02 Oktyabr 2026 20:03
782
SİYASƏT
A- A+
Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər  

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər  


Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Şuşa şəhərində olublar.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.

Nümayəndə heyəti Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidləri ilə tanış olub, Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.

Aİ Şurasının nümayəndələri Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.

Qonaqlar, həmçinin Şuşanın qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib.

Nümayəndə heyətinə Şuşadakı Qazançı kilsəsi barədə də məlumat verilib.

Sonra Aİ nümayəndə heyəti Xankəndi şəhərinə gəliblər. Onlar Xankəndidə yerləşən Qarabağ Universitetini ziyarət edib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara Xankəndidə aparılan tikinti-quruculuq işləri, məcburi köçkünlərin öz doğma yurdlarında yenidən məskunlaşması barədə məlumat verib.

Nümayəndə heyəti Zəfər parkına və Zəfər meydanına baş çəkib. Qonaqlar parkın ərazisi ilə tanış olub, burada Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfəri əks etdirən məkanlar və layihələr barədə məlumatlandırılıblar.

Ardınca qonaqlar Xankəndidən Ağdam rayonunun Sarıcalı kəndinə baş çəkmək üçün yola düşüb.

Nümayəndə heyəti Sarıcalı kəndi ərazisində minatəmizləmə prosesi barədə məlumatlandırılıblar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları xarici nümayəndələrə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verib. O bildirib ki, Ağdam rayonu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri hesab edilir. Qonaqlar minatəmizləmə prosesini izləyiblər.

Aİ Şurasının nümayəndələri daha sonra Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşüblər. Görüşdə Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib.

Ardınca azad edilmiş ərazilərdə baş verən dəyişiklərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi komissiyanın fəaliyyəti, o cümlədən azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi və əsir və itkin düşmüş soydaşlarımızın taleyinin araşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!