11 Mart 2026 10:11
753
SİYASƏT
A- A+
ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir-YENİLƏNİB

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir-YENİLƏNİB


ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC-ın məlumatına görə, konfransda Ağ Ev, ABŞ Dövlət, Ticarət departamentinin təmsilçiləri, Azərbaycanın dövlət rəsmiləri, ABŞ İxrac-İdxal Bankı (EXIM), ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən palatanın icraçı direktoru Natiq Baxışov ABŞ-Azərbaycan Ticarət Palatasının yaranmasından və 30 ildə əldə etdiyi nailiyyətlərdən danışıb və bildirib ki, iki ölkə həm də bu gün gələcəyə ortaq öhdəliyini bir daha təsdiqləyir. O əlavə edib ki, ABŞ-Azərbaycan Ticarət Palatası tərəfdaşlıq, dialoq və imkanlar üçün vasitəçi kimi xidmət etməyə davam edəcək və ölkələrimiz arasındakı iqtisadi əlaqələrin gələcək onilliklərdə böyüməsini, inkişaf etməsini və uğur qazanmasını təmin edəcək.

Daha sonra çıxış edən Palatanın Direktorlar Şurasının sədri Rza Vəziri bildirib ki, 30 il əvvəl Azərbaycanın müstəqillik qazanmasından sonra Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlər yeni formalaşmağa başlayırdı və o dövrdə iki ölkə, özəl sektor arasında körpü qurmaq və uzunmüddətli iqtisadi əlaqələri inkişaf etdirmək kimi aydın bir vizyon var idi. Rza Vəziri bildirib ki, ortaq maraq, etimad və fürsətə əsaslanan əməkdaşlıq son 30 ildə güclü və davamlı tərəfdaşlığa çevrilib və Palata bu sahədə qürurla platforma kimi xidmət edib.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ABŞ-Azərbaycan Ticarət Palatasının Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə yaradıldığını vurğulayıb. O bildirib ki, Palatanın missiyası iki ölkə arasında daha geniş iqtisadi və biznes əməkdaşlığını araşdırmaq və asanlaşdırmaq, siyasi münasibətlərini tamamlamaqdır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə son səfəri ikitərəfli əlaqələri və Palatanın rolunu daha da gücləndirib. Daha sonra tədbir “İkitərəfli ticarət və strateji tərəfdaşlığın gücləndirilməsi” mövzusunda sessiya ilə davam edib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib ki, otuz il əvvəl Amerika şirkətləri Azərbaycanın enerji sektorunun inkişafında əsas rol oynayıblar. O bildirib ki, bu gün tərəfdaşlığın növbəti mərhələsini yazmaq, əməkdaşlığı enerjidən texnologiyaya, infrastruktura, logistikaya, sənaye inkişafına və rəqəmsal transformasiyaya genişləndirmək fürsəti var. Nazir müavini vurğulayıb ki, əsas məqsəd ölkələrimiz arasındakı güclü siyasi impulsu konkret investisiya layihələrinə, daha dərin iqtisadi əməkdaşlığa və uzunmüddətli strateji tərəfdaşlığa çevirməkdir.

ABŞ Ticarət katibinin Sənaye və Təhlükəsizlik üzrə müavini Ceffri Kessler iki ölkə arasındakı münasibətlərin əvvəlkindən daha güclü olduğunu deyib və təkcə son bir ildə ABŞ-nin Azərbaycana ixracının 54 faiz artdığını vurğulayıb.

ABŞ Dövlət katibinin enerji və kritik minerallar üzrə köməkçisinin müavini Reqqi Sinx çıxışında bildirib ki, Prezident Trampın Prezident İlham Əliyevlə 8 avqustda keçirdiyi tarixi sülh sammiti sayəsində iki ölkə arasında münasibətlər ağlasığmaz səviyyədə dəyişib. O bildirib ki, Cənubi Qafqazda sülhün açarlarından biri Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun yaradılması olub və bunun uzun müddət bağlı olan regional ticarət yollarını bərpa edəcəyini diqqətə çatdırıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf SOCAR-ın ABŞ-dəki layihələrə çıxış əldə etməkdə və onlarda pay əldə etməkdə çox maraqlı olduğunu deyib və ABŞ-də bir neçə tərəfdaşla aktiv müzakirə aparıldığını söyləyib.

Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, bütün bu müsbət dinamika iki ölkənin birlikdə quracağı yolun sadəcə başlanğıcıdır.

Daha sonra tədbir federal qurumların təmsilçiləri, biznes nümayəndələri, Azərbaycan rəsmilərinin iştirakı ilə ikitərəfli əlaqələrin müxtəlif aspektləri əhatə edən digər panel müzakirələrlə davam edib.


17:55


ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması" adlı beynəlxalq konfrans keçirilir.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, energetika nazirinin müavini Orxan Zeynalov, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, SOCAR-ın prezidenti Rövşən Nəcəf təmsil edir. Konfransa ABŞ Ticarət katibinin Sənaye və Təhlükəsizlik üzrə müavini Ceffri Kessler və ABŞ Dövlət katibinin enerji və kritik minerallar üzrə köməkçisinin müavini Reqqi Sinx də qatılıb.

İkitərəfli ticarət və investisiya prioritetlərini inkişaf etdirmək və ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının növbəti mərhələsini formalaşdırmaq məqsədi daşıyan tədbir yüksəkvəzifəli dövlət rəsmilərini, investorları və digər maraqlı tərəfləri müzakirələrə cəlb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

D vitamininin həddindən çox qəbulu təhlükəli ola bilər

18:21
14 Aprel

İngiltərənin sahil xəttini niyə dəqiq ölçmək mümkün deyil?  

18:10
14 Aprel

Karibdə güclü yağışlar səbəbindən insanlar evlərini tərk ediblər

18:09
14 Aprel

İqtisadi Şuranın iclasında Ortamüddətli Büdcə Çərçivəsi sənədinin hazırlığı ilə bağlı tapşırıqlar verilib  

18:05
14 Aprel

AQTA və Latviyanın Kənd Təsərrüfatı Nazirliyi arasında əlaqələr genişləndiriləcək  

18:04
14 Aprel

Çin ilə İspaniya arasında əməkdaşlıq gücləndirilir

18:02
14 Aprel

Dünya iqtisadiyyatı yenidən təzyiq altında

17:51
14 Aprel

Türkiyədə məktəbdə atışma: keçmiş şagird 16 nəfəri yaralayıb və intihar edib

17:43
14 Aprel

Azərbaycan futbolunda yeni körpü  

17:32
14 Aprel

Bahar Muradova: Qadınlar Şurası qərarvermə prosesində qadınların daha fəal iştirakına imkan yaradacaq

17:26
14 Aprel

Dneprə endirilən raket zərbəsi nəticəsində dörd nəfər həlak olub, 25 sakin yaralanıb

17:24
14 Aprel

AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib

17:23
14 Aprel

Sabah gündüz yağıntılar tədricən kəsiləcək, aprelin 16-da hava şəraiti sabitləşəcək

17:23
14 Aprel

Dünyanın ən yaxşı 15 qapıçısı açıqlanıb - SİYAHI

17:21
14 Aprel

ABŞ və İran birbaşa danışıqların ikinci raundunu keçirə bilər

17:21
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!