13 Dekabr 2024 08:55
3132
Oxucu məktubları
A- A+
Artıq asudə vaxtı necə keçirmək haqqında düşünmürük

Artıq asudə vaxtı necə keçirmək haqqında düşünmürük


Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Sumqayıtın böyük yaşayış massivlərindən biridir. Qəsəbədə müəyyən qədər yaşıllıq zolaqları olsa da, istirahət parkımız, gəzinti meydançalarımız yox idi. Doğrudur, qəsəbənin bir neçə yerində əhalinin istirahəti üçün kiçik yerlər ayrılmışdı. Lakin bu, kifayət etmirdi. Biz geniş, müasir park arzusunda idik. 

İndi artıq bu arzumuz gerçəyə çevrilib. Qəsəbəmizdə ürəyimizcə olan park salınıb. Ərazidə görülən bütün işləri günbəgün izləyirdik. Əvvəlcə park üçün ayrılmış ərazi kol-kosdan təmizləndi, sonra yerində ağaclar əkildi, oturacaqlar quraşdırıldı, ətrafına tamet düzüldü, parkı işıqlandırmaq üçün dirəklər basdırıldı. Qəsəbə sakinləri bütün bu işlərdə inşaatçılara  kömək edirdilər. 

İndi 1,5 hektar ərazidə salınmış  parkımızda, necə deyərlər, hamıya yer var. Ən çox sevinən isə uşaqlardır. Burada onlar üçün  müxtəlif əyləncə qurğuları  quraşdırılıb.  Hazırda  havalar soyuq keçsə də, parka tez-tez gəlirik. Gəzirik, təmiz hava uduruq, ətrafdakı gözəllikdən zövq alırıq. Üzümüzə gələn yazda parkın yaşıllığı daha ürəkaçan olacaq. Çünki əkilən fidanlar böyüdükcə gözəllik də artacaq. 

Biz bu parkın salınmasında  zəhmət çəkənlərin hamısına minnətdarıq.


İlhamə MƏHƏMMƏDQIZI,

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

Yaxın Şərqdə baş verən münaqişə ilə bağlı Rusiya turoperatorlarına böyük ziyan dəyib

20:31
10 Mart

İsraildə tikinti sahəsinə raket düşüb, həmyerlimiz vəfat edib

19:43
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:28
10 Mart

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!