11 May 2025 08:25
576
CƏMİYYƏT
A- A+
Astaralılar Ulu Öndəri dərin ehtiramla yad edirlər

Astaralılar Ulu Öndəri dərin ehtiramla yad edirlər


Astarada rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.

Konfransda  çıxış edən RİH-in başçısı Q.Ağayev qeyd etmişdir ki, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin mənalı ömür yolu o qədər zəngindir ki, onu illərlə öyrənməyə çalışsaq da, öyrənilməmiş səhifələri yenə də qalacaqdır: "Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ümummilli Liderimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyətdir". 

Məruzəçi daha sonra bildirmişdir ki, xalqımızın taleyinə, Azərbaycan dövlətçiliyinin tarixinə təkrarolunmaz bir sima kimi daxil olan Heydər Əliyev Vətənin hər guşəsini əziz tutmuş və inkişafından ötrü var qüvvəsi ilə çalışmışdır: "Ulu Öndər Astara və astaralılarla daha çox bağlı olmuş, hər zaman görüşlərində onların əməyinə və dövlətçiliyə sədaqətinə yüksək qiymət vermişdir. Heydər Əliyevin 80 illik ömrünün müəyyən hissəsi Astara ilə bağlı olmuşdur. O, astaralılarla görüşündə qeyd etmişdir ki, "mənim gəncliyimin və həyatımın ən məsuliyyətli dövrü Astarada keçmişdir. Astaranın gözəl təbiəti, meşələri, dağ çayları, saf bulaqları və ən əsası sədaqətli insanları mənim üçün çox doğma, əzizdir". Dövlət təhlükəsizliyi orqanlarında çalışdığı ilk illərdən başlayaraq dəfələrlə Astarada olan Heydər Əliyev sərhədboyu ərazini qarış-qarış gəzmişdir". 

Dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti İlham Əliyev əməli fəaliyyəti ilə təsdiqləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən Ulu Öndərin vəsiyyətini həyata keçirməklə xalqımıza Qələbə sevincini yaşatdı. İkinci Qarabağ savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun fədakarlığı ilə uzun illər işğal altında olan müqəddəs torpaqlarımız azad edilməklə xalqımızın 30 illik həsrətinə son qoyuldu. 19-20 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatında isə igid oğullarımız cəmi bir sutka ərzində erməni silahlı dəstələrinin tör-töküntülərini məhv edərək dövlətimizin suverenliyini tam bərpa etdilər. Qələbələrimizin memarı olan Prezidentin Xankəndidə bayrağımızı qaldırması isə xalqımızın 200 illik gözləntisinin genişlənməsi oldu". 

Konfrans Heydər Əliyevin ömür yolu və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə sona catmışdır. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!