Arıçılar qazanclarından razıdırlar
Maya dəyəri az, gəliri çox olduğundan əhali arıçılığa daha çox maraq göstərir. Həm bu səbəbdən, həm də bu sahəyə olan dövlət dəstəyinin artması arıçılıqla məşğul olanların sayını artırıb. Arıçılar hər arı ailəsinə görə 10 manat subsidiyanın ödənilməsinə istehsalı artırmaqla cavab verirlər.
Ağstafa rayonunun iqlim şəraitinin, faunasının zənginliyi arıçılığın inkişafı üçün geniş imkanlar açır. Hazırda rayonun 320 sakini 5732 arı ailəsinə baxır. Keçən il hər arı ailəsindən 10 kiloqram bal götürən təsərrüfat sahibləri bu il həmin rəqəmin xeyli artdığını söyləyirlər.
Ağstafa balının həm dadı, həm də rəngi fərqlidir. Uzun illər arıçılıqla məşğul olan Düz Qışlaq kənd sakini Alı Mustafayev qazancından razılıq edir. Deyir ki, keçən il 64 arı ailəsi vardı, bu il 84-ə çatdırıb. Hazırda arıları qış mövsümünə hazırlayır. Çalışır ki, onlar qışdan heç bir xəstəlik tutmadan çıxsınlar.
Ümumiyyətlə, rayonda arıçılıqla məşğul olan təsərrüfat sahibləri çoxdur. Bu maraqlı təsərrüfat növünü nəsildən-nəslə ötürən ailələr də var. Arıçılıqda təbii çətinliklər olsa da, onlar öz ata-baba peşələrini davam etdirirlər.
Muğanlı kəndinin sakini Muradxan Bayramovun təsərrüfatında 112 arı ailəsi var. O, hər arı ailəsindən il ərzində 10 kiloqramdan çox bal və bal məhsulları götürür. Sadıxlı kəndinin sakini Nizami Sadıqov 136 arı ailəsinə baxır. O da deyir ki, arıçılıq çox gəlirli sahədir. Odur ki, 3 oğlunu bu işə cəlb etmişdir. Onlar artıq arıçılığın sirlərinə dərindən bələddirlər.
Tatlı kəndinin sakini Elnur Məmmədovun isə 90 arı ailəsi var. O da 4 nəfər ailə üzvü ilə birlikdə hər il bol məhsul əldə edir. Balı keyfiyyətli olduğundan qapıda satır. Deyir ki, gərək bu işə haram qatmayasan, elə ki qatdın, daha məhsul gözləmə. Keçənilki qazancından razı qaldığını bildirən təsərrüfat sahibi bu il arı ailələrinin sayını 100-ə çatdırmağı qərara alıb.
Muradxanlı kəndində də arı saxlayanlar çoxdur. Onlardan biri Murad Vəliyevdir. Murad kişi hər il Bakıda keçirilən bal yarmarkasında 100 kiloqrama yaxın bal satır. Yarmarkanı təşkil edənlərə minnətdarlığını bildirən təsərrüfat sahibinin təklifi də var: "Yaxşı olardı ki, belə yarmarkalar tez-tez təşkil olunsun. Onda bal satışında problem olmaz”.
Rayon arıçıları belə hesab edirlər ki, hava şəraitindən asılı olmayaraq istədikləri miqdarda bal götürə bilərlər. Bunun üçün arıçılığın sirrini bilmək lazımdır.
Sabir ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!