08 Aprel 2026 18:05
168
DÜNYA
A- A+
“Artemis – 2” heyəti Yerə qayıdır

“Artemis – 2” heyəti Yerə qayıdır


ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) bildirib ki,  “Artemis - 2” pilotlu missiyasının heyəti Yerə qayıdır. Bəyanatda deyilir: "Aprelin 6-da Şərq vaxtı ilə saat 21:35-də (CEST vaxtı ilə səhər 3:35 - red.) “Artemis - 2” heyəti Ay müşahidə dövrünü başa vurub və indi evə qayıtmağa başlayıb".

Həmin günün əvvəlində, 6 apreldə “Orion” kosmik gəmisi Ayın cazibə qüvvəsinin Yer kürəsindən daha güclü təsir göstərdiyi zonaya daxil olub. NASA qeyd edib ki, həmin vaxt kosmik gəmi planetimizin peykinin səthindən təxminən 63.000 km, Yerdən isə təxminən 232.000 km məsafədə idi.

Astronavt Kristina Kox həmçinin NASA-nın yayımında “Artemis - 2” heyətinin Ayın ətrafından uçuşu uğurla başa vurduğunu və indiyə qədər ən uzunmüddətli pilotlu kosmos uçuşu rekordunu qırdığını açıqlayıb. Bundan əvvəl astronavtlar Yerdən 407.000 km məsafə qət etmişdilər ki, bu da 1970-ci ildə “Apollon – 13” missiyası zamanı baş vermişdi. NASA-nın X mikrobloqunda bildirdiyi kimi, bu, 56 il öncə “Apollo – 13” missiyası zamanı müəyyən edilmiş əvvəlki rekordu 4102 mil (təxminən 6500 km) üstələyir.

Yer kürəsinin peyki planetimizdən təxminən 400.000 kilometr məsafədə yerləşir. Aya əvvəlki eniş 54 il öncə, 7 dekabr 1972-ci ildə “Apollo - 17” kosmik gəmisində baş tutmuşdu.

“Orion” kosmik gəmisi 1 apreldə ABŞ-nin Şərq sahillərindən kosmosa buraxılıb. Gəmidə NASA astronavtları Rid Vaysman, Viktor Qlover, Kristina Kox, eləcə də Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen yer alıblar. Ekipajın planetimizin təbii peykinin ətrafında fırlanıb 10 gün müddətində Yerə qayıtması planlaşdırılıb. Digər şeylərlə yanaşı, missiya iştirakçıları altı günə qədər avtonom nəfəs alma qabiliyyətinə malik yeni skafandrları sınaqdan keçiriblər.

“Apollon” proqramı, 1961-ci ildə ilk insanlı Aya eniş etmək məqsədi ilə qurulan və 1975-ci ildə başa çatdırılan Amerika Birləşmiş Ştatları kosmik agentliyi NASA-nın pilotlu kosmik uçuş proqramı idi. Proqramın məqsədi ABŞ Prezidenti Con F. Kennedi tərəfindən 12 sentyabr 1962-ci il tarixli çıxışında formalaşdırılmış və 20 iyul 1969-cu ildə Neyl Armstronq və Edvin Oldrinin Aya enişini həyata keçirən “Apollon - 11” missiyası ilə əldə edilmişdir. “Apollon” proqramı altı uğurlu Aya enişlə nəticələnmişdir (sonuncusu 1972-ci ildə). Bu altı “Apollon” uçuşu hazırda tarixdə başqa bir astronomik obyektə insan enişini həyata keçirən yeganə uçuşlardır.

“Apollon” proqramı NASA tərəfindən qurulan üçüncü pilotlu kosmik uçuş proqramı idi. Bu proqram “Apollon” kosmik gəmisindən və “Saturn” seriyalı buraxılış vasitələrindən istifadə etmişdir (daha sonra “Skylab” proqramı və Sovet-Amerika “Soyuz – Apollon” proqramı üçün istifadə edilmişdir).

Keçmişə nəzər salsaq, ötən əsrin 60-cı illərində layihənin icrası zamanı əldə edilən bir çox müvəffəqiyyətlərlə yanaşı 2 böyük uğursuzluq yaşanmışdır. Birincisi, “Apollon-1”-in uçuş sınaqları zamanı 3 astronavtın (Vircil Qrissom, Edvard Higgins Vayt və Rocer Çaffi) ölümü, ikincisi isə “Apollon - 13”-ün kosmosda partlaması idi. Həmin fəlakət layihə mühəndislərinin, uçuş nəzarətçilərinin və ekipaj üzvlərinin səyləri sayəsində avtronavtlara heç bir zərər dəymədən sovuşdurulub.

İlk əhəmiyyətli addım 21 dekabr 1968-ci ildə göndərilən “Apollon-8”-in Ayın orbitinə yerləşdirilməsi və Ay ətrafında 10 dəfə fırlanması ilə atılıb (həmin kosmik gəmi bir həftədən sonra Yerə qayıdıb Sakit okeana enib). 1969-cu il martın 3-də “Apollon-9” vasitəsilə Aya enmə zamanı istifadə ediləcək modul sınanıb. “Apollon”un əsas gövdəsindən kiçik bir tunellə Ay moduluna keçilərək ilk dəfə kosmik gəminin xaricinə çıxmadan bir kosmik vasitədən digərinə keçid edilib.

 “Apollon” Layihəsinin ən böyük müvəffəqiyyətini “Apollon-11” reallaşdırıb. 16 iyul 1969-cu il tarixində Kanaveral  kosmodromundan qalxan “Apollon - 11”-in içindəki astronavtlardan Neyl Armstronq və Edvin Oldrin iyulun 20-də Eagle adlı Ay moduluna keçiblər və iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basıblar. Ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qalıb. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün böyük bir sıçrayışdır".

14 noyabr 1969-cu ildə göndərilən “Apollon-12” sayəsində noyabrın 19-da Aya ikinci dəfə insan endirmək mümkün olub. “Apollon-17” isə 1972-ci ilin dekabrında layihə çərçivəsində həyata keçirilən son Ay səfərini reallaşdırıb.

“Apollon” proqramının dayandırılması müxtəlif səbəblərdən və müxtəlif vaxt kəsiyində meydana gəlmişdi. İlk dəfə olaraq Apollon missiyaları 1960-cı illərin əvvəlində “Apollon - 1” gəmisində baş vermiş və heyətin tələfatı ilə nəticələnmiş qəzanın baş verməsinə görə dayandırılmalı idi. Ancaq daha sonra NASA-nın “Apollon” misiyalarının uğurla həyata keçirməyə başlaması və 20 iyul 1969-cu il tarixində “Apollon - 11” missiyasının Aya uğurla enməsi nəticəsində bundan imtina edilib. 

“Apollon -11” missiyasından sonra Aya daha 9 missiya planlaşdırılıb, amma 1972-ci ildə “Apollon - 17”-nin Aya son uçuşu oldu və müəyyən səbəblərdən “Apollon - 18, 19 və 20” missiyaları təxirə salınıb.

Aya uçuş missiyalarının təxirə salınması səbəblərinin biri Amerika Birləşmiş Ştatlarının yeni "Skylab" kosmik stansiya proqramını həyata keçirməsi olub. Bu proqramın mahiyyəti SSRİ ilə birlikdə kosmik stansiyaların yaradılmasına başlamaq idi.

ABŞ prezidenti Riçard Nikson daha Ayın heç bir maraq kəsb etmədiyini və onun tam öyrənildiyi bəyan etmişdi. Bu da “Apollon” missiyalarının dayandırılmasında öz sözünün deyib.

ABŞ hökuməti “Apollon” misiyasının fəaliyyəti üçün 1969-cu il mənbələrinə görə 25.4 milyard dollar, 2007-ci il mənbəlinə görə isə 145 milyard dollar həcmində vəsait sərf edib. Bəzi qeyri-rəsmi mənbələrə görə ABŞ Vyetnam müharibəsinə çəkilən xərcləri tənzimləmək üçün “Apollon” missiyasını və onu maliyyələşdirməyi dayandırıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”






Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ƏDL: ABŞ-İran sazişləri Körfəz ölkələrinin maraqlarını nəzərə almalıdır

19:47
08 Aprel

ABŞ-İran danışıqları aprelin 10-da Pakistanda keçirilə bilər

19:36
08 Aprel

Braziliyada torpaq hüquqları səbəbindən etiraz aksiyası keçirilib

19:28
08 Aprel

Çin təbii qaz ehtiyatlarını necə yaradıb? 

19:20
08 Aprel

Şərqi Asiyada 29 min yeni genetik işarə tapıldı

19:12
08 Aprel

ARDNF-in səhm portfelinin gəlirləri 2025-ci ildə 49 faiz artıb

19:03
08 Aprel

“Waymo” rototaksiləri xidmət əhatəsini genişləndirir  

18:51
08 Aprel

Bir sıra “Kindle” cihazlarına dəstək dayandırılır  

18:44
08 Aprel

Bakıda metro şəbəkəsi genişləndirilir: Yaşıl xətt üzrə 4 yeni stansiya tikiləcək

18:36
08 Aprel

“Netflix Playground” təqdim edilib

18:28
08 Aprel

Azərbaycan balının Avropa İttifaqı ölkələrinə ixracı istiqamətində iş aparılır

18:24
08 Aprel

Başlıq: Naxçıvanın enerji sisteminin gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur

18:14
08 Aprel

“Artemis – 2” heyəti Yerə qayıdır

18:05
08 Aprel

Səbaildə YAP-ın yerli təşkilatları güclənir

17:46
08 Aprel

Səhiyyə naziri “Yüksəliş” müsabiqəsi qalibinin ideya və təşəbbüsləri ilə tanış olub

17:41
08 Aprel

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib  

17:31
08 Aprel

ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış olub  

17:13
08 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

17:03
08 Aprel

Slovakiya ombudsmanı: Azərbaycanın müsbət təcrübəsinin ölkəmizdə tətbiqi mümkündür  

16:57
08 Aprel

Sabah əksər rayonlarda hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:37
08 Aprel

Enerji sahəsində Serbiya ilə əməkdaşlıq dinamik inkişaf edir

16:31
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!