Astara məktəbliləri nümunə göstərirlər
Astarada təhsildə yüksək uğur qazanmış məktəblilər, onların müəllim və valideynləri ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyətində keçirilən görüşdə qeyd olunmuşdur ki, yeni nəslin intellektual inkişafı, gənclərimizin yeni texnologiyaları öyrənməsi dövlətimizin diqqətindədir.
Azərbaycanda "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlərə, məktəblilər arasında keçirilən müxtəlif intellektual və idman yarışlarının təşkilinə, o cümlədən "Əlaçı" verilişinə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərilməsi buna misaldır.
Bildirilmişdir ki, son illər respublika və beynəlxalq əhəmiyyətli yarışlarda yüksək nəticələr əldə edən Astara məktəblilərinin sayının artması sevindiricidir. Bu uğurlar digər şagirdləri də motivasiya edir və həvəsləndirir. Deqadi kənd ümumi orta məktəbinin informatika müəllimi - "Sparrow" komandasının rəhbəri Nemət Tarverdiyev çıxış edərək qeyd etmişdir ki, 2019-2022-ci illərdə Astara məktəbliləri STEAM-lə bağlı müxtəlif sərgi və festivallarda 10 medal qazanmışlar: "Ötən il dekabrın 5-9-da Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SAF-2022 (STEAM Azərbaycan Festivalı) keçirilmişdir. Ümumilikdə, 1300-dən çox məktəblinin qatıldığı festivalda 7 xarici ölkədən 127 əcnəbi iştirak etmişdir. Festivalda "EduDrone kateqoriyası" üzrə Astara rayon Deqadi kənd ümumi orta məktəbinin "Sparrow" komandası birinci yerə layiq görülərək qızıl medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır".
SAF-2022-nin qızıl medalçıları - "Sparrow" komandasının üzvləri Deqadi kənd ümumi orta məktəbinin VII sinif şagirdləri Murad İsayev və Nuran Hacızadə çıxış edərək yeni uğurlar qazanmaq üçün bundan sonra da məsuliyyətlə çalışacaqlarını bildirmişlər.
İctimai TV-nin "Əlaçı" verilişinin qalibi, Astara rayonu X.Şəkərov adına Tüləküvan kənd tam orta məktəbin XI sinif şagirdi Sevanə İsazadə də Elm və Təhsil Nazirliyinin diplomuna layiq görülməsində ona dəstək olan valideyn və müəllimlərinə təşəkkür etmişdir.
Safail MƏMMƏDOV,
Astara
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Addım-addım sülhə doğru
08 May
Tarixin ən qüdrətli Azərbaycanının banisi
08 May
İdman ölkəsinin növbəti uğuru
08 May
"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərb...
08 May
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
08 May
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
08 May
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq ed...
08 May
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" ...
08 May
"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərb...
08 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə t...
08 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!