ATU-nun Tədris Cərrahiyyə Klinikasında 6 yaşlı uşağın sınıq qoluna ayaqdan damar köçürülmüşdür
ATU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyunun 15-də Quba rayonundan olan 6 yaşlı Tanrıverdi Allahverdiyev yelləncəkdən yıxılmış və ağır vəziyyətdə Tədris Cərrahiyyə Klinikasına gətirilmişdir. Uşağın üzərində əməliyyat mikrocərrahiyyə sahəsində iki tanınmış mütəxəssis - ürək-damar mütəxəssisi Mirəli Məcidov və tibb elmləri namizədi Nəsir Cəfərli tərəfindən aparılmışdır.
Bundan sonra növbəti, daha ağır əməliyyat da lazım olmuşdur. Mirəli Məcidovun sözlərinə görə, uşaq ATU-nun Tədris Cərrahiyyə Klinikasına sol bazu kondilusunun qapalı sınığı diaqnozu ilə daxil olmuşdu. Əməliyyat zamanı sınıq sümük bərpa olundu. Lakin 5-6 saat sonra uşağın sol əlində nəbz itdi, işemiya əlamətləri başladı, sağ qolla müqayisədə sol qolda hərəkət çətinləşdi. Doppler müayinəsi zamanı məlum oldu ki, sol qolda qan yalnız dirsəyin ortasına kimi gedir, qan aşağı hissəyə işləmir. Damar trombozu uşağın qolunun kəsilməsi ilə nəticələnə bilərdi. Böyüklərdən fərqli olaraq uşaqların damarları incə, 2 mm qalınlığında olur. Adətən belə hallarda böyük xəstələrdə protezlərdən istifadə edilir. Uşaqlarda isə belə imkan olmur. Ona görə təcili olaraq uşağı yenidən əməliyyata götürdük.
Həkimlər bildirirlər ki, artıq balaca xəstənin nəbzi vurur. T.Allahverdiyev reanimasiyadan palataya köçürülmüşdür. Vəziyyəti qənaətbəxşdir, ağrıları da keçmək üzrədir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!