06 Fevral 2024 10:15
468
SİYASƏT
A- A+
 "Azadlıq" daim yalan məlumatları ilə diqqət çəkib

 "Azadlıq" daim yalan məlumatları ilə diqqət çəkib

 

Azərbaycana qarşı tutduğu qərəzli mövqedən əl çəkməyən "Azadlıq" radiosu növbəti dəfə ölkəmiz haqqında yalan məlumatlar yayıb. Görünən odur ki, "Azadlıq" radiosu bu gün Azərbaycan cəmiyyətində baş verən bütün sosial, ictimai-siyasi proseslərə, yeniliklərə, ölkəni uğurlara aparan islahatlara yalnız öz baxış bucağından yanaşır. Yəni radio bütün xəbər və reportajlarında Azərbaycanda görülmüş müsbət işlərə qara yaxır, dünyada ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa çalışır. Ümumiyyətlə, "Azadlıq" radiosu yaxşıları görmür. Bu radionun baxışları yalnız  və yalnız yanlış informasiyalar yaymağa fokuslanıb. 
Həmişə olduğu kimi, radionun yaydığı son məlumatlar da Azərbaycana qarşı qərəzlidir. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağda separatçılara qarşı həyata keçirdiyi uğurlu antiterror tədbirlərində qazandığı həlledici qələbə və 8 noyabr 2023-cü ildə Xankəndidə keçirdiyi möhtəşəm hərbi parad Qərbin bəzi dairələrini bərk narahat edib. Buna görə də ölkəmizə qarşı yalan, təxribat xarakterli informasiyalar yayır, uğurlarımıza kölgə salmağa çalışırlar. Bu xüsusda ABŞ-nin agentura şəbəkəsi kimi də adlandırılan "Azadlıq" radiosu xüsusi canfəşanlıq göstərir. 
"Azadlıq" radiosu ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. Onun məramnaməsində qeyd edilir ki, konqres tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, müstəqil KİV qurumudur, informasiya siyasətində azaddır. Ancaq radionun fəaliyyətində məramnaməsində yazılanlar hiss olunmur. Bu radio da konqres kimi ermənipərəst mövqe nümayiş etdirir, daim Azərbaycana qarşı qərəz yağdırır. Azərbaycanın qələbəsi ilə barışmadıqlarına görə informasiya təxribatı ilə məşğul olur. Radio qərəzli materialları ilə qələbəmizə kölgə salmağa çalışır. Adını "Azadlıq" qoymuş bu radionun yaydıqları yalan və qərəzdən başqa bir şey deyil. 
"Azadlıq" radiosunda qərəzli süjetlər vaxtaşırı yayımlansa da, məhz ölkəmizin müasir tarixi üçün əlamətdar günlərdə ittihamlarla dolu süjetin efirə verilməsi tamamilə başqa məqsədlərə xidmət edir. Bunun sifarişçiləri əlbəttə ki, uğurlarımızı həzm edə bilməyən qüvvələrdir. 
"Azadlıq" radiosu Cənubi Qafqaz ölkələrində büdcə xərclərinin vəziyyətinə dair yaydığı məlumatda iddia edir ki, Azərbaycan bölgə ölkələri içərisində adambaşına düşən büdcə xərclərinə görə guya sonuncudur. Radio yaydığı videosüjetdə qeyd edir ki, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 21,6 milyard, Gürcüstanda büdcə xərcləri 9,1 milyard, Ermənistanda isə 7,9 milyard dollar olması proqnozlaşdırılır. Ancaq adambaşına düşən büdcə xərclərində Azərbaycan 3-cü yerdədir. "Azadlıq" radiosu bilərəkdən faktlarla manipulyasiya edib. Radio əməkdaşları bu rəqəmləri dinləyicilərinə çatdırarkən büdcə xərclərinin hər nəfərə düşən xərcinə əhalinin sayının təsirini bilərəkdən açıqlamayıb. Yalan məlumatlarla dinləyicilərini və oxucularını aldadıb. Real faktları manipulyasiya etməkdə radio əməkdaşlarının məqsədi Azərbaycanın dünyada artan beynəlxalq nüfuzunu zədələməkdir. Amma "Azadlıq" radiosunun belə yalan məlumatlarla yüklənmiş süjetləri ilə çox uzağa getmək imkanı yoxdur. 
Diqqətçəkən məqam odur ki, "Azadlıq" radiosu məhz ən həssas məqamlarda Azərbaycanı hədəf seçir.  Ən acınacaqlısı da odur ki, "Azadlıq" radiosunun erməni mənafeyinə xidmət edən reportajını özlərini "jurnalist" adlandıran bizim marginal qrupların üzvləri, antimilli qüvvələrin təmsilçiləri də sosial şəbəkələrdə bəh-bəhlə paylaşırlar. Şübhəsiz, "Azadlıq" radiosunun indiki məqamda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsini ABŞ-nin və Qərbin bəzi dairələrinin təzyiqi kimi də qiymətləndirmək olar.
Azərbaycanda keçiriləcək 7 fevral növbədənkənar prezident seçkiləri öncəsi ölkəmizə, dövlətin ali rəhbərliyinə qarşı dezinformasiya kampaniyasında "Azadlıq" radiosu ön sıralarda addımlayır. Son günlərdə radionun hazırladığı bir neçə dezinformasiya və yalan xarakterli materiallar reallığın yaxınlığına belə getmir. "Azadlıq" radiosunun növbədənkənar prezident seçkilərindən hazırladığı son videosüjet isə gülünc doğurur. Qəribədir ki, rəyi soruşulanların hamısı radionun maraqlarına uyğun cavablar verir. Axı necə ola bilər ki, hamı eyni cür düşünsün, eyni cür danışsın, eyni cür mövqe nümayiş etdirsin. Verilmiş rəylərdən hiss olunur ki, onlar hamısı öyrədilmiş, "Azadlıq" radiosunun məqsədinə xidmət edən adamlardır.  Radio belə məlumatları ilə dinləyicilərinin gözünə kül üfürməyə, əsl həqiqəti onlardan gizlətməyə çalışır. 
"Azadlıq" radiosu ordumuz ilə bağlı da əsassız iddialar irəli sürür. Qeyd edir ki, müharibə başa çatdığından sonra qarşıdakı dövrlərdə ölkəmizdə ordu quruculuğuna diqqət azalacaq. Orduda əvvəlki qədər hərbçinin olmasına ehtiyac qalmayacaq.  Təbiidir ki, bu fikirlər "Azadlıq" radiosunun xəyallarından başqa bir şey deyil. Radionun bu iddiasına cavab olaraq qeyd edək ki, Ermənistan üzərində qazanılan qələbə, erməni revanşizminin və erməni istəklərinin birdəfəlik bitməsi demək deyil. 30 illik müharibənin başa çatması Azərbaycan Ordusunda illərdir davam edən ordu quruculuğu prosesinin prioritetliyinin arxa plana keçməsi, hərbi kontingentin sıralarının azaldılması və ölkənin hərbi-müdafiə potensialının artmasına hərbi-büdcə xərclərinin həcminin aşağı salınması anlamına gəlmir. Dövlət başçısı hələ 2022-ci il 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində demişdir: "Biz hərbi gücümüzü bundan sonra da artıracağıq. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb və alınacaqdır. Eyni zamanda yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq". 
Verilən məlumatları diqqətlə təhlil edəndən sonra belə qənaətə gəlmək olar ki, "Azadlıq" radiosunun Azərbaycan haqqında hazırladığı verilişlər ABŞ-nin, başda Fransa olmaqla Qərb dövlətlərinin sifarişindən başqa bir şey deyil. Onların əsas məqsədləri Azərbaycanın dünyada artan nüfuzunu zəiflətməkdir. Radio belə yalan və qərəzli məlumatları ilə heç vaxt istəyinə nail ola bilməyəcək. "Azadlıq" radiosu bu cür qərəzli mövqe tutmaqla yalnız özünü gözdən salır. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

13:29
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!