05 Sentyabr 2020 00:19
2554
İQTİSADİYYAT
A- A+
Astaranın qədim tarixini özündə yaşadan Hamoşam kəndi

Astaranın qədim tarixini özündə yaşadan Hamoşam kəndi


Astara rayonunun yüksək dağlıq ərazisində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Hamoşam yaşayış məntəqəsi İkinci Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ən gənc azərbaycanlı, baş leytenant, 1945-ci il aprelin 6-da Keniqsberq şəhərinə qələbə bayrağını sancan Mirzə Cəbiyevin doğulub boya-başa çatdığı kənddir.

Təbiət bu yerlərdən öz səxavətini əsirgəməyib: bərəkət boxçasını bütünlüklə onun üzünə açıb. Sıx meşələr, sıldırım qayalar, bulaqlar, dağ çayları bu yerlərin təbiət mənzərəsini əks etdirirsə, "Bi” yaylası, "Baba Rəsul” türbəsi yaşayış məntəqəsinin qədimliyindən xəbər verir...

AZƏRTAC xəbər verir ki, Hamoşam kəndi Bəşərü çayının sahilində, dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsinin adı "hamar” sözünün talış dilində tələffüz forması olan "hamo” və "şam” (çay döngəsində dairəvi ərazi) sözlərindən ibarətdir və "Hamarkənd” mənasını verir.

Hamoşam inzibati ərazi icra nümayəndəliyinə altı yaşayış məntəqəsi - Hamoşam, Reqluba, Kılinbi, Kəmləkan, Rvadıla və Toradi kəndləri daxildir. Əhalinin ümumi sayı 2600 nəfərdən çoxdur.

İcra nümayəndəliyinin ərazisində yaşayan əhalinin əksəriyyəti heyvandarlıqla, arıçılıqla məşğuldur. Əvvəllər burada kənd təsərrüfatının əsasını taxılçılıq təşkil edirdisə, hazırda heyvandarlığa daha çox üstünlük verilir.

Kənddə 100-dən çox bulaq var, onların çoxu müalicəvi əhəmiyyətlidir.

"Bi” yaylağını isə Hamoşamın tacı adlandırırlar. "Bi” sözünün toponomik mənası "soyuq yer” deməkdir. Tarixçilərin ehtimalına görə isə, "Bi” əsrlər öncə burada yaşamış tayfanın adı ilə bağlıdır, çünki burada qədim yaşayış məntəqəsinin olmasına dair nişanələr var.

"Bi” yaylağı 60 hektarlıq düzənlik ərazidən ibarətdir. Buradakı Tunc dövründən qalma kurqanlar, qədim məzarlıq, iki, üç və dördpilləli yonma baş daşları, "Padşah qızının hovuzu”, "Padşah hovuzu” "Haftçəşmə” bulaqları əsrlərin nişanələridir.

Əvvəllər yaylaq yerli sakinlərin əkin sahəsi olub. Hazırda isə buradan həm otlaq sahəsi, həm də örüş yeri kimi istifadə edilir. Burada bumbuz bulaqlar başında istirahət edənlər də olur. Yaylağın "Otəşəsğonəband” hissəsindən Astaranın tarixi rəmzinə çevrilən, İranla sərhəd ərazisində, yüksək qayalar üstündə inşa edilmiş "Şindan” qalasını seyr etmək olar.

1957-ci ildə "Azərbaycanfilm” studiyasının istehsalı olan "Qızmar günəş altında” filminin bəzi epizodları "Bi” yaylağının yaxınlığında çəkilib.

Hamoşam kəndindəki maddi-mədəniyyət nümunələri olan pirlər, ziyarətgahlar Astaranın qədim tarixindən xəbər verir. "Hacı Əfqani”, "Şeyx İzacəddin”, "Məhəmməd Mazandarani”, "Baba Rəsul” ziyarətgahları bu yerlərin tarixi yaddaşıdır.

Kənd ərazi icra nümayəndəliyinə daxil olan yaşayış məntəqələrindəki maddi-mədəniyyət nümunələrindən yalnız dördü dövlət qeydiyyatına alınıb. Onlardan ikisi - "Bi” yaylağı və "Qalakafo” qala qalıqları ölkə, ikisi - Hamoşamdakı köhnə məzarlıq və Toradi kəndindəki "Peştə” qəbiristanlığı isə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatındadır. Lakin Hamoşamda tədqiq olunmayan onlarca qədim tarix və mədəniyyət abidələri var.

Ucqar dağlıq ərazidə yerləşən Hamoşam kəndi hazırda özünün inkişaf mərhələsini yaşayır. Kəndi rayon mərkəzi ilə birləşdirən yol dövlət vəsaiti hesabına əsaslı təmir edilərək asfaltlanıb, yaşayış məntəqəsində yeni infrastruktur yaradılıb. Burada turizmin inkişafı üçün hər cür şərait var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!