28 May 2022 15:46
336
İDMAN

Atıcılıq üzrə dünya kuboku yarışının açılış mərasimi olub

Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə dünya kuboku yarışının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva iştirakçıları, həmçinin xarici ölkələrdən gələn qonaqları salamlayıb və belə bir tədbirin Bakıda keçirilməsindən qürur duyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu gün Azərbaycanda ən əlamətdar günlərdən biridir. Belə ki, xalqımız 28 May – Müstəqillik Gününü qeyd edir.

“Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də nüfuzlu tədbirlər təşkil edilir. Ölkəmiz 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edib. Bundan əlavə, 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi oyunları keçirilib. Həmin yarışlarda atıcılıq üzrə də idmançılar mübarizə aparıblar. Ölkəmizdə eyni zamanda, dünya və Avropa çempionatları baş tutub. Biz çox şadıq ki, pandemiyadan sonra 66 ölkədən 700-dən çox idmançını Bakıda qarşılayırıq”, - deyə M.Vasileva əlavə edib.

Bu gün Olimpiya çempionumuz Zemfira Meftahətdinovanın doğum günü olduğunu bildirən nazir müavini onu bu münasibətlə təbrik edib.

Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Azərbaycanda bu nüfuzlu turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanların yaradıldığını bildirib: “Ölkəmizdə çox nüfuzlu tədbirlər və yarışlar yüksək səviyyədə keçirilir. Əminik ki, dünya kuboku yarışı da yüksək səviyyədə baş tutacaq və idmançılar öz potensiallarından maksimum istifadə edə biləcəklər”.

Beynəlxalq İdman Atıcılığı Federasiyasının prezidenti Vladimir Lisin çıxışında bildirib ki, Azərbaycan bu yarışa lazımi səviyyədə hazırlaşıb və təşkilatçılıq ən yüksək formadadır. O, Azərbaycan Prezidenti İlham Əliyevin idmana və atıcılığa göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. “Azərbaycan Gənclər və İdman Nazirliyinə və Atıcılıq Federasiyasına yüksək təşkilatçılıq üçün təşəkkür etmək istəyirəm. Beynəlxalq İdman Atıcılığı Federasiyası olaraq atıcılıq idmanının inkişafına, daha da tərəqqi etməsinə bundan sonra da dəstəyimizi göstərəcəyik”.

V.Lisin iştirakçılara uğurlar arzulayıb.

Mərasim bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışın birinci günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəşaçma üzrə kişilər və qadınlar seçmə mərhələdə iştirak edirlər. İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kubokunda 36 idmançı təmsil edir. Onlardan 17-si oğlan, 19-u qızlardır.

Turnirdə idmançılar ümumilikdə, 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video