11:57
13 Oktyabr

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

11:52
13 Oktyabr

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

11:51
13 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb  

11:50
13 Oktyabr

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib  

11:48
13 Oktyabr

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb  

11:46
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!